* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••• | 3.43 |
2003 | •••••••••••••••••••• | 24.80 |
2004 | ••••• | 5.05 |
2005 | •• | 2.02 |
2006 | ••• | 3.38 |
2007 | ••• | 2.75 |
2008 | •••• | 4.14 |
2009 | •••• | 4.32 |
2010 | •••• | 4.18 |
2011 | ••• | 3.52 |
2012 | ••• | 3.36 |
2013 | •••••• | 7.00 |
2014 | •••••• | 6.69 |
2015 | •••• | 3.91 |
2016 | • | 1.21 |
2017 | •• | 1.46 |
2018 | •• | 2.25 |
2019 | ••••• | 5.42 |
2020 | ••• | 3.32 |
1 is. [ər.] 1. İnsanın mənəvi keyfiyyətini, əhvali-ruhiyyəsini müəyyən edən etik normalar; mənəviyyat. Mən … müsəlman xalqlarının əxlaq və rəftarını yaxşılaşdırmaq məqsədi ilə bir neçə səhnə əsəri yazmışam. M.F.Axundzadə. Əxlaqı pozğun, adəti pis, pasibanı yox; Qəlbim yanar ona, deyərəm: “Ay yazıq çocuq!” A.Səhhət. Nizamülmülkün yazdığı siyasətnamə – tarix, Nizaminin nəzmə çəkdiyi siyasətnaməsi isə bir əxlaq dərsidir. M.S.Ordubadi. 2. İnsanın yaşadığı cəmiyyət və onu təşkil edən üzvləri ilə rəftarı və özünü aparma qaydası. Əxlaq normaları. – Mehriban açıqdan-açığa görürdü ki, Səlim əxlaq və təbiətcə ətrafında gəzib dolaşan, evinə qonaq gələn adamların heç birinə bənzəməyir. S.Hüseyn. İnsanın qiyməti onun qabiliyyəti və əxlaqı ilə ölçülür. Ə.Sadıq. Gözəl əxlaqı, pak və səmimi ürəyi, həddən artıq zirəkliyi və qabiliyyəti Budağı müəllimlərə və həm də yoldaşlarına çox sevdirdi. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / əxlaq1 Bu söz xalq, məxluq kəlmələri ilə kökdaşdır, ərəbcədir. Ziya Göyalpa görə, əxlaqda birinci yer türklərə məxsusdur (onun fikrinə görə, incəsənət – yunanlarda, hüquq – romalılarda, din - ərəblərdə və