növlə sözü azərbaycan dilində

növlə

Yazılış

  • növlə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəniz Növlərinin Ümumdünya Reyestri
Dəniz Növlərinin Ümumdünya Reyestri (ing. World Register of Marine Species) – dəniz orqanizmlərinin adlarının səlahiyyətli və hərtərəfli siyahısını təmin etmək məqsədi daşıyan taksonomik verilənlər bazasıdır. == Tarixi == DNÜR 2008-ci ildə təsis edilib və Leyden Milli Təbiət Tarixi Muzeyində Jacob van der Land (və bir neçə həmkarı) tərəfindən tərtib edilmiş Dəniz Növlərinin Avropa Reyestrindən və UNESCO-IOC-nin Dəniz Orqanizmlərinin Reyestrindən (URMO) yaranıb. .O, ilk növbədə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Belçikanın Ostend şəhərindəki Flanders Dəniz İnstitutu (FDİ) tərəfindən keçirilir. DNÜR bir sıra digər biomüxtəliflik layihələri, o cümlədən Qlobal Biomüxtəliflik İnformasiya Vasitəsi və Həyat Ensiklopediyası ilə rəsmi müqavilələr bağlayıb. 2008-ci ildə DNÜR dəniz həyatının siyahıyaalınmasının başa çatdığı 2010-cu ilə qədər bütün dəniz növlərinin müasir qeydinə sahib olacağına ümid etdiyini bildirdi. 2018-ci ilin fevral ayına olan məlumata görə, DNÜR-də 480,931 dəniz növünün adı (sinonimlər daxil olmaqla) siyahıları var, onlardan 240,633-ü etibarlı dəniz növləridir (95% yoxlanılıb). Onların məqsədi təxminən 240.000-dən çox dəniz növünün hər biri üçün siyahıya sahib olmaqdır. VLIZ eyni zamanda ümumi infrastrukturdan istifadə edərək Dəniz və Dəniz Qeyri Nəsillərinin Müvəqqəti Reyestrinə (IRMNG) ev sahibliyi edir. World Echinoidea Database 27 fevral 2015-ci ildə Qlobal Biomüxtəliflik İnformasiya Vasitəsinin siyahısına salındı, lakin sonradan rədd edildi.
Endemik növlər
Endemik (yun. ἔνδημος — yerli) yerləşdiyi regionun ekoloji şərtləri üzündən yalnız müəyyən ərazidə yaşayan/yetişən, dünyanın başqa yerində yaşama/yetişmə ehtimalı olmayan heyvan və ya bitki. Endemik bitkilər və heyvanlar məhdud areala sahibdirlər, bu səbəbdən sayları da az olur, onlar nadir və nəsli kəsilməkdə olan növlər kimi Qırmızı kitaba tez-tez yazılırlar. Növlərin məhdud arealda yerləşmə xarakteristikası endemizm adlanır. Endemizimin inkişafına coğrafi izolyasiya və iqlim şəraiti kömək edir. Növ (və ya yarımnöv) üçün endemizm çox kiçik bir ərazi ilə son dərəcə məhdudlaşa bilər. Məsələn, qoyunboğanın arealı Menorka adasında (İspaniya) cəmi bir neçə kvadrat kilometr təşkil edir. Okean adaları, təcrid edilmiş dağ vadiləri endemik formalarla daha zəngindir. Xüsusilə Müqəddəs Yelena adasında floranın 85 %-i, Qalapaqos adalarında isə 97 %-i endemikdir. Baykal gölünün flora və faunasının 75%-i endemikdir.
