qavra sözü azərbaycan dilində

qavra

Yazılış

  • qavra • 71.4286%
  • Qavra • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Duyğu və qavramanın pozuntuları
== Duyğu == Duyğu - cisim və hadisələrin duyğu orqanlarına təsiri nəticəsində əmələ gələn və ya cism və hadisələrin ayrı-ayrı xassələrinin inikasından ibarət olan ən sadə psixi proses. Xarici aləm haqqında bütün məlumatları insan duyğu orqanları vasitəsi ilə əldə edir. Duyğu orqanlarına analizatorlar da deyilir. Bu analizatorlara görmə, eşitmə, qoxu, dad və orqanizmin daxilində və xaricində yerləşən ümumi hissiyat reseptorları aiddir. Duyğu vasitəsi ilə insan soyuğu, istini, işığı, qaranlığı, acını, şirini, ağrını və s. hiss edir. Duyğu bizi əhatə edən varlığın, ümumiyyətlə, bütün biliklərimizin başlanğıcı, ilkin mərhələsidir. === Duyğunun pozulması === Duyğu prosesinin pozulması nəticəsində senestopatiyalar baş verir. Senestopatiyalar - göynəmə, dartılma, təzyiq, qıdıqlama, sancma, soyuqluq və digər xoşa gəlməz hisslərin əzabverici və davamlı olması ilə özünü göstərir və bədənin müxtəlif yerlərində rast gəlinə bilər. Senestopatiyalar zamanı əksər psixi pozuntular kimi orqanizmdə heç bir patomorfoloji dəyişiklik baş vermir.
Qavrayış
Qavrayış — həqiqi və mücərrəd varlığın insan tərəfindən bilavasitə hissən qavranılması, xarici aləmin hadisələrini qavramaq, dərk etmək, fərqləndirmək və anlamaq qabiliyyəti. == Mənbə == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Tarix qavramı barədə tezislər
Alman-yəhudi filosof Valter Benjaminin 1940-cı ildə Gestapodan qaçarkən intihar etməsindən bir necə ay öncə şəxsi qeydləri arasına yazdığı tezislər nəzərdə tutulur. == Mahiyyəti == Benjaminin tarix düşüncəsi avtomatik bir inqilab gözləyişinin yersizliyi tənqidi ilə başlayır. Benjaminə tarixi əzilənlərlə əzənlər arasından intiqam alma sahəsi olaraq təsəvvür edir. Benjaminin əsas tənqid hədəfləri o dövrün sosial-demokratlarıdır. Ona görə kültür və mədəniyyət nümunələri əzənlərin qanlı zəfərləri üzərində yüksələn barbarlıq nişanələridir. Gec kəşf edilən əsər olmasına baxmayaraq, sol teleolojik tarix təxəyyülündə və fəhlə sinfinin mütləq inqilab edəcəyi fikrində mühüm qırılmağa səbəb olmuş, Yəhudi ilahiyyatı ilə Marksist ideologiyanı qovuşdurmuşdur.
Qavram
Anlayış — predmet və hadisələrin ümumi, mühüm əlamətlərini əks etdirən fikirdir, təfəkkür formasıdır. O, real gerçəkliyin dərkində əsas rol oynayır. Obyektiv gerçəkliyin özündə anlayış yoxdur, bunlar insan şüurunda meydana gəlir və gerçəklikliyin predmetlərini, hadisə, proseslərini əvəz edir, insan təbii ünsiyyət dilinin və formallaşmış dillərin köməkliyi ilə əldə olunmuş bilikləri sistemləşdirir, nəsildən-nəslə keçirir, inkişaf etdirir. Məntiq tarixində anlayışlara münasibətdə iki cür ifratçılığa yol verilmişdir. Bir çox məntiqçilər anlayışları gerçəklikdən təcrid edərək ona qarşı qoyurdular, gerçəkliklə anlayışların üzvi əlaqəsini