* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Zolaqlar şəklində olan. Zolaq-zolaq tarlalar. – Qurtuluş güllələri zolaq-zolaq qızartdı havanı. R.Rza. // Üzərində zolaqlar olan. Zolaq-zolaq parça. Zolaq-zolaq palaz. Zolaq-zolaq döşək. Zolaq-zolaq zürafə. Zolaq-zolaq özbək xələti. – [Qaragünənin] başının üstündən, divarda zolaq-zolaq bir pələng dərisi, üzərində mal damarından hörülmüş qaba bir qamçı … asılmışdı. M.Rzaquluzadə. [Zeynal] zolaqzolaq xəstəxana pijamasının altında yavaşyavaş barmaqlarını tərpədirdi. B.Bayramov. // Zərf mənasında. Zolaqlar şəklində. Böyrü qırmancdan zolaq-zolaq olmuş yabı. – Köynəyinin üstündən də mümkündür saymaq; Qırmanclanmış zolaq-zolaq qabırğaları. S.Rüstəm.
Azərbaycan dilinin izahlı lüğəti / zolaq-zolaq1 ZOLAQ-ZOLAQ (zolaqlar şəklində) [Zeynal] zolaq-zolaq xəstəxana pijamasının yaxası altında yavaş-yavaş barmaqlannı tərpətdi (B.Bayramov); MİLƏMİL Özbək qardaş “Raxmat, raxmat” deyə-deyə miləmil xələti onun çiyninə saldı (Ə.Babayeva); MİL-MİL ...Şahpələng bahalı şal parçadan mil-mil qara şalvarı onun üstünə atdı (M.İbrahimov); ZOLAQLI Əziz çimmək paltarında uzanıb başını qırmızı zolaqlı çətirin kölgəsində gizlədərək bədənini günə verirdi (H.Abbaszadə); ZOL-ZOL Aytəmiz: Dərsdən gələn kimi dəlixana paltarına oxşayan zol-zol şalvarı geyirsən əyninə, əlinə bir kitab alıb yayılırsan divanın üstünə (Ə.Qasımov).
Azərbaycan dilinin sinonimlər lüğəti / zolaq-zolaq2 I прил. полосатый (покрытый полосами; имеющий узор, рисунок в виде полос). Zolaq-zolaq yaylıq полосатый платок, zolaq-zolaq parça полосатая ткань II в знач. нареч. полосой, полосами, полоской, полосками. Zolaq-zolaq kəsmək разрезать полосами
Azərbaycanca-rusca lüğət / zolaq-zolaq1 s. striped, (i.s.) having stripes; (i.s.) cut into stripes
Azərbaycanca-ingiliscə lüğət / zolaq-zolaq1 прил. зул-зул; дамарар авай, маргъвар авай, дамар-дамар (мес. парча).
Azərbaycanca-ləzgicə lüğəti / zolaq-zolaq