Ferdinand Müllerin müəllifi olduğu Avstraliyanın bitki növlərinin siyahısı
== A ==
Kondensatorların növləri
Kondensatorların növləri — Kondensatorlar bir çox formada, növdə, uzunluqda olur və bir çox materialdan hazırlanır. Hamısında bir dielektrik qat və bir - birindən ayrılan ən azı iki elektrik keçirici təbəqə var. Kondensatorlar bir çox ümumi elektrik cihazlarında geniş istifadə olunur. Kondensatorlar rezistorlar və induktivliklər birlikdə elektronik avadanlıqlarda istifadə olunan " passiv komponentlər " qrupuna aiddir. Ən çox yayılmış kondensatorlar inteqrasiya edilmiş kondensatorlardır. == İstifadə sahələri == Kiçik kondensatorlar : elektrik süzgəcləri, tənzimlənən sxemlərin komponentləri və ya düzləndirilmiş cərəyanın hamarlanması, enerji təchizatı sistemlərinin hissələri kimi gücləndiricilərin mərhələləri arasındakı siqnalları birləşdirmək üçün elektronik cihazlarda istifadə olunur. Daha böyük kondensatorlar: bəzi növ elektrik mühərriklərinin hissələri kimi enerjinin saxlanması və ya dəyişən cərəyan güc paylama sistemlərində güc amilinin düzəldilməsi üçün istifadə olunur. Standart kondensatorlar sabit bir tutum dəyəri var, ancaq tənzimlənən kondensatorlarüm tez-tez tənzimlənən dövrələrdə istifadə olunur. Tələb olunan tutumdan, iş gərginliyindən, cari işləmə qabiliyyətindən və digər xüsusiyyətlərdən asılı olaraq müxtəlif növlər istifadə olunur. == Sabit Kondensatorlar == Sabit kondensatorlar tutumunun qiyməti dəyişməyən kondensatorlardır.
Korroziyanın növləri
Korroziya (lat. corrosio) — Metalların və onların ərintilərinin ətraf mühitin təsirindən dağılmasıdır. == Dağılma mexanizminə görə korroziyanın növləri == Dağılma prosesinin mexanizminə görə korroziyanın kimyəvi və elektrokimyəvi növləri ayırd edilir. Elektrolit və ya su mühitində digər metalla təmasda olan metalın və ya ərintinin dağılmasına elektrokimyəvi korroziya deyilir. Elektrokimyəvi korroziya turş, qələvi və neytral mühitdə gedə bilər. Korroziyanın bu növünə misal olaraq turş mühitdə mislə təmasda olan dəmirin korroziyasını göstərmək olar. Eelektrokimyəvi korroziya zamanı elektronlar daha aktiv metaldan az aktiv metala keçir və nəticədə aktiv metal korroziyaya uğrayır. == Avadanlıqların korroziyadan mühafizəsi == Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etdiyi qlobal və yerli mühitdə metal tərkibli avadanlıqların korroziyadan mühafizəsi aktual problemlərdən biridir. Bu problem daha çox neft sektorunun əsası olan neft və qaz hasilatı, nəqli və emalı zamanı polad avadanlıq və boru kəmərlərinin atmosfer korroziyasının təsirinə məruz qalması ilə bağlıdır. Eyni zamanda kənd təsərrüfatı texnikası və hərbi texnikanın istismar müddətindən daha çox konservasiya şəraitində saxlandığı nəzərə alınarsa, bu sferada intensiv korroziya proseslərinin mövcudluğu aydın görünür.
Kosmopolit növlər
Kosmopolit növlər — Yer kürəsinin hər yerində müvafiq ekosistemdə yayılan növlər. Bu cür növlərin arealları adətən qeyri-məhdud olur (birhüceyrəli heyvanlar- infuzorlar. Konsumentlər- canlı üzvü maddələrlə qidalanan heterotrof orqanizmlər (məs., heyvanlar).
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Malaleuca cinsinə aid növlərin siyahısı
Maye kristalların növləri
Növlərin mənşəyi
Növlərin mənşəyi (ing. The Origin of Species) — Çarlz Darvin tərəfindən 1859-cu ildə çap olunmuş əsər. 24 noyabr 1859-cu ildə ingilis təbiətşünası Çarlz Darvinin "Təbii seçim yolu ilə növlərin mənşəyi və yaşamaq uğrunda mübarizədə üstün irqlərin qorunması" adlı kitabı çap edilib. Əsərin adı 1871-ci ildə dəyişdirilərək "Növlərin mənşəyi" olmuşdur. Elm tarixinin ən böyük çalışmalarından sayılan əsər Darvinin 1831-36-cı illər ərzində Biql gəmisi ilə səyahəti, xüsusilə də Qalapaqos adasındakı təcrübələrə əsaslanan bioloji təkamül anlayışı ilə qələmə alınıb. Bununla məşhur Təkamül nəzəriyyəsinin elmi əsası qoyulurdu. Əsərdə irəli sürülən tezislər müasir təkamül nəzəriyyəsinin özəyi kimi hələ də öz aktuallığını saxlayır. Kitab çap olunarkən geniş oxucu kütləsi və ictimaiyyətin böyük marağına səbəb olmuşdur. Əsərin 1250-lik tirajla çap olunan ilk kitab nüsxələrinin hamısı elə həmin gündəcə satılmışdı. Darvinin bu əsəri Karl Marks və Fridrix Engels kimi alimlərin də diqqətindən yayınmamışdı.
Növləşmə
Növləşmə, Bioloji Növ Tərifi daxilində, sonradan "ortaq əcdad" olaraq xatırlanacaq olan bir qrup canlının, müxtəlif mexanizmlər daxilində bir-birləriylə cütləşə bilməyəcək qədər dəyişmələri nəticəsində, öz içlərində cütləşə bilən ancaq digər canlı qruplarıyla məhsuldar döllər verə bilməyən, iki və ya daha çox yeni canlı qrupunun meydana gəlməsi deməkdir. Təbiət, davamlı olaraq dəyişir. Qitələr hərəkət edər, mövsümlər dəyişir, külək və axıntılar istiqamət dəyişdirir, quraqlıq müşahidə olunur və daha minlərlə bu cür dəyişən təbii hadisələr baş verir. Bu dəyişmələr əsnasında, müəyyən bölgələrdə yaşayan canlılar bir-birlərindən ayrı düşə bilərlər və ya bir növ içərisindəki canlılardan bəziləri başqa bölgələrə köç etmək məcburiyyətində qalarkən, bir qismi hal-hazırda var olduqları bölgədə qala bilərlər. Ssenariləri sonsuz sayda diversifikasiya edə bilərik. Bir-birindən ayrılan bu populyasiyalar fərqli seçmə təzyiqləri təsirində, nəsillər boyu öz içlərində, amma bir-birləriylə cütləşməyəcək şəkildə törəyirlər və həyatlarını davam etdirirlər. İlk mühitdən, yeni və quraq mühitə keçən canlılar üzərində yuxarıda bəhs etdiyimiz kimi sıx bir seçmə təzyiqi meydana gəlir və davamlı olaraq populyasiyada müəyyən fərdlər üstünlüklü mövqedə olur və seçilir. Digərləri isə məğlub olur. Nəsillər boyu bu seçmə davam edir və yeni mühitdəki siçanlar, yavaş-yavaş o mühitə daha çox adaptasiya olacaq şəkildə (daha doğrusu daha çox adaptasiya olanların seçilməsi nəticəsində) fərqlənirlər. Bu Təkamüldür.
Nəqliyyat növləri
Nəqliyyat növləri — mühitdən və yerinə yetirdiyi vəzifədən asılı olaraq nəqliyyat su nəqliyyatına, o cümlədən sualtı və suüstü, yerüstü və hava nəqliyyatına bölünür. Su nəqliyyatı — dəniz və çay nəqliyyatı olmaqla iki hissəyə ayrılır. Bunların da hər birinin sərnişin və yük daşıma bölmələri vardır. Su nəqliyyatında istifadə olunan nəqliyyat vasitələri: Gəmi Qayıq Kater Sal Bərə Kələk Kolaz Pələ Şxun Barj Sandal Dəmiryol nəqliyyatının da sərnişin və yük daşıma bölmələri vardır.
Nəsli kəsilməkdə olan növlər
Biomüxtəliflik — nadir və nəsli kəsilmək təhlükəsində olan fauna növlərinin mühafizəsi. Mənbə: Zaman qəzeti Arxivləşdirilib 2015-09-27 at the Wayback Machine Bioloji müxtəliflik — yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. Azərbaycan Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir və təbii şəraitin müxtəlifliyi ilə əlaqədar heyvanlar aləmi də çox rəngarəngdir. Respublikamızın ərazisində indiyədək faunanın 18 min növü qeydə alınıb. Müasir Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiyalar və reptiliyaların 67 növ və yarımnövü, həşəratların isə 15 minə yaxın növünü əhatə edir. Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında da rast gəlinir. Amma ölkədə heyvanlar aləmi elmi öyrənilməsi 200 il öncə başlansa da onun planlı və sistemli tədqiqinə 1920-ci ildən start verilib. Hazırda zooloqların çoxillik gərgin əməyi sayəsində 1500 növdən artıq ibtidailər, 1200 növdən artıq heyvan paraziti qurdları (helminlər), 300 növdən artıq fitohelmintlər, 290 növdən artıq rotatorı, 360 növdən artıq xərçəngkimilər, 311 növ molyusklar, 101 növ və yarımnöv balıqlar, 10 növ suda-quruda yaşayanlar, 54 növ sürünənlər, 348 növ quşlar, 97 növ məməlilər ( o cümlədən 13 növ cücüyeyən, 27 növ yarasa, 29 növ gəmirici, 2 növ dovşankimi, 19 növ yırtıcı, 9 növ dırnaqlı, 1 növ üzgəcanaqlı) aşkara çıxarılıb. Lakin son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnib. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.
Olimpiya idman növləri
Müasir olimpiya oyunlarına idmanın 28 yay və 7 qış növü aiddir.
Orderlərin növləri və strukturu
Antik Yunan memarlığında orderin 3 növü işlənmişdir. Dorik order İonik order Korinf orderi Sonralar Qədim Roma memarlığında əlavə olaraq toskan və mürəkkəb və ya kompozit adlanan korinf orderinin variantı tətbiq edilmişdi. Bununla da memarlıq orderləri beş tipdə: Toskan, dorik, ionik, korinf, mürəkkəb və yaxud kompozit orderləri kimi təmsil olunmuşdular.
Palıd cinsinin növləri
Payızgülü cinsinin növləri
Phytoseiidae fəsiləsinə aid növlər
Pirolizin növləri
Pirolizin növləri — Oksidləşdirici piroliz-sənaye tullantılarının termiki parçalanma prosesidir. Oksidləşdirici piroliz bərk sənaye tullantıların və çirkab suların zərərsizləşdirilməsi üçün çox perspektiv üsuldur. Bu metodla aparılan tullantıların termiki emalı, onların yüksək effektiv zərərsizləşdirilməsini, yanacaq və kimyəvi xammal kimi istifadəsini təmin edir. Quru piroliz oksigen daxil olmadan termiki parçalanma prosesidir. Nəticədə yüksək yanma istiliyi olan piroliz qazı, maye məhsul və bərk karbohidrogen qalığı alınır. Piroliz prosesi temperatura görə fərqlənir. 1) Asağı temperaturlu piroliz (450–550 °C). Pirolizin bu növü maye və bərk qalıqların maksimum və piroliz qazının minimum çıxımı müşahidə olunur. 2) Orta temperaturlu piroliz (800 °C-ə qədər) və ya orta temperaturlu kokslaşma . Aşağı yanma istiliyi olan çox miqdarda qazın çıxımını və az miqdarda maye qalığın və koksun alınması ilə keçir.
Qış idman növləri
Qış idman növləri — qış dövründə qar və buz üzərində keçirilən idman növləri. Əsas qış idman növləri qış olimpiya oyunlarına daxildir.
RAID disk strukturları və növləri
Sadə cümlənin şəxsə görə növləri
Sintaksisdə şəxs dedikdə mübtəda nəzərdə tutulur. Cümlənin şəxsə görə növləri də mübtədanın olması və ya onun təsəvvür olunması dərəcəsinə görə müəyyənləşir. Sadə cümlənin şəxsə görə növləri aşağıdakılardır: Müəyyən şəxsli cümlə. Qeyri-müəyyən şəxsli cümlə. Ümumi şəxsli cümlə. Şəxssiz cümlə. Adlıq cümlə (mübtəda əsasında formalaşır). Mübtədası və xəbəri- cümlənin qrammatik əsası iştirak edən cümlələr müəyyən şəxsli cümlələrdir. Məsələn: Həyat mübarizədir. Aqşin dərs əlaçısıdır.
