* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Əsil, mənşə, kök, nəsil, nəsəb. Xəbər alın o namərdin zatını; Aparıbdı mərd igidin atını. “Koroğlu”. [Heydər bəy:] Zatında şübhə olanlar öz nəsəbləri üçün şəhadətnamə qayırırlar. M.F.Axundzadə. Oğlumuzun, şükr kim, zatı müsəlman imiş! Bəxtəvər olsun başım, bəxtimiz oğlan imiş! M.Ə.Sabir. □ Zatına bələd olmaq – bax zatını tanımaq. Bələdəm zatına sənin, novkər; Dəyməz heç bir pula bu cür sözlər. C.Məmmədquluzadə. Zatına lənət – söyüş ifadəsi. Harda bihəya var, zatına lənət. Q.Zakir. Musa kişi Mübaşir Məmmədin yoğun səsini tanıdı: – Zatına lənət, – deyib tüpürdü… M.İbrahimov. Zatını tanımaq – əslini, nəslini, iç üzünü, bütün varlığını tanımaq (adətən mənfi, istehzalı məna ilə). [Allahverdi:] Zurnaçı Muğanı? Onun zatını tanıyıram. C.Cabbarlı. Həddi-zatında – əslində, təbiətində, xilqətində. 2. köhn. Şəxs, adam, şəxsiyyət, sima. O çox əxlaqlı bir zatdır. Böyük zat. – Bax, nə qədər sevimli, nəzakətli bir zat! M.S.Ordubadi. Bu zatların sayəsində də birinci ilin tədris haqqı maarif cəmiyyətləri tərəfindən verildi. T.Ş.Simurq. // Hörmətli, mötəbər şəxs. [Südabənin anası:] …Allaha çox şükür eləyirəm ki, mənim bircə balamın qabağına sənin kimi zatı, südü təmiz bir adam çıxarıb. M.İbrahimov. 3. Özü, öz nəfəsi, öz varlığı. Bitməzmi cəfa, axıra yetməzmi kəşakəş? Axırda yaxar zatını yağdıqların atəş. M.S.Ordubadi. 4. köhn. Varlıq, əsil, təbiət, mahiyyət. O küləkdir, özü vardır, zatı yox. Xəstə Qasım.
Azərbaycan dilinin izahlı lüğəti / zat2 ZAT1 ə. sahib, yiyə. ZAT2 ə. 1) mahiyyət; 2) əsil, cövhər; 3) subyekt, şəxs. Zati-ali ali mənsəb (yüksək vəzifəli şəxsə müraciət); zati-əkrəm ən möhtərəm şəxs, kərəm sahibi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / zat1 Ərəbcədir, bizdə onun əvəzinə soy işlədilib. “Zatına lənət”, “zatı qırıq” deyirik. Cəmi zəvat kimidir, “mahiyyət” deməkdir. Zatən sözü də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / zat2 сущ. 1. род, происхождение 2. личность, индивидуум 3. суть, сущность; zatına bələd olmaq, zatını tanımaq kimin знать родословную чью; zatına lənət kimin будь проклят род чей
Azərbaycanca-rusca lüğət / zat1 i. kin, family; origin; ~ına bələd olmaq, ~ını tanımaq to know* smb’s kin / family / origin; Zatına lənət! Damn / curse him / her
Azərbaycanca-ingiliscə lüğət / zat1 is. famille f ; lignée f ; origine f ; ~ına bələd olmaq connaître la famille (la ligne, l’origine) de qn
Azərbaycanca-fransızca lüğət / zat1 [ər.] сущ. 1. зат, асул, куьк, несил; zatına bələd olmaq кил. zatını tanımaq; zatını tanımaq эсил-несил чир хьун, тӀур-кур (къен пад) чир хьун, лап хъсандиз чир хьун; 2. куьгьн. инсан, кас; 3. вич, вичин нефес; 4. куьгьн. асул, тӀебиат, мана.
Azərbaycanca-ləzgicə lüğəti / zat