* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. bax zarıldamaq. Xəstə zarıyır. – Sən uğursuz bir güllənin ağrılarından; Zarıyırsan pələng kimi, sinən yaralı. S.Vurğun. …Yeni məhbus üzü üstə yerə dəyib zarımağa başladı. M.İbrahimov. // Ulamaq. Hərdənbir zarıyır bayquş, yapalaq; Uzaqda tülkülər edirlər vaq-vaq. H.K.Sanılı. 2. f. İnləmək, sızlamaq. [Güləndam:] Yusif bəy ilan dili çıxardır. Elə zarıyır, elə zarıyır, adamın yazığı gəlir. N.Vəzirov. Həm də gözdən iraq gəlinlər, qızlar; Əlləri qoynunda zarıyar, sızlar. S.Vurğun. Yanır od içində bala quşcuğaz; Bəzən sayıqlayır, zarıyır az-az. M.Rahim.
Azərbaycan dilinin izahlı lüğəti / zarımaq3 ZARIMAQ Safo kişi zarıdı: – Nə istəyirsiniz? (S.Rəhimov); SIZILDAMAQ [Zöhrə:] Mən də indidən yapışım başımdan, başlayım sızıldamağa (M.İbrahimov); VAYILDAMAQ Alo yasavula: Əyə, salam, niyə vayıldayırsan.. (S.Rəhimov); ZARILDAMAQ Məlahət zarıldayırdı (S.S.Axundov); ZIQQILDAMAQ Məmmədhüseynin arxası yerə dəyəndə.. zıqqıldadı və qışqırdı (Mir Cəlal); İNİLDƏMƏK (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / zarımaq1 1. кил. zarıldamaq; 2. къув ягъун (мес. типӀре); 3. суза авун, цӀурун, цӀугъун.
Azərbaycanca-ləzgicə lüğəti / zarımaq