Sionizmin növləri
Sionizmin növləri — ilkin hədəfi yəhudi xalqı üçün vətən qurmaq olan sionizmin növləri. Sionizm bu məqsədi yerinə yetirməklə bağlı fərqli-fərqli düşüncələrə malik fəlsəfəçilər tərəfindən yaradılmışdır bir ideologiyadır. Siyasi sionizmə Rusiyada Teodor Hertsl və Maks Nordau tərəfindən yaradılmışdır. Bu sionist fikir ilk dəfə Birinci Sionist Konqresində müdafiə edilmişdir. İvrit dilində Tsionut Ma-asit (ivr. ‏ציונות מעשית‏‎) olaraq bilinən tətbiqi sionizmə Moyşe Leyb Liliyenblyum və Leon Pinsker tərəfindən yaradılmış və Hovevey Sion tərəfindən həyata keçirilmişdir. Bu fikir yəhudilərin İsrail Torpağına immiqrasiyasının tətbiqi yollarının olmasını – Aliyanı və yəhudilərin həmin torpaqda tezliklə məskən salmasını fərz edir. Haym Veysman, Leo Motskin və Nahum Sokolov tərəfindən yaradılmışdır və iki və ya daha çox fikrin kombinasiyasını təbliğ edir. Sionizmi bölən bu növlərin bəzilərinin sionizmlə heç bir əlaqəsi yoxdur. Bu cür növlər yəhudi dövlətinin xarakterini müəyyənləşdirəcək mürəkkəb ideologiyalara əsaslanır.
Su idman növləri üzrə Dünya Çempionatı (2015)
16-cı FİNA Dünya Çempionatı(rus. Чемпионат мира по водным видам спорта 2015, tatar. 2015 елгы Су спорт төрләре буенча дөнья чемпионаты) və ya Aquatiks 2015- 2015-ci il 24 iyul - 9 avqust tarixlərində Rusiyanın Kazan şəhərində keçirilən yarış. Yarış iştirak edən ölkələrin sayına(190), iştirak edən edən idmançıların sayına(2400), və verilən medal sayına(75) görə bu çempionatın rekorduna imza atmışdır. 2011-ci il iyulun 15-də Şanxayda FİNA-nın Ümumi qurultayı baş tutdu. Bu zaman Kazan şəhəri Quadalaxara(Meksika), Honkonq(Çin) və Monrealı(Kanada) qabaqlayaraq 2015-ci ildə yarışın keçiriləcəyi şəhər seçildi. Son iki şəhər isə öz təkliflərini geri götürdü.
Su idman növləri üzrə Dünya Çempionatı (2017)
2017 Su idman növləri üzrə Dünya Çempionatı — 14-30 iyul 2017-ci il tarixləri arasında Macarıstanın Budapeşt şəhərində keçirilən 17-ci FİNA Su idman növləri üzrə Dünya Çempionatıdır. 2011-ci il 15 iyul tarixində Şanxay şəhərində FİNA-nın Ümumi Qurultayı baş tutdu. 2017 Su idman növləri üzrə Dünya Çempionatının ev sahibi olacaq şəhər kimi Meksikanın Quadalaxara şəhəri elan edilmişdir. Eyni səsvermə ilə Rusiyanın Kazan şəhəri 2015-ci ildə Dünya Çempionatını qəbul etmişdir. Çinin Honkonq şəhəri isə həmin səsvermədə məğlub olmuşdur. Quançjou (Çin) və Monreal (Kanada) səsvermədən əvvəl yaxın vaxtlarda tender təkliflərini geri götürmüşdür. 2015-ci ilin fevral ayında Meksika təşkilatçılar bildirdilər ki, onlar multi-idman su tədbirinin keçirilməsinə sərf olunacaq 100 milyon dollar vəsaiti rəva bilmirlər. Ölkə dünya çempionatına ev sahibliyi vərəqəsini geri götürdü. 11 mart 2015-ci ildə Budapeşt Dünya Çempionatına ev sahibliyi edəcəyini açıqladı. Turnirin təşkil olunduğu məkanlardan ikisi Budapeştdə yerləşir: Dunay Arena yeni qapalı üzgüçülük hovuzudur.

"növlə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#növlə nədir? #növlə sözünün mənası #növlə nə deməkdir? #növlə sözünün izahı #növlə sözünün yazılışı #növlə necə yazılır? #növlə sözünün düzgün yazılışı #növlə leksik mənası #növlə sözünün sinonimi #növlə sözünün yaxın mənalı sözlər #növlə sözünün əks mənası #növlə sözünün etimologiyası #növlə sözünün orfoqrafiyası #növlə rusca #növlə inglisça #növlə fransızca #növlə sözünün istifadəsi #sözlük