növbəti sözü azərbaycan dilində

növbəti

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • növbəti • 90.4356%
  • Növbəti • 9.5572%
  • NÖVBƏTİ • 0.0071%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cumanci: Növbəti səviyyə
Cumanci: Növbəti mərhələ
Cumanci: Növbəti səviyyə (ing. Jumanji: The Next Level) — film 2019-cu ildə ABŞ-də çəkilib. Macəra, fantastika, fantaziya və komediya janrlarındadır. == Məzmun == Spenser dostlarından gizli olaraq, əvvəlki filmin sonunda məhv edilən Jumanji video oyununun fraqmentlərini saxlayıb və babasının evinin zirzəmisində video oyunun konsolunun təmirinə başlayıb. Spenserin dostları onu ziyarətə gedərkən Spenserin itkin düşdüyünü və oyunun davam etdiyini aşkar edirlər. Dostları onu xilas etmək üçün yenidən Cumanciyə girməyə qərar verirlər. Bu zaman evdə olan Eddi (Spenserin babası) və Maylo Uoker səs-küy eşidirlər və onlar da təsadüfən oyuna daxil olurlar. Yeniyetmələr Eddi və Maylonun yeni oyundakı avatarlarına alışmalarına, Spenserin tapılmasına və yenidən Cumancidən qaçmasına kömək etməlidirlər.
Azərbaycanda növbəti prezident seçkiləri
Azərbaycanda növbəti prezident seçkiləri — Azərbaycanda ən gec 2031-ci ildə keçiriləcəyi gözlənilən prezident seçkiləri. == Zəmin == === Növbədənkar seçkilər === Azərbaycanda 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçirilmiş, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev 92,12% səs toplayaraq öz seçki rekordunu yeniləmiş, 5-ci dəfə və 7 illiyinə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Azərbaycanda növbəti bələdiyyə seçkiləri
Azərbaycanda növbəti bələdiyyə seçkiləri — Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə ən gec 2024-cü ilin dekabr ayında keçirilməsi gözlənən seçkilər. Bu Azərbaycanda bələdiyyələr üçün keçiriləcək sayca 6-cı ümumrespublika seçkisi olacaq. Seçkilər majoritar qaydada keçirilmiş və seçicilər tərəfindən seçkilərdə yalnızca bələdiyyə üzvləri seçiləcək. Qüvvədə olan qanunlara əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir. == Zəmin == Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən son bələdiyyə seçkilərindən 5 il sonra, yəni səlahiyyət müddəti bitdikdən sonra növbəti bələdiyyə seçkiləri keçirilməlidir. Məcəlləyə əsasən bu tarix 2024-cü ilin dekabr ayında olmalıdır. Azərbaycan Respublikasının Milli Məclisinin Regional Məsələlər Komitəsinin 18 yanvar 2024-cü il tarixində keçirilmiş iclasında Yeni Azərbaycan Partiyası üzvü Siyavuş Novruzov seçkilərin 2024-cü ilin dekabr ayında keçiriləcəyini qeyd etmişdir. O, həmçinin, bələdiyyələrlə bağlı qanunvericiliyinim gözdən keçirilməli olduğunu, bələdiyyələrin saylarının nəzərdən keçirilməli olduğunu da söyləmişdir. Siyavuş Novruzov 1 fevral 2024-cü il tarixində verdiyi müsahibədə bələdiyyələrin saylarının azaldılmalı olduğunu, bələdiyyə sədrlərinin birbaşa xalq tərəfindən seçilməsi lazım olduğunu və namizədlik üçün lazım olan sənədlərin azaldılmasının lüzumlu olduğunu bildirmişdir. Fevral ayının sonunda Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub.
Azərbaycanda növbəti parlament seçkiləri
Türkiyədə növbəti ümumi seçkilər
Ukraynada növbəti prezident seçkiləri
Ukraynada prezident seçkiləri hazırkı prezidentin səlahiyyət müddətinin beşinci ilinin mart ayının son bazar günü keçirilməsini şərtləndirən konstitusiyaya əsasən, 31 mart 2024-cü ildə keçirilməlidir. Lakin Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsi ilə əlaqədar Ukrayna hökuməti hərbi vəziyyətin qüvvədə olduğu zaman prezident seçkilərinin keçirilməsinə konstitusiyaya görə hərbi vəziyyət tətbiq edib. Hərbi vəziyyət hələ də davam edərsə, seçkilər təxirə salına və yenidən təyin oluna bilər. == Seçki sistemi == Ukrayna prezidenti iki turlu sistemlə beş il müddətinə seçilir. Birinci turda heç bir namizəd mütləq səs çoxluğu əldə etməzsə, birinci turdan üç həftə sonra ikinci turun keçiriləcəyi gözlənilir. Konstitusiyaya görə, prezidentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyi halda, yeni prezidentin seçilməsi əvvəlki prezident vəzifəsini tərk etdikdən sonra 90 gün ərzində keçirilməlidir. Konstitusiya prezidentlərin iki müddət səlahiyyət müddətini məhdudlaşdırır.
Cumanci: Növbəti mərhələ (film, 2019)
Cumanci: Növbəti səviyyə (ing. Jumanji: The Next Level) — film 2019-cu ildə ABŞ-də çəkilib. Macəra, fantastika, fantaziya və komediya janrlarındadır. == Məzmun == Spenser dostlarından gizli olaraq, əvvəlki filmin sonunda məhv edilən Jumanji video oyununun fraqmentlərini saxlayıb və babasının evinin zirzəmisində video oyunun konsolunun təmirinə başlayıb. Spenserin dostları onu ziyarətə gedərkən Spenserin itkin düşdüyünü və oyunun davam etdiyini aşkar edirlər. Dostları onu xilas etmək üçün yenidən Cumanciyə girməyə qərar verirlər. Bu zaman evdə olan Eddi (Spenserin babası) və Maylo Uoker səs-küy eşidirlər və onlar da təsadüfən oyuna daxil olurlar. Yeniyetmələr Eddi və Maylonun yeni oyundakı avatarlarına alışmalarına, Spenserin tapılmasına və yenidən Cumancidən qaçmasına kömək etməlidirlər.
Cumanci: Növbəti səviyyə (film, 2019)
Cənubi Qafqaz regionunda etno-siyasi münaqişələrdə növbəti тəxribat (Kitab)

