* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2005 | •••••••••••••••••••• | 0.67 |
1 1. sif. Uzun zolaq şəklində olan, zolaq şəklində kəsilmiş. Zol gön. Zol taxta. // is. Zolaq şəklində kəsilmiş gön, dəri və s. // is. Ağacın gövdəsindən qoparılan zolaqşəkilli qabıq. 2. is. Zolaq. // Şüy çubuq, qayış zərbəsinin dəydiyi yerdə buraxdığı iz. Zolların yerində qan görünməyə başladı. M.S.Ordubadi. □ Zol çıxarmaq (çəkmək, qaldırmaq) – şüy çubuq, qayış və s. buna bənzər şeylərlə vurub bədəndə zolaq kimi iz buraxmaq. Ey ariflər, İsfahanda; Bir dəllək var, zol çıxardır. Xəstə Qasım. Nazik çubuq hər dəfə tappıltı ilə [Laçına] dəyəndə, dərisində zol qaldırırdı. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / zol2 zərf 1. dan. Düz, birbaş. Zol getdim şikayətə. 2. Arasıkəsilmədən, həmişə, daima, tez-tez. Zol fikir içindədir. Zol şikayət edir. – [Rüstəm] gördü ki, burada bir cavan pəlvan əyləşibdir. Amma heç kimnən gülüb-danışmır, hey başın salıb aşağı, zol fikirdədir. (Nağıl). [Səfər bəy:] Yaxşı! Yaxşı! Axund, bu Qənbərqulu maşın kimi bir şeydir, bir kərə ki, vintini burdun, daha zol danışacaq. B.Talıblı.
Azərbaycan dilinin izahlı lüğəti / zol1 1 сущ. полоса, полоска 1. продолговатый, удлинённый кусок чего-л. Bir zol gön полоска кожи 2. след на поверхности чего-л. Qayış zolları полоски от ремня 2 нареч. разг. 1. прямо, немедленно, тотчас 2. беспрерывно, постоянно. Zol şikayət edir он постоянно жалуется 3 сущ. хим. золь (мельчайшие частицы какого-л. вещества, распределённые в какой-л. среде)
Azərbaycanca-rusca lüğət / zol1 i. 1. (zolaq) strip, stripe; 2. (çubuq, qayış zərbəsinin izi) wale, weal; ~ çıxarmaq / çəkmək: 1) to cut* into strips; 2) (döymək) to wale (d.)
Azərbaycanca-ingiliscə lüğət / zol1 is. 1) raie f, rayure f (zolaq) ; 2) zébrure f (çubuq, qayış zərbəsinin izi) ; qayış ~ları zébrures de ceinture
Azərbaycanca-fransızca lüğət / zol1 1. прил. зул хьиз атӀанвай, яргъи зул хьтин (мес. ли, кьул); // сущ. зул хьиз атӀанвай ли, хам ва мс.; // зул хьиз алуднавай ттарцин чкал; 2. сущ. зул; // тӀвал, къамчи ва мс. акьур чкадал аламукьдай гел; zol çıxarmaq (çəkmək, qaldırmaq) тӀвалунив, чӀулунив ва мс. яна бедендал зул хьтин гелер акъудун.
Azərbaycanca-ləzgicə lüğəti / zol2 нареч. 1. рах. дуьз; 2. ара датӀана, гьамиша, даима, фад-фад (мес. шикаят авун).
Azərbaycanca-ləzgicə lüğəti / zolI (Bakı, Cənubi Azərbaycan, Gədəbəy, İmişli, Kürdəmir, Qax, Salyan, Şamaxı, Tovuz) həmişə, daima. – İşə zol məyi yolleyırsan (İmişli); – O, zol köntö-köntö danışır (Bakı); – Zol sən gileylənersəη mənnən (Gədəbəy); – Sənə zol dimişəm, küçədə oynama (Salyan) II (Bərdə, Daşkəsən, Dəvəçi, Füzuli, Gədəbəy, Kürdəmir, Meğri, Salyan, Tovuz) göndən uzununa kəsilmiş müəyyən hissə. – Bir zol gönnən üş cüt çarıx çıxır (Bərdə); – Bu gönnən neçə zol çıxartmağ olu? (Gədəbəy); – O gönnən bi zol mə: kəs (Salyan) III (Şəki) baramaqurdunun üzərinə yarpaq döşəyərək düzəldilmiş sıra. – Qurt (baramaqurdu) bir az bö:yənnən sora yeyif <yayıb> zol düzəldiylər IV (Cənubi Azərbaycan, Göyçay, Kəlbəcər, Quba, Mingəçevir) düz, birbaşa. – Qulaməli zol getdi, heç qayıtmadi (Cənubi Azərbaycan)
Azərbaycan dilinin dialektoloji lüğəti.