* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Adətən “göz” sözü ilə: qabağa çıxmış, irəli çıxmış; dəbərə… [Leylək Ələmdar:] Oğlan, müştərin-zadın yoxdu ki? – deyə o, domba gözlərini ətrafına gəzdirdi. S.Rəhimov. …Onun tatar gözünə oxşamayan domba gözləri az qala yerindən fırlanıb çıxacaq oldu. Ə.Əbülhəsən. [Konsul] çim altından baxan qurbağa kimi iri, domba gözlərini qarovulçuya zilləmişdi. P.Makulu.
Azərbaycan dilinin izahlı lüğəti / domba2 dağ üzərində günbəzvari xırda təpəcik /Zəngilan rayonu/. домба domba
Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / domba1 Mənası “yumru” (kürə kimi olan) deməkdir. Dombalaq aşmaq “yumrulanaraq hərəkət etmək”dir. Güman ki, top, təpə, topa sözlərinin dəyişmiş formasıdır. Qərb dialektlərində toppa, toppuş sözləri var və domba yumru sözlərinin sinonimi kimi işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / domba2 DOMBA (göz haqqında) Arçel dəniz köpüyünə bənzər domba gözlərini onların ağzına dikərək.. məxsusi bir vəziyyət almışdı (A.Şaiq); QABARIQ O,... yumru və qabarıq gözlərini rəqibinə zilləyərək, tez-tez hülqumunu qaldırıb-salırdı (M.Hüseyn); PƏRTDƏK Murad iri, pərtdək gözlərini Vəlişlə Cavadın üzərində hərləyə-hərləyə dedi.. (Ə.Vəliyev).
Azərbaycan dilinin sinonimlər lüğəti / domba1 прил. выпуклый, вспухлый, вздутый, выдвинутый вперед. Domba gözlər выпуклые глаза
Azərbaycanca-rusca lüğət / domba