doyunca sözü azərbaycan dilində

doyunca

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • doyunca • 91.2500%
  • Doyunca • 8.5417%
  • DOYUNCA • 0.2083%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

doyunca sözünün leksik mənası və izahı

  • 1 zərf 1. Doyana qədər. Doyunca yemək. – Tut ağacı boyunca; Tut yemədim doyunca. (Bayatı). [Əsgər:] Barı bir zəhmətə görə, əziyyətə görə doyunca adama çörək verə, yenə dərd yarıdır. N.Vəzirov. …Hamımız süfrə başına oturub qatıq, yağ, qaymaqdan doyunca yedik. A.Şaiq. 2. məc. İstədiyi qədər, çoxlu, ürəyinin ehtiyacı rəf olunca. Doyunca gəzmək. Doyunca danışmaq. – Qoy doyunca baxsın, etsin tamaşa; Heyrandı göz-gözə, qurban olduğum! M.P.Vaqif. Ol qəmli gecə sabah olunca; Rahat yuxu yatdı bir doyunca. A.Səhhət. …İlk dəfə gördüyüm bu yerlərin gözəlliklərini doyunca seyr etmək üçün tüfəngi çiynimdən çıxarmadan arxadan gedirdim. M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / doyunca

doyunca sözünün sinonimləri (yaxın mənalı sözlər)

doyunca sözünün antonimləri (əks mənalı sözlər)

doyunca sözünün rus dilinə tərcüməsi

  • 1 досыта, вдоволь, всласть, вволю

    Azərbaycanca-rusca lüğət / doyunca
  • 2 нареч. досыта, вдоволь: 1. до полного насыщения, до сытости. Doyunca yemək наесться досыта 2. перен. до полного удовлетворения. Doyunca gəzmək нагуляться досыта, doyunca rəqs etmək потанцевать вдоволь, doyunca yatmaq поспать вдоволь, doyunca danışmaq наговориться вдоволь

    Azərbaycanca-rusca lüğət / doyunca

doyunca sözünün inglis dilinə tərcüməsi

  • 1 z. to one’s heart’s content, to satiety; ~ yemək (içmək) to eat* (to drink*) to one’s heart’s content, to eat* (drink*) one’s fill; ~ danışmaq to talk to one’s heart’s content

    Azərbaycanca-ingiliscə lüğət / doyunca
  • 2 1. to one’s heart content / as much (as long, etc.) as one likes / as much (as many) as one can find room for сколько влезет (сколько угодно, вдоволь); 2. (bir kəsi doyunca yedirtmək) to feed someone to the fullest / to stuff someone to bursting point от брюха / до отвала (до полноты насыщения кормить); 3. (doyuna qədər yemək, içmək) Cf. to eat (to drink, to take) one’s fill * от пуза (вволю, досыта наедаться, напиваться и т.п.)

    Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət / doyunca

doyunca sözünün fransız dilinə tərcüməsi

doyunca sözünün ləzgi dilinə tərcüməsi

  • 1 нареч. 1. тухдалди, тух жедалди; doyunca yemək тухдалди тӀуьн; 2. пер. гзаф, рикӀиз кӀани кьадар; doyunca yatmaq тухдалди ксун; doyunca danışmaq тухдалди рахун.

    Azərbaycanca-ləzgicə lüğəti / doyunca

doyunca sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#doyunca nədir? #doyunca sözünün mənası #doyunca nə deməkdir? #doyunca sözünün izahı #doyunca sözünün yazılışı #doyunca necə yazılır? #doyunca sözünün düzgün yazılışı #doyunca leksik mənası #doyunca sözünün sinonimi #doyunca sözünün yaxın mənalı sözlər #doyunca sözünün əks mənası #doyunca sözünün etimologiyası #doyunca sözünün orfoqrafiyası #doyunca rusca #doyunca inglisça #doyunca fransızca #doyunca sözünün istifadəsi #sözlük