* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Quyudan su çıxarmağa məxsus çarx. Su quyusunun dolabı xarab olmuşdur.
Azərbaycan dilinin izahlı lüğəti / dolab2 is. Evin divarında düzəldilən rəf, şkaf. Dolabın qarşısında bir boşqabın qırıqları görünürdü. S.Hüseyn. [Fatma arvad] gümüş stəkanaltılarını, qaşıqlarını tələsə-tələsə dolabdan çıxarır. Mir Cəlal. // Ümumiyyətlə, şkaf. Mən [xarratı] kitab dolabımı təmir etmək üçün çağırmışdım. T.Ş.Simurq. // Qəfəsə. Dükanın dolabları malla doludur. – [Student] birdən-birə ev sahiblərinin qonaq otaqlarında bir dolab kitab olduğunu xatırladı. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / dolab3 is. Kələk, hiylə, fənd, biclik, dolaşıq iş. □ Dolab gəlmək – hiylə gəlmək, aldatmaq, fırıldaq işlətmək. Dolab qurmaq – hiylə düzəltmək, kələk qurmaq. Dolaba düşmək – hiyləli işə düşmək, dolaşıq işə düşmək. Dolaba salmaq – əngələ salmaq, dolaşıq işə salmaq. [Bəhram:] Ah, özümü nə təhlükəli bir dolaba saldım! C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / dolab4 f. 1) su çarxı, quyudan su və s. çəkmək üçün qurğu; 2) dolab, şkaf; 3) şəkər xəstəliyi; diabet; 4) m. möhtəkirlik.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / dolab3 DOLAB (kitab, paltar, qab-qacaq, yığmaq üçün şkaf) Könülün anası paltar dolabını açdı (X.Hasilova); QARDEROB (paltar şkafı) [Vəsfivyə:] Bütün qarderobum onun aldığı paltarlarla doludur (R.Rza); QƏFƏSƏ Burada nə yoxdur?.. Qəfəsələrdə top-top çit, parça (Ə.Əbülhəsən); ŞKAF Kitabpaylayan: O qədər lazımlı kitablar var ki, ..bu şkaflarda (Ə.Haqverdiyev), Qafar.. şkafdan stol üstünə boşqab və çəngəl qoydu (Ə.Əbülhəsən); RƏF (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / dolab2 1 сущ. см. dolamaçarx 2 сущ. 1. стенной шкаф 2. полка 3. тех. тумба 3 сущ. диал. хитрость, уловка ◊ dolab qurmaq kimə расставлять сети кому; dolab gəlmək хитрить, плутовать; dolaba salmaq поймать в сети; dolaba düşmək попасть в чьи-л. сети
Azərbaycanca-rusca lüğət / dolab1 is. 1) placard m, étagère f, armoire f ; 2) tex. socle m ;3) ruse f, malice f, astuce f ; ~ qurmaq tendre un piège ; ~ gəlmək ruser vi, filouter vi
Azərbaycanca-fransızca lüğət / dolab1 сущ. гьилле, фенд, бижвал, акахьай кар; dolab gəlmək гьилле атун, луьлуь атун, алцурарун; dolab qurmaq гьилле туькӀуьрун, кар кьун; dolaba düşmək туруна гьатун, кьил цацара гьатун; dolaba salmaq туруна ттун, кьил цацара ттун.
Azərbaycanca-ləzgicə lüğəti / dolab2 сущ. шкаф; цлан къене раснавай шкаф; // сад-садан винел хкажнавай кьацӀар (магазиндин мал ва мс. эцигдай).
Azərbaycanca-ləzgicə lüğəti / dolab(Kürdəmir, Şuşa) 1. hiyləgər, bic. – Əlirza yaman dolabdı (Kürdəmir) 2. hiylə, fırıldaq, biclik. – Əhməd dolabdan başqa bir iş bilmir (Şuşa)
Azərbaycan dilinin dialektoloji lüğəti.