növbəti sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Növbədə olan, növbə üzrə, birinci, ən yaxın olan. Növbəti məsələ. Növbəti vəzifə. – Diktor, qocaman ifaçının adını xüsusi bir məhəbbətlə çəkərək konsertin növbəti nömrəsini elan edir. Ə.Bəbəlbəyli. 2. Müəyyən edilmiş vaxtda ardıcıl olaraq baş verən, müəyyən ardıcıllıqla olan, növbə üzrə icra edilən, sıra ilə gedən. Növbəti məzuniyyət. Məcmuənin növbəti nömrəsi. Növbəti çağırış. – Ulduzun həyatındakı bu qəribə gecədən üç gün sonra, o, növbəti döyüşçünü atəş altından çıxarırkən birdən onun qolları sustaldı. Ə.Məmmədxanlı. Növbəti məşğələlərdən biri idi. Ə.Vəliyev. 3. dan. Vaxtbavaxt baş verən, meydana çıxan (iş, hərəkət). Bu onun növbəti oyunlarından biridir.

    Azərbaycan dilinin izahlı lüğəti / növbəti

növbəti sözünün rus dilinə tərcüməsi

  • 1 очередной

    Azərbaycanca-rusca lüğət / növbəti
  • 2 прил. 1. очередной: 1) стоящий на очереди, ближайший в порядке очерёдности. Növbəti işlər очередные дела, növbəti məsələ очередной вопрос 2) проводимый регулярно, через определённые промежутки времени. Növbəti məzuniyyət очередной отпуск, növbəti qurultay очередной съезд 3) повторяющийся, возникающий время от времени. Növbəti oyun очередная затея, növbəti dava-dalaş очередной скандал, növbəti sensasiya очередная сенсация 2. следующий (располагающийся или наступающий, появляющийся непосредственно вслед за кем-, за чем-л.). Jurnalın növbəti nömrəsi (sayı) следующий номер журнала, növbəti dayanacaq следующая остановка, növbəti mərhələ следующий этап 3. текущий. Növbəti komplektləşdirmə библ. текущее комплектование

    Azərbaycanca-rusca lüğət / növbəti

növbəti sözünün inglis dilinə tərcüməsi

  • 1 s. 1. next, immediate; the following, next in turn; ~ vəzifə the immediate task, the task at hand; ~ işlər immediate affairs; 2. regular; ordinary; ~ məzuniyyət regular leave; ~ qurultay ordinary congress

    Azərbaycanca-ingiliscə lüğət / növbəti

növbəti sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. suivant, -e ; prochain, -e ; immédiat, -e ; ~ işlər affaire f pl immédiates ; ~ stansiya prochaine f station ; ~ rütbə hərb. grade m supérieur ; ~ qalmaqal nouveau scandale m

    Azərbaycanca-fransızca lüğət / növbəti

növbəti sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. 1. нубатдин, нубатда авай, сад лагьай, нубатда (вилик) акъвазнавай; növbəti məsələ нубатдин месэла; 2. нубатдалди тир, галай-галайвал (сад-садан гуьгъуьналлаз) къведай; нубатдин (мес. отпуск); jurnalın növbəti nömrəsi журналдин нубатдин нумра; 3. рах. нубатдин, вахт-вахтунда жедай, арадал къведай (кар, гьерекат).

    Azərbaycanca-ləzgicə lüğəti / növbəti

"növbəti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#növbəti nədir? #növbəti sözünün mənası #növbəti nə deməkdir? #növbəti sözünün izahı #növbəti sözünün yazılışı #növbəti necə yazılır? #növbəti sözünün düzgün yazılışı #növbəti leksik mənası #növbəti sözünün sinonimi #növbəti sözünün yaxın mənalı sözlər #növbəti sözünün əks mənası #növbəti sözünün etimologiyası #növbəti sözünün orfoqrafiyası #növbəti rusca #növbəti inglisça #növbəti fransızca #növbəti sözünün istifadəsi #sözlük