* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | • | 0.39 |
2004 | •••• | 1.35 |
2005 | ••••••• | 2.70 |
2006 | •••••• | 2.25 |
2007 | ••• | 0.85 |
2008 | • | 0.24 |
2009 | •••••••••••••••••••• | 8.00 |
2010 | •••••••••••••••••••• | 8.08 |
2011 | ••••• | 1.63 |
2012 | ••• | 0.95 |
2013 | •••••••••••• | 4.52 |
2014 | ••••• | 1.72 |
2015 | • | 0.34 |
2016 | ••• | 1.04 |
2017 | • | 0.33 |
2018 | •• | 0.45 |
2019 | •• | 0.56 |
2020 | •• | 0.66 |
1 is. [ər.] Etdiyi pis əməldən peşman olub bu işi daha etməyəcəyinə söz vermə, əhd etmə. [Camaat:] [Hacının] tövbəsi bizə lazım deyil. Ə.Haqverdiyev. // Bəzən nida məqamında işlənir. [Tarverdi:] Vay aman, qələt elərəm, quldurluğa dəxi çıxmanam, heç kimi soymanam, tövbə, tövbə! M.F.Axundzadə. // din. Günah və qəbahətlərindən əl çəkib, Allaha üz tutaraq bir daha etməyəcəyinə söz vermə. [Xanım] …qarşısında sönük işıq yanan İsanın təsvirinə yanaşdı, dizi üstə düşüb tövbəyə başladı. Çəmənzəminli. □ Tövbə etmək (qılmaq) – 1) din. günahlarından peşman olub, bir daha onları təkrar etməyəcəyinə söz vermək, and içmək: 2) təqsirlərini boynuna alıb, daha təkrar etməyəcəyinə söz vermək, and içmək. Ənvər yalvarıb-yaxardı. Müşkünazın qarşısında diz çöküb dil çıxartdı. Tövbə eləyib üzr istədi. Ə.Vəliyev. [Ehtişami Azərə:] Son dəfə təklif edirəm, tövbə et, Azər, tövbə etsən, boş vəzir özü bura gəlib, günahından keçəcək! Ə.Məmmədxanlı; 3) tərgitmək, əl çəkmək. Mən qumarı tövbə etmişəm. S.S.Axundov.
Azərbaycan dilinin izahlı lüğəti / tövbə3 TÖVBƏ (etdiyi pis əməldən peşman olub bu işi təkrar etməyəcəyinə söz vermə) [Tarverdi:] Vay aman, qələt elərəm, quldurluğa dəxi çıxmanam, heç kimi soymanam. Tövbə olsun, tövbə, tövbə (M.F.Axundzadə); ƏTTÖVBƏ Tövbə, əttövbə, xəta rahinə getdiklərimə (M.Ə.Sabir); NASAQ (məh.) Nasaq olsun mə, mən bi işi bir də görmərəm (ADDL).
Azərbaycan dilinin sinonimlər lüğəti / tövbə2 I сущ. 1. зарок (клятва, обет, обещание не делать чего-л.). Tövbəni yaddan çıxarmaq забыть свой зарок, tövbəni xatırlatmaq напоминать о зароке 2. раскаяние, покаяние, исповедь (признание своих грехов перед священником) II междом. ай тювбя! (выражает полное отрицание чего-л.) Боже упаси! никогда, ни при каких обстоятельствах!; tövbə etmək (eləmək) давать, дать зарок. Ömürlük tövbə etmək дать зарок на всю жизнь, qumara tövbə edib (он) дал зарок больше не играть в карты; tövbə edib ki, daha içməyəcək дал (он) зарок, что больше не будет пить
Azərbaycanca-rusca lüğət / tövbə1 i. penitence, repentance, remorse; ~ etmək to repent (d., of), to show repentance; to promise not (+to inf.), to vow not to repeat an offence; O, qəddarlığına tövbə etdi He / She repented of his / her wickedness
Azərbaycanca-ingiliscə lüğət / tövbə1 [ər.] сущ. туба (авун); tövbə etmək (qılmaq) туба авун, гаф гун, кьин кьун (са гунагь, пис кар, тахсир хъийидач лагьана).
Azərbaycanca-ləzgicə lüğəti / tövbəə. günahından peşman olub bir daha günah iş görməyəcəyinə söz vermə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti