qav sözü azərbaycan dilində

qav

Yazılış

  • qav • 50.0000%
  • QAV • 25.0000%
  • Qav • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anna Qavalda
Anna Qavalda (fr. Anna Gavalda, 9 dekabr 1970, Bulon-Biyankur) — fransız yazıçısı. Onun əsərləri onlarca dillərə tərcümə olunub və böyük sevgiylə oxunur. == Bioqrafiya == Anna Gavalda Parisin prestijli Boulogne-Billancourt şəhər kənarında anadan olmuşdu. Anna'nın böyük nənəsi Sankt Peterburqda anadan olmuşdu və tanınmış Fulda nəslindəndir. Valideynlərin boşanmasından sonra, 14 il pansionda yaşamış, sonradan isə Sorbonna universitetinə daxil olmuşdu. 2007-ci ildə ekranlara Anna Gavalda'nın eyniadlı romanı əsasında? fransız rejissoru Klod Berrinin, Odru Totu baş rolda olmaqla "Sadəcə birlikdə" adlı film nümaiş olunmuşdur. 4 həftə ərzində filmi Fransada 2 milyon tamaşaçı izləmişdir.
Anna Qavrilenko
Anna Vitaliyevna Qavrilenko (d. 10 iyul 1990; Yekaterinburq, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Anna Qavrilenko, Rusiyanı 2008 Pekin Olimpiadasında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Anna Qavrilenko, 2008-ci ildə Rusiya bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yelena Posevina, Marqarita Aliyçuk, Tatyana Qorbunova, Darya Şkurixina və Natalya Zuyeva ilə birgə finalda 35.550 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Artemi Qavezou
Artemi Qavezou (19 iyun 1994, Saloniki) — Yunanıstan əsilli İspaniyanı təmsil edən bədii gimnast. Artemi Qavezou, İspaniyanı 2016-cı ildə baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və gümüş medal qazanıb. == Karyerası == Artemi Qavezou, 2016-cı ildə İspaniyanın bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Alexandra Quereda, Yelena Lopez, Lordes Mohedano və Sandra Aguilar Navarro ilə finalda 35.766 xal topladı və Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Duyğu və qavramanın pozuntuları
== Duyğu == Duyğu - cisim və hadisələrin duyğu orqanlarına təsiri nəticəsində əmələ gələn və ya cism və hadisələrin ayrı-ayrı xassələrinin inikasından ibarət olan ən sadə psixi proses. Xarici aləm haqqında bütün məlumatları insan duyğu orqanları vasitəsi ilə əldə edir. Duyğu orqanlarına analizatorlar da deyilir. Bu analizatorlara görmə, eşitmə, qoxu, dad və orqanizmin daxilində və xaricində yerləşən ümumi hissiyat reseptorları aiddir. Duyğu vasitəsi ilə insan soyuğu, istini, işığı, qaranlığı, acını, şirini, ağrını və s. hiss edir. Duyğu bizi əhatə edən varlığın, ümumiyyətlə, bütün biliklərimizin başlanğıcı, ilkin mərhələsidir. === Duyğunun pozulması === Duyğu prosesinin pozulması nəticəsində senestopatiyalar baş verir. Senestopatiyalar - göynəmə, dartılma, təzyiq, qıdıqlama, sancma, soyuqluq və digər xoşa gəlməz hisslərin əzabverici və davamlı olması ilə özünü göstərir və bədənin müxtəlif yerlərində rast gəlinə bilər. Senestopatiyalar zamanı əksər psixi pozuntular kimi orqanizmdə heç bir patomorfoloji dəyişiklik baş vermir.
Hind qavialı
Hind qavialı (lat. Gavialis gangeticus) — Gavialidae fəsiləsinin yaşayan iki bioloji növündən biri. Digəri Malay qavialıdir. Bu timsahlara əsasən Hindistan, Banqladeş, Butan, Nepal, Pakistan və Myanma ərazisində rast gəlmək mümkündür. Yaşayış arealı Hind çayı, Brahmaputra, Qanq və Mahanadi çaylarıdır. Qavialın uzunluğu 3–5,5 metr (maksimum 7 metr), çəkisi 159–181 kq-dır.