izah edə bilmirdilər. Digər qrup alimlər isə anlayışlarla gerçəkliyi eyniləşdirirdilər, anlayışlarların dərin keyfiyyət fərqini, onun spesifikliyini anlamırdılar. == Anlayışların meydana gəlməsi == Bu proses insan təfəkkürünün təşəkkül tapmasının və inkişafının obyektiv qanunauyğunluğudur. Təfəkkürümüzdə anlayışların meydana gəlməsi və mövcudluğunun obyektiv əsasını bizi əhatə edən gerçəkliyin predmetli xarakter kəsb etməsidir, başqa cür desək, gerçəklikdə keyfiyyət müəyyənliyinə malik olan ayrı-ayrı predmet və hadisələrin olmasıdır. Məsələn, bitki, canlı, Yer, Günəş, planetlər, kosmik səma, çaylar, dağlar və i. a.
Ekstrasensor qavrayış
Ekstrasensor qavrayış, ekstrasensorika (lat. extra "yuxarıda, kənarda" + sensus "hiss") — mövcudluğu sübut olunmamış qavrayışın və ya insan qabiliyyətlərinin bir çox paranormal formaları üçün istifadə edilən qeyri-elmi termin . Belə qavrayış və qabiliyyət formalarının mövcudluğunun heç bir elmi sübutu yoxdur, ABŞ-ın Milli Elm Fondu ekstrasensor qavrayışı amerikalılar arasında ən çox yayılmış yalançı elmlərdən, yanlış təsəvvürlərdən biri kimi təsnif edir. Bəzi hallarda subyektlərin patologiyaları və ya sinestetik vəziyyətləri nəticəsində yaranan qavrayış hadisələri onlar tərəfindən “ekstrasensor qabiliyyətlər” kimi şərh olunur (məsələn, insanın aurasını sinesteziya ilə görmək). == Təsnifatı == Paraelmlərdə ekstrasensor qavrayışın təzahürlərinə telepatiya, öncəgörmə və proskopiya, dərinin optik qavrayışı, “biointroskopiya” aiddir, lakin çox vaxt bu cür təzahürlərə cisimlərə, orqanizmlərə və ya fiziki hadisələrə qeyri-maddi fiziki təsirin bir növ üsulları da daxildir - telekinez və ya psixokinez, ekstrasensor şəfa və s. Rayn və Soul telepatiyanı duyğu kanallarının vasitəçiliyi olmadan məlumatın beyindən beyinə ötürülməsi kimi başa düşdülər. Kriptesteziya - hər hansı bir şəkildə gizlədilmiş və məsafədə yerləşən maddi obyektlər haqqında məlumatların, həmçinin hisslərin vasitəçiliyi olmadan beyin tərəfindən qəbul edilməsidir. Onlar psixokinezi yenə maddi effektsiz, sırf zehni səydən istifadə edərək maddi obyektlərlə fəza manipulyasiyaları adlandırdılar. Görmə qabiliyyəti ilə onlar məlum faktlara əsaslanaraq nəticə çıxarmadan maddi hadisələrin gələcək vəziyyətlərini qabaqcadan görmək qabiliyyətini başa düşürdülər. == Ekstrasensor qavrayışın öyrənilməsi == Bir sıra alimlər özünü ekstrasensor qabiliyyətlərə malik olduğunu bəyan edən insanları öyrənməyə çalışıblar.

"qavra" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qavra nədir? #qavra sözünün mənası #qavra nə deməkdir? #qavra sözünün izahı #qavra sözünün yazılışı #qavra necə yazılır? #qavra sözünün düzgün yazılışı #qavra leksik mənası #qavra sözünün sinonimi #qavra sözünün yaxın mənalı sözlər #qavra sözünün əks mənası #qavra sözünün etimologiyası #qavra sözünün orfoqrafiyası #qavra rusca #qavra inglisça #qavra fransızca #qavra sözünün istifadəsi #sözlük