Qırmızı yaylıqlı qovağım mənim
Qırmızı yaylıqlı qovağım mənim — Çingiz Aytmatovun yazdığı kitab
Yaşamaq üçün idealların yoxdursa və ya bu idealların xəmiri bayağılıqla yoğurulubsa, Abakirə çevrilir, özün özünə düşmən olursan. “İlk müəllim” povestində müəllim Duyşəndən söhbət açılır. Duyşən elə bir müəllimdir ki, özü oxuyub-yazmağı güclə bacarır, savadı azdır, lakin kənddə təkbaşına məktəbaçır, bildiklərini uşaqlara öyrədir, onların oxuması üçün əlindən gələni edir, hətta canından keçməyə hazır olur. Onun hekayəsini isə bir vaxtlar şagirdi olmuş, indi isə ölkənin ən nüfuzlu alimlərindən olan Altınay danışır. O Altınay ki, Duyşən olmasaydı, həyatı gecə kimi qaranlıq olacaqdı.