* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••••• | 2.36 |
2004 | •••••• | 2.36 |
2005 | ••••••• | 2.70 |
2006 | ••••••••• | 3.60 |
2007 | •••••••••• | 4.02 |
2008 | •••••••••• | 4.14 |
2009 | ••••••••••••••••• | 7.04 |
2010 | ••••••••••••••• | 6.17 |
2011 | ••••••••• | 3.77 |
2012 | •••••••••••••• | 6.02 |
2013 | ••••••••• | 3.50 |
2014 | ••••••••••••• | 5.49 |
2015 | ••••••••• | 3.74 |
2016 | ••••••••• | 3.64 |
2017 | •••••••••••••••••••• | 8.62 |
2018 | •••••••••••• | 5.09 |
2019 | ••••••••••••••••• | 7.09 |
2020 | ••••••••••• | 4.51 |
1 is. [ər.] 1. Üzəri tabaşirlə yazıla bilən qara rəngli taxta; yazı taxtası. Sinfə lövhə asmaq. Lövhədə yazmaq. – [Aslan] tabaşiri götürüb lövhəyə cumur, tez-tez yazır-tökür, lövhə rəqəmlərlə dolur və ağarırdı. S.Rəhimov. □ Yazı (sinif) lövhəsi – sinifdə tabaşirlə yazmaq üçün qara rəngli lövhə; yazı taxtası. 2. Müxtəlif məqsədlər üçün işlənən hamar səthli elastik metal və s. parçası. Sink lövhəsi. 3. Üstündə hər hansı bir müəssisənin, idarənin, təşkilatın adını, yaxud gördüyü işi bildirən yazı yazılmış taxta, metal və s. Hər gün yüzlərlə adam tanımadığı idarə və müəssisəni, küçəni lövhələr vasitəsilə tanıyır. // Bildiriş, elan taxtası. Çox qapılarda “işçi lazım deyil” deyə lövhələr asılmışdı. Çəmənzəminli. Parklarda, yay meydançalarında və kinolarda göstəriləcək repertuarlar elan lövhələrində müxtəlif rəngli hərflərlə yazılmışdı. S.Rəhimov. [Veys:] …lövhələri, kağızları cırıb yerə tökməyə başladı. Ə.Əbülhəsən. 4. Şəkil, mənzərə şəkli, rəssamlıq əsəri, tablo. Kənd biçimli bir şəhərin; Lövhəsini çəkirəm mən. S.Vurğun. O biri otağa açılan hündür qapı üzərindən böyük bir lövhə asılmışdı. M.Hüseyn. // Mənzərə, təsvir. Kənd həyatında – təbiətin o zəngin və geniş qucağında nə qədər canlı lövhələr, unudulmaz xatirələr vardır! A.Şaiq. Süzdü rəssam ürəkaçan bu xoş lövhəni; Dedi: – Usta, halal olsun, cəld işləyirsən. Ə.Cəmil. ◊ Qırmızı lövhə – bax şərəf lövhəsi. Şərəf lövhəsi – istehsalatda və s.-də işləri ilə fərqlənən ən yaxşı işçilərin adları və ya şəkilləri vurulan taxta. Tikintinin şərəf lövhəsində onun adının yanında gündə qazıdığı torpağın rəqəmini yazırdılar. Ə.Sadıq.
Azərbaycan dilinin izahlı lüğəti / lövhə1 1. LÖVHƏ Lövhə qabağında qoca müəllimimiz; Durub baxır fərəhlə bizə, əlində kitab (Ə.Cəmil); YAZI TAXTASI Müəllim də ev tapşırıqlarını yoxlayanda bunu başa düşmüş, misalı həll etmək üçün Güləri yazı taxtasına çıxartmışdı (G.Hüseynoğlu). 2. lövhə bax rəsm, şəkil 1 3. lövhə bax mənzərə 3
Azərbaycan dilinin sinonimlər lüğəti / lövhə2 сущ. 1. доска: 1) широкий черный щит, на котором пишут мелом. Lövhədə yazmaq писать на доске, lövhəni silmək вытереть доску, lövhəyə çağırmaq вызвать к доске, lövhədən yazmaq, köçürtmək списывать с доски, lövhədən yazını silmək стереть с доски 2) пластина, плита и т.п., приспособленные для чего-л. Mərmər lövhə мраморная плита, çertyoj lövhəsi чертёжная доска, mis lövhə медная доска 2. щит: 1) стенд, на котором помещается, укрепляется что-л. для показа. Qəzetlər üçün lövhə щит для газет 2) тех. мраморная плита, на которой расположены электрические измерительные или контрольные приборы. İdarəetmə lövhəsi щит управления 3) гидротех. плоский затвор для закрытия отверстий гидротехнических сооружений (плотин, шлюзов, трубопроводов) 4) спорт. доска, на которой укреплена корзина для игры в баскетбол 3. вывеска (доска с надписью, указывающей название или род деятельности предприятия, учреждения и т.п.) 4. табло (сигнальный щит со световыми или электрическими указателями) 5. картина (произведение живописи в красках на куске холста, доске, листе бумаги) 6. спорт. диск (предмет в виде плоского круга для метания). Lövhə tullamaq метать диск ◊ şərəf lövhəsi доска почёта
Azərbaycanca-rusca lüğət / lövhə1 i. 1. board; sinif (yazı) ~sı (black) board; ~də yazmaq to write* on the (black) board; elan ~si notice board; mis (mərmər) ~ slab; (mağazada) sign, signboard; tex. bölüşdürücü / paylayıcı ~ switchboard; (təşkilatın, idarənin adını, yaxud gördüyü işi göstərən) panel; kontrol / nəzarət ~si control panel; şərəf ~si board of honour; şərəf ~sinə vurmaq to put* up on the board of honour (d.); qara ~ (siyahı) the list of shirkers; 2. picture, painting, canvas; bir şeyin ~sini çəkmək to paint a picture of smth.
Azərbaycanca-ingiliscə lüğət / lövhə1 is. panneau m, tableau m ; elan ~si tableau d’affichage ; idm. disque m ; ~ tullamaq lancer le disque
Azərbaycanca-fransızca lüğət / lövhə1 [ər.] сущ. 1. кьул, тахта (кхьинардай); yazı lövhəsi кхьинардай кьул (классда киждал кхьин патал чӀулав кьул); lövhədə yazmaq кьулунал кхьин; 2. жуьреба-жуьре макьсадар патал кӀвалахардай кьелечӀ, дуьз кьул хьтин, цӀалцӀам металлдин, къулунин ва мс. кӀус; пластинка, щит; вывеска; 3. табло, шикил; ** qırmızı lövhə кил. şərəf lövhəsi; şərəf lövhəsi чӀехи карханайра ва мс. чпин хъсан кӀвалахуналди фаркьлу тир кӀвенкӀвечи кӀвалахдаррин тӀварар ва шикилар ядай кьул.
Azərbaycanca-ləzgicə lüğəti / lövhəə. 1) divardan asılan yazı və ya rəsm; 2) sərlövhə, başlıq; 3) yazı taxtası.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti