dalab sözü azərbaycan dilində

dalab

Yazılış

  • dalab • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

dalab sözünün leksik mənası və izahı

dalab sözünün etimologiyası

  • 1 Heyvanlarda cinsi əlaqəni ümumi şəkildə höyürə gəlmək ifadəsi əks etdirir. Mənbələrdə höyur sözü erkək kimi açıqlanıb. Bununla belə, qoyun qoça gəlir, inək buğaya gəlir, camış kələ gəlir və s. Burada heyvanın erkəyinin adı ön plan­dadır. Amma it köpəyə gəlmir, at ayğıra gəlmir... İt (canavar, çaqqal...) kürsəyə gəlir. At, eşşək, dəvə dalaba gəlir. Niyə? Kürsək sözü mənbələrdə belə açıqlanıb: kürsə (kürü sözü ilə bağlı olmazmı?!) sözünün mənası cinsi qızışma deməkdir, feildir. Kürsək isə həmin feildən əmələ gəlmiş isimdir. Görünür, kürü sözünün kökü “kür”dür. -cə şəkilçisi “susamaq”qəlibi üzrə onu feilə çevirib. -k (-ək) şəkilçisi isə feildən ad əmələ gətirib. Bu baxımdan kürsə “kürüyə meyl etmək” deməkdir. Dalab, məncə, döl və ab hissələrindən ibarətdir, döl öz sözümüzdür, ab isə fars­ca­dan (hərfi mənası”dölsuyu-sperma” deməkdir). Başqa yozum da mümkündür: dalabagəlmək, əslində, “tələbə gəlmək” (tələbi ödəmək) deməkdir. Qaqauz dilində dalap ”tələb”, talaf isə “at xəstəliyinin bir növü” kimi açıqlanır. Bunlar hələlik sub­yektiv mülahizələrdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dalab

dalab sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. диал. 1. охота (половое возбуждение) у кобыл, верблюдиц и некоторых других животных 2. течка, эструс (период половой активности у данных животных); dalaba gəlmək (durmaq) находиться в состоянии охоты, приходить, прийти в охоту, dalabını almaq покрываться, быть покрытой жеребцом, верблюдом и т.п. (о кобыле, верблюдице и т.п.)

    Azərbaycanca-rusca lüğət / dalab

dalab sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. нугъ. лавар, балкӀан ва бязи маса гьайванриз къарагъдай гуьрдал финин (ашервилин) гьевес; dəvələrin dalab vaxtı лаваррин гуьрдал фидай (тӀалаб авай) вахт.

    Azərbaycanca-ləzgicə lüğəti / dalab

dalab sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Qarakilsə) ciftləşmə həvəsi, cəhdi (atlarda) ◊ Dalaba gəlməx’ – ciftləşmək

Azərbaycan dilinin dialektoloji lüğəti.

"dalab" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dalab nədir? #dalab sözünün mənası #dalab nə deməkdir? #dalab sözünün izahı #dalab sözünün yazılışı #dalab necə yazılır? #dalab sözünün düzgün yazılışı #dalab leksik mənası #dalab sözünün sinonimi #dalab sözünün yaxın mənalı sözlər #dalab sözünün əks mənası #dalab sözünün etimologiyası #dalab sözünün orfoqrafiyası #dalab rusca #dalab inglisça #dalab fransızca #dalab sözünün istifadəsi #sözlük