döl sözü azərbaycan dilində

döl

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • döl • 88.3077%
  • Döl • 10.7692%
  • DÖL • 0.9231%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dölcək
Dölcək (fars. دولجک خان‌محمدآباد‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 366 nəfər yaşayır (117 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.03 dəfə / 1 mln.
2004 •••• 0.34
2006 •••••••••••• 1.13
2007 ••••••••••• 1.06
2008 ••• 0.24
2009 ••••••••••••• 1.28
2010 •••••••••• 1.00
2011 ••••••••••• 1.12
2012 ••••••••• 0.86
2013 •••••••••••••••••••• 2.04
2014 ••••••••• 0.86
2015 ••••••••••••••• 1.53
2016 ••••••••• 0.87
2017 ••••••• 0.65
2018 •••••••••••••• 1.35
2019 ••••••••••••• 1.25
2020 •••••••••• 0.93

döl sözünün leksik mənası və izahı

  • 1 is. 1. Rüşeym, maya. Döl üçün ayrılan xınaquyruqlu qoçlar … döyükmüş ətrafa baxırdılar. S.Rəhimov. // Ana bətnində bala. // Mayalanma, döllənmə dövrü. □ Döl düşmək – ev heyvanlarının doğum vaxtı çatmaq. Döl salmaq – 1) doğub törəmək, törəyib artmaq. Dağın bir tərəfində kəkliklər döl salmışdır; 2) bitib artmaq, çoxalmaq, yayılmaq. Bu dağda cır alma yaman döl salmışdır. 2. Cins. Ərəb atı dölü. Qarabağ qoyunu dölü. – [Müsyö Jordan:] Hatəmxan ağa, … bir ay bundan əvvəl Qarabağın əlyetməz dölündən köhlən at altında gəlib sizə qonaq olan xoşbəxt adam … əgər Qarabağa gəlməyəydi, bu qədər dövləti haradan ələ salardı? M.F.Axundzadə. // Döllük heyvan. Şən balalar, dağ gövdəli erkəklər; Bax, bu əsil, tosqun döllər bizimdir. A.Şaiq. 3. məc. Nəsil mənasında. [Güllü:] Abbasın dölünə nə deyəsən? S.Rəhimov.

    Azərbaycan dilinin izahlı lüğəti / döl

döl sözünün etimologiyası

  • 1 “Kişi sperması” kimi başa düşülür. Döl tutub “hamilə” mənasında işlədilib. Nəsil əvəzinə “döldaş” deyiblər. Dölsüz “qısır” demək olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / döl

döl sözünün sinonimləri (yaxın mənalı sözlər)

döl sözünün rus dilinə tərcüməsi

  • 1 1. порода, отродье; 2. приплод; 3. период, когда оплодотворяются домашние животные;

    Azərbaycanca-rusca lüğət / döl
  • 2 1 сущ. 1. плод, зародыш (у человека и млекопитающих). Diri döl живой плод, ölü döl мертвый плод, döl qişaları оболочки плода, dölün inkişafı развитие плода, dölün xaric olunması изгнание плода, dölün çıxardılması извлечение плода 2. окот: 1) роды у овец, коз и некоторых других животных. Yaz dölü весенний окот, payız dölü осенний окот, kütləvi döl массовый окот 2) время, когда плодятся домашние животные 3. потомство. Döl vermək давать потомство (плодиться) 4. племя, порода. Qarabağ dölündən olan at лошадь карабахской породы 5. бот. завязь (возникновение, образование плода) II прил. плодный, зародышевый. Döl qovuğu мед. плодный пузырь; döl düşdü наступило время окота, начался окот; döl götürmək (almaq) получить, получать приплод (потомство от породистого животного); döl salmaq плодиться, разводиться, размножаться 2 сущ. диал. насыпь (воронкообразный ящик на мельницах, куда насыпают зерно)

    Azərbaycanca-rusca lüğət / döl

döl sözünün inglis dilinə tərcüməsi

döl sözünün fransız dilinə tərcüməsi

döl sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. дул, мая; // дидедин руфуна авай бала, кьерех; // маяламиш жедай девир; döl düşmək кӀвалин гьайванрин хадай вахт агакьун (хьун); döl salmaq а) хана гзаф хьун, туьремиш хьана артух хьун (гьайванар, къушар); б) экъечӀна артух хьун, гзаф хьун, чукӀун (мес. ттарар); 2. жинс; // жинсинин гьайван, дамазлух гьайван; 3. пер. несил.

    Azərbaycanca-ləzgicə lüğəti / döl

döl sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

1. Rüşeym, maya. 2. Cins. (“Koroğlu” dastanının lüğəti) Ərəb paşanın xahişinə görə döl üçün Qıratı ilxıya qatdılar. (“Koroğlunun Dərbənd səfəri”)(İ.A., B.A.)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Gəncə, Göyçay, Şəki) cins, nəsil. – Bizim kə:r at Allahyargilin atdarının dölünnəndi II (Ordubad) dəyirmanın dən tökülən təknəsi

Azərbaycan dilinin dialektoloji lüğəti.

"döl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#döl nədir? #döl sözünün mənası #döl nə deməkdir? #döl sözünün izahı #döl sözünün yazılışı #döl necə yazılır? #döl sözünün düzgün yazılışı #döl leksik mənası #döl sözünün sinonimi #döl sözünün yaxın mənalı sözlər #döl sözünün əks mənası #döl sözünün etimologiyası #döl sözünün orfoqrafiyası #döl rusca #döl inglisça #döl fransızca #döl sözünün istifadəsi #sözlük