* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2009 | ••••• | 0.16 |
2010 | •••••••••••• | 0.45 |
2011 | •••••••••••••••••••• | 0.77 |
2012 | •••••••••••••• | 0.52 |
2013 | •••••••• | 0.29 |
2014 | ••••••••• | 0.34 |
2015 | ••••• | 0.17 |
2016 | ••••• | 0.17 |
2018 | •••••••••••• | 0.45 |
2019 | ••••••••••••••• | 0.56 |
2020 | ••••••••••• | 0.40 |
1 is. anat. Qarın boşluğunun sol tərəfində olub qan kürəcikləri hazırlayan və bu proseslə bağlı başqa mürəkkəb vəzifələr görən bədən üzvü. ◊ Dalağı sancmaq – şübhələnmək, qorxmaq. İndi belə, Əsgər Saçlıya bərk bənd olduğu vaxt yenə də dalağı ancaq Sübhanverdizadə tərəfindən sancırdı. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / dalaq1 Bu bədəndə uzunluğu 12 sm olan bir çıxıntıdır. Mənbələrdə dalaq anlayışı müxtəlif sözlərlə (dal, ayranlıq, sulaq, göy bağır...) ifadə olunub. Həmin sözlərin hər biri dalağın bir əlaməti (rənginin göy olması, çıxıntı şəklində olması, artıq qanı özündə saxlaması və s.) əsasında işlədilib. Struktur baxımından dalaq feildən törəyib (budamaq və budaq qəlibi üzrə), deməli, sözün mənşəyi feillə bağlanmalıdır. Dalaq həm də sancı sözünün sinonimi kimi işlədilib (“dalağım sancdı” deyirik). Sözün kökü dal ismidir, dala ondan törəmiş feil, dalaq isə feildən əmələ gəlmiş isimdir. Dalaşmaq, yəni “bir-birini sancmaq” (dalamaq) sözü də dalaq sözü ilə qohumdur. Əgər bizdə dalaq yerinə göy bağır, sulaq və s. işlədilibsə, dalaq fars mənşəli də ola bilər: mixək (mix və kiçiltmə şəkilçisi olan -ək) qəlibi üzrə də dalək (kiçik çıxıntı) kəlməsi yaranmış ola bilər. Bəzi dillərdə qarın boşluğunda olan üzvlərin hamısı bağır (ciyər)adlanır. Dalağa həm də göy bağır deyilməsi də bununla bağlı ola bilər. Farslar içalat yerinə, ciyərbənd işlədirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dalaq2 I сущ. селезёнка. мед. Dalaq sallanması опущение селезёнки, dalaq infarktı инфаркт селезёнки, dalaq qapısı ворота селезёнки, dalaq özəyi мякоть селезёнки II прил. селезёночный. Dalaq arteriyası селезёночная артерия ◊ dalağı sancmaq: 1. хотеть что-л.; 2. подозревать, заподозрить кого-л. в чём-л.; 3. бояться, опасаться
Azərbaycanca-rusca lüğət / dalaq1 I. i. anat. spleen II. s. anat. splenic, splenetic; ~ soyuqlaması tib. Splenitis
Azərbaycanca-ingiliscə lüğət / dalaq1 сущ. анат. цуьлез; // цуьлездин; ** dalağı sancmaq шаклу хьун, кичӀе хьун.
Azərbaycanca-ləzgicə lüğəti / dalaq