donuzluq sözü azərbaycan dilində

donuzluq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • donuzluq • 86.6667%
  • Donuzluq • 13.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

donuzluq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Donuz saxlanılan yer. 2. məc. Çirkinlik, natəmizlik, pintilik. 3. məc. Qabalıq, qanmazlıq; nankorluq.

    Azərbaycan dilinin izahlı lüğəti / donuzluq
  • 2 Donuz sözünün derivatı olmayıb tam fərqli məna kəsb edir; su dəyirmanında çarxın olduğu və fırlandığı yer. (“Koroğlu” dastanının lüğəti) Keçəl Həmzə dedi: – Odu, girib içəridə dəyirmanın donuzluğuna, gizlənib. Bilmirəm nə işi varsa, səni görən kimi qaçıb donuzluğa girdi. (“Həmzənin Qıratı aparmağı”) * Koroğlu gördü yox, bu öz xoşuna donuzluqdan çıxmaq istəmir. İrəli yeridi. (“Həmzənin Qıratı aparmağı”) * O, on beş-iyirmi ağaclıq yolu bir nəfəsə gəlmişdi. Gözləri acışıb qaralırdı. Ona görə də Keçəl Həmzəni tanımadı, Düratı göstərib dedi: – Bu atın sahibi hara getdi? Keçəl Həmzə dedi: – Ay ağa, atı necə gətirib bura bağladığını bilmirəm, özü gedib dəyirmanın donuzluğunda gizləndi. (Paris nüsxəsi, 6-cı məclis)

    Azərbaycan dastanlarının leksikası / donuzluq

donuzluq sözünün etimologiyası

  • 1 Anadolu türklərində donuzluq sözü var və “qəddarlıq” anlamında işlə­dilir. Bizdə donuzluq yerinə, bəzən “murdarlıq”, “qəddarlıq” işlədilir. Türkiyədə yumru yerinə, domru (bizdədumru) işlədilir. Deməli, donuzluq “dəyirmi” (möhrə, möhür kimi olan, toppuzluq) deməkdir. Farslar qayka yerinə,möhrə işlədirlər. Türkmənlər donuzluq əvəzinə “möxre” deyirlər. Dəyirmanın topu dairəvi möhür kimi) olduğundan bu daha inandırıcıdır. Belə olduqda dopuzluq kəlməsinin də­yiş­miş forması kimi qəbul etmək olar. Söz qoduqluq kəlməsinin təhrifi ilə bağlı ola bilər. Qoduqluq “zirzəmi”, “quyu” (quduq) anlamlarını əks etdirən bir kəlmədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / donuzluq

donuzluq sözünün rus dilinə tərcüməsi

donuzluq sözünün inglis dilinə tərcüməsi

donuzluq sözünün ləzgi dilinə tərcüməsi

"donuzluq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#donuzluq nədir? #donuzluq sözünün mənası #donuzluq nə deməkdir? #donuzluq sözünün izahı #donuzluq sözünün yazılışı #donuzluq necə yazılır? #donuzluq sözünün düzgün yazılışı #donuzluq leksik mənası #donuzluq sözünün sinonimi #donuzluq sözünün yaxın mənalı sözlər #donuzluq sözünün əks mənası #donuzluq sözünün etimologiyası #donuzluq sözünün orfoqrafiyası #donuzluq rusca #donuzluq inglisça #donuzluq fransızca #donuzluq sözünün istifadəsi #sözlük