* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Bədənin bəzi üzvlərini daxildən bürüyən incə nazik pərdə. Bu sözləri elə yanıq bir səslə, miskin bir tövrlə söylədi ki, qulaqlarımın zarında hiss etdiyim sızıdan bütün vücudum titrədi. A.Şaiq. 2. Bəzi meyvələrin nazik iç qabığı (pərdəsi). Nar zarı. Portağal zarı.
Azərbaycan dilinin izahlı lüğəti / zar2 [fars.] klas. 1. Səslə, yanıqlı-yanıqlı ağlayan, inləyən, nalə edən, nalan (adətən izafətlərdə işlənir). Aşiqi-zar. Bülbüli-zar. // Yanıqlı-yanıqlı, həzin-həzin ağlama, inləmə; fəğan, nalə. □ Zar getmək – yanıqlıyanıqlı ağlamaq, fəğan etmək. Bülbül, qızılgül həsrəti; Qışı, yazı zar gedirəm. Aşıq Abbas; // Zar-zar. Gər nalə çəkməsin dilibimar, neyləsin? Aşıq gözüm gər ağlamasın zar, neyləsin? Qövsi. // Fəğan, nalə. Bülbül, bu nə nalə, fəryaddır; De, bu nə ah ilə zardır? Molla Cümə. 2. məc. Zəif, üzgün, əlacsız, çarəsiz, çıxılmaz (adətən tərkiblərdə işlənir). Cismi-zar. – Gər mən mən isəm, nəsən sən, ey yar? Vər sən sən isən, nəyəm məni-zar? Füzuli. Öldürən zamanda Zakiri-zarı; Əl saxla bir, qanlı qəməndən öpüm. Q.Zakir. İlahidən qorxun, bir insaf edin; Az incidin məni-zari, sərçələr! Molla Cümə. ◊ Zar qalmaq – çarəsiz qalmaq, çıxılmaz vəziyyətdə olmaq, səfalət keçirmək. Millət … çobanı itmiş qoyun sürüsü kimi zar və sərgərdan qalıb, axırda əcnəbilər əlində əsir və hər qisim zülm və bəlalara giriftar olacaqdır. F.Köçərli. Zar etmək – zinhara gəlmək, təngə gəlmək, usanmaq. Şəbi-meraci-visalım məni zar etdi rəqib; Görmədim, seyr elədim çərxi-müəlladə fərəh. S.Ə.Şirvani. Zar olmaq klas. – 1) təngə gəlmək, cana gəlmək. Nə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaq; Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq. S.Ə.Şirvani; 2) ağlamaqla keçmək, ağlamaq. Ney kimi nalə çəkib, çəng kimi zar olalım! Qövsi. Bənəfşə qoxulu yardan ayrılan; Gündə yasa batar, günü zar olur. M.P.Vaqif. Zara gəlmək – təngə gəlmək, cana gəlmək, usanmaq. Mən aşiqəm gülzarə; Cəmənzarə, gülzarə; Ayrılığa dözməkdən; Axır gəlib gül zarə. (Bayatı). Can zarə gəlib, ta ki o cananə qayıtsın. Heyran xanım. Artıq bunun nisyəsinin əlindən camaat zara gəlmişdi. S.Rəhman. Zara gətirmək – təngə gətirmək, cana gətirmək, zinhara gətirmək, usandırmaq. Gətirdin, ey könül, zarə məni sən ahü zarınla. S.Ə.Şirvani.
Azərbaycan dilinin izahlı lüğəti / zar3 ZAR1 f. 1) ağlayan, inləyən; 2) dərmansız, çarəsiz, çıxılmaz (vəziyyət). ZAR2 ə. 1) incə pərdə, incə örtü; qabıq; 2) cin, şeytan.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / zar1 Farsca zaridən “ağlamaq” feili ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / zar2 1 I сущ. плач, рыдание, стенание II прил. 1. плачущий, ноющий 2. немощный, слабый ◊ zara gəlmək прийти в отчаяние от кого-л.; zara gətirmək kimi изводить, извести, донимать, донять кого; надоедать, надоесть к ому; zar etmək: 1. изнемогать, изнемочь; доходить, дойти до изнеможения; 2. см. zara gətirmək; zar getmək плакать навзрыд, рыдать, стенать 2 I сущ. эмбр. плёнка: 1. анат. перепонка (тонкая упругая плёнка, разделяющая, соединяющая что-л. в живом организме) 2. тонкая внутренняя плёнка граната II прил. плёнчатый, Zar qat плёнчатый слой
Azərbaycanca-rusca lüğət / zar1 I. i. sob; moan, groan; ~ olmaq to be* bored (with), to be* annoyed; ~a gətirmək to bother (d.), to annoy (d.) II. i. pellicle; membrane
Azərbaycanca-ingiliscə lüğət / zar1 is. 1) pleurs m pl, lamentations f pl ; sanglot m ; ~a gəlmək perdre patience ; impatienter (s’) ; ~a gətirmək faire perdre patience à qn ; 2) bot. glumelle f ; 3) anat. membrance f, pellicule f
Azərbaycanca-fransızca lüğət / zar1 сущ. 1. бедендин бязи органрин къене жедай кьелечӀ перде (мес. япун); 2. бязи емишрин къене жедай кьелечӀ перде (мес. анардин, партахалдин).
Azərbaycanca-ləzgicə lüğəti / zar2 [fars.] клас. 1. ван алаз, зарул-зарул, ккуз-ккуз шехьзавай, цӀурзавай; zar getmək зарул-зарул шехьун, ккуз-ккуз шехьун; // фагъан; 2. пер. зайиф, чара атӀай, чарасуз; ** zar qalmaq чара атӀана (чарасуз) амукьун, гзаф кӀеве гьатун, везиятдай эхкъечиз тежер гьалда хьун, зарул хьун; zar etmək зарул авун, жазан хьун, шерзум хьун, ччан туьтуьниз гъун; zar olmaq клас. а) зарул хьун, шерзум хьун, жазан хьун; б) шехьуналди фин, шехьун; zara gəlmək зардиз атун, жазан хьун, шерзум хьун, ччан туьтуьниз атун; zara gətirmək зардал гъун, туьтуьниз гъун, шерзумун, жазанарун.
Azərbaycanca-ləzgicə lüğəti / zar