Kansu Qavri
Qansu Ğavri və ya Əl-Əşrəf Qansu əl-Ğavri (1441, Məmlük dövləti – 3 sentyabr 1516) — Məmlük sultanı.
Konstantin Qavriş
Konstantin Viktoroviç Qavriş — inzibatçı, kompüter xidməti üzrə mütəxəssis, "Tərəqqi" medalı laureatı (2016). == Həyatı == Konstantin Qavriş 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. == Filmoqrafiya == Cavanşir (film, 2002) Kitabi Dədə Qorqud.
Lev Qavalas
Lev Qavalas (yun. Λέων Γαβαλᾶς XII əsr, Rodos – 1240-cı illər) — 1204-cü ildə Dördüncü Səlib yürüşü ilə Bizans imperiyasının parçalanmasından sonra qurulan, Rodos adasını və ətrafındakı Egey adalarını əhatə edən bir müstəqil domenin hökmdarı və Bizans yunanı maqnatı. Qavalas Nikeya imperiyasının asılılığını qəbul etməsinə baxmayaraq, 1240-cı illərin əvvəllərində ölməsinə qədər praktik olaraq müstəqil qalmışdır. == Həyatı == Lev Qavalas ən azı X əsrin əvvəllərində Anna Qavalanın Bizans imperatoru I Roman Lakapinin oğlu və hakimiyyət şəriki Stefan Lakapin ilə evləndiyi zaman yaranmış bir aristokrat ailəsindən idi. Ailə sonrakı dövrlərdə nisbətən az əhəmiyyət daşıyırdı, lakin XI və XII əsrlərdə bir sıra mülki və ruhani məmurlar yetişdirmişdir. Qavalasın həyatının ilk illəri haqqında heç bir şey bilinmir və ilk dəfə 1232 və ya 1233-cü ildə etibarlı mənbə tərəfindən təsdiq edilmişdir. Qavalasın "Sezar" tituluna necə sahib olması və Rodosda hakimiyyət yaratmasının təfərrüatları da aydın deyil. Çağdaş mənbələr Rodosun Bizans nəzarətindən çıxdığını və 1203–1204-cü illərdə baş tutmuş Dördüncü Səlib yürüşü zamanı müstəqil bir hökmdar tərəfindən idarə olunduğunu açıq şəkildə qeyd edir. Bu hökmdar adətən Qavalas ilə eyniləşdirilir, lakin orta əsr Bizans tarixşünası Nikifor Vlemmid Qavalasın titulunu irsi hüquq ilə aldığını iddia edir. Qavalasın bir anda Nikeya imperiyasından asılılığı qəbul etdiyi və "Sezar" titulunun ona Nikeya hökmdarı I Feodor Laskaris (hak.
Live-e-Qave
Live-e-Qave (fr. Livet-et-Gavet) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38212. Kommunanın 1999-cu il üçün əhalisi 1365 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 115 km cənub-şərqdə, Qrenobldan 18 km şimal-qərbdə yerləşir.
Malay qavialı
Malay qavialı (lat. Tomistoma schlegelii) — sürünənlər sinfinə, timsahlar dəstəsinə daxil olan Tomistoma cinsinin yeganə nümayəndəsi. Tomistoma adı yunan dilindən gəlir. τόμος — iti və στόμα — ağız; növün adının ikinci hissəsi isə schlegelii sözüdürki, bu da hollandiyalı zooloq Herman Şlegelin (1804–1884) şərəfinə verilir. Təsnifatçılar Tomistoma cinsinin və Tomistominae yarımfəsiləsinin hansı fəsiləyə mənsub olduqlarına qərar verə bilmirdilər. Belə ki, morfoloji quruluşlar əsasında Əsl timsahlara, molekulyar və genetik metodlar əsasında isə qaviallara aid edilir. == Arealı və yaşayış yerləri == İndoneziyada (Sumatra, Kalimantan, Yava adalarında, ehtimal ki, Sulavesidə), Malayziyada (Malay yarımadası, Kalimantan) və Vyetnamda (bəlkə də nəsli kəsilmişdir) yayılmışdır. Taylandda 1970-ci ildən bəri nəsli kəsilmiş olaraq sayılır. Malay qavialının populyasiyaları olduqca azdır. Şirin su göllərində, lal axan çaylarda və bataqlıq ərazilərdə yaşayır.
Mixail Qavrilov
Mixail Qavrilov — məşhur SSRİ pilotu == Mixail Qavrilov və onun eskadrilyası == SSRİ-də haqqında onlarla bədii əsərlər yazılan Mixail Qavrilov və onun eskadrilyası 30 aprel 1942-ci ildə alman təyyarələri ilə döyüşdə məhv edilib. Həmin gün döyüş tapşırığını yerinə yetirərkən Qavrilovun qrupu almanların avtomobil karvanına hücum edərək 95 avtomobili sıradan çıxarıb, 5 zenit-pulemyot nöqtəsini, silah sursatlarla dolu bir neçə anbarı partladıb, xeyli sayda canlı qüvvəni məhv edib. Geri qayıdan 9 təyyarədən ibarət sovet aviasiya eskadrilyası Almaniya Hərbi Hava Qüvvələrinin 38 “Messerşmid” təyyarəsi ilə qarşılaşıb və məhv edilib. == 68 il sonra == 1942-ci il aprelin 30-da alman təyyarələri ilə hava döyüşündə vurulmuş məşhur SSRİ pilotu Mixail Qavrilovun təyyarəsinin və cəsədinin qalıqları 68 il sonra 2010-cu ildə tapılıb. Demyansk bölgəsində pilotun düşdüyü yer 2010-cu ilin əvvəllərində təyin olunub və axtarışlara cari ilin ortalarında başlanıb. Ağır texnikanın daxil ola bilmədiyi ərazidə qazıntı işləri əllə aparılıb. Çətinliklərdən sonra ötən həftə təyyarənin qalıqları və pilotun sümükləri bataqlıqdan çıxarılıb. Qavrilovun cəsədinin qalıqları təyyarənin kabinəsində olub. Onun dəbilqəsi və pilot kombinezonu çürüsə də qalıqlar nümunə kimi götürülüb. Tədqiqatlar zamanı məlum olub ki, təyyarənin əlvan metallardan ibarət hissələri bir vaxtlar naməlum şəxslər tərəfindən sökülüb, pilotun saatı, paraşütü və tapançası üzərindən götürülüb.
Peruşin-Qavixin binası
Peruşinoy-Qavixanın binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində üç mərtəbəli bina. Bina XIX əsrin 70-ci illərində inşa edilmişdir. Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 79, 81. == Tarixi == Taqanroq şəhəri Petrovskaya küçəsi ev 79 və 81 ünvanında yerləşən bina XIX əsrin 70-ci illərində inşa edilmişdir. Solunda yerləşən iki mərtəbəli tikili 1871-ci ildə 2-ci gildiya taciri Marten Nikitiç Bataşevin maliyyəsi hesabına inşa edilmişdir. Ərinin ölümündən sonra dul qadın tacirlik işini davam etdirnişdir. Nəticədə o qızı və oğlunu tərbiyə etmişdir. Onun tərəfindən iki mərtəbəli bina gözəl fasada malikdir. Binanın ikinci mərtəbəsində yeddi pəncərə vardı. Onun sol hissəsində əsas giriş yerləşirdi.
Qaval
Qaval — Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. == Quruluşu == Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. == Azərbaycan musiqisində qaval == Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir.
Qaval daşı
Qaval daşı – bir musiqi aləti kimi istifadəsi təqribi olaraq 10 min il öncəyə aiddir. Əhəng daşından əmələ gəlməsi və tərkibində çınqılların yaratdığı boşluqlar səbəbindən Qaval daşa vurduqda ondan səs çıxır. Neolit dövründə Qobustan ərazisində qədim insanlar bu daşın xüsusiyyətlərini bilmiş və ondan musiqi aləti kimi istifadə edirmişlər. Onlar Qaval daşda musiqini ifa edir və onun ətrafında rəqs edirdilər. Bunu əks etdirən qaya üstü rəsmləri görmək mümkündür. == Sayları == Qobustanda iki ədəd qaval daşı abidə kimi qorunur. Bunlardan birincisi Cingirdağın şimal-şərq ətəyindədir. O Yazılıtəpə qədim qayaüstü təsvirlər kolleksiyası üzrə 114 №-li daş kimi qeydə alınmışdır. Bu daşın orta hissəsidə qalınlıq 70 sm-dir. Şərqə doğru isə nazikləşir.
Qavalanın binası
Qavalanın binası — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. XIX əsrin sonlarına yaxın inşa edilmişdir. Bina Rostov-na-Donu şəhəri Puşkinskaya küçəsi, 93 ünvanında yerləşir. Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Bina iki mərtəbədən ibarətdir. == Tarixi == Puşkinskaya küçəsi, ev 93 ünvanında yerləşən bina XIX əsrim sonlarında inşa edilmişdir. Binanın ilk sahibi Rusiya Birja cəmiyyətinin üzvü Nikolay Antonoviç Qavala olmuşdur. Milliyyətcə yunandır. 1913-cü il məlumatına görə binanın sahibi olaraq Mariya Qeorgievna Qavala göstərilir. Mariya Qeorgievna Qavala Nikolay Antonoviç Qavalanın həyat yoldaşı olmuşdur.
Qavaq-i Süfla (Miyanə)
Qavaq-i Süfla (fars. قواق سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 180 nəfər yaşayır (32 ailə).
Qavaq-i Ülya (Miyanə)
Qavaq-i Ülya (fars. قواق عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 259 nəfər yaşayır (51 ailə).
Qavaq Amular (Miyanə)
Qavaq Amular (fars. قواق عمولر‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 85 nəfər yaşayır (20 ailə).
Qavaqlı
Qavaqlı (Qoşaçay)
Qavaqlı (Marağa)
Qavaqlı (fars. ‎‎‎قواقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 13 nəfər yaşayır (4 ailə).
Qavaqlı (Qoşaçay)
Qavaqlı (fars. قواقلو‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 31 nəfər yaşayır (11 ailə).
Qavaqtəpə (İğdır)
Qavaqtəpə — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Əvvəllər Suverən kəndinə bağlı idi. 2012-ci ildə kənd statusu almışdır. == Coğrafiyası == İğdırdan 39 km uzaqlıqdadır. İqdır-Şərqi Bəyazid arasındakı yolun üzərindədir.
Qavartu
Qavartuçay (Kabardaçay) — Ağdərə və Ağdam rayonları ərazilərindən axan çay. Uzunluğu 28 km-dir. Kabarda çay da adlanır.
Qavartuçay
Qavartuçay (Kabardaçay) — Ağdərə və Ağdam rayonları ərazilərindən axan çay. Uzunluğu 28 km-dir. Kabarda çay da adlanır.
Qavazi
Qavazi (gürc. გავაზი; keçmiş Axali Qavazi) — Şərqi Gürcüstandada kənd. Kaxetiya ölkəsinin Kvareli bələdiyyəsi ərazisindədir. Alazan-Həftəran vadisində, dəniz səviyyəsindən 255 yüksəklikdə və Qanıxçayın sol sahilində yerləşir. Bələdiyyə mərkəzi Kvareli şəhərindən 16 kilometr məsafədədir. 2014-cü il siyahıyalmasının nəticələrinə görə kənddə yaşayanların sayı 2945 nəfər olmuşdur. Qavazidə XIV əsrə aid memarlıq abidəsi — Qaraca kilsəsi var.

qav sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Qax) otlardan hazırlanmış revmatizm dərmanı ◊ Qav salmax – dərman sürtmək. – Qav yaxşı dərmandı; – Honun qiçlərində yel var, qav salsa, qedəcax II (Qax) içi ovulmuş ağac

Azərbaycan dilinin dialektoloji lüğəti.

"qav" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qav nədir? #qav sözünün mənası #qav nə deməkdir? #qav sözünün izahı #qav sözünün yazılışı #qav necə yazılır? #qav sözünün düzgün yazılışı #qav leksik mənası #qav sözünün sinonimi #qav sözünün yaxın mənalı sözlər #qav sözünün əks mənası #qav sözünün etimologiyası #qav sözünün orfoqrafiyası #qav rusca #qav inglisça #qav fransızca #qav sözünün istifadəsi #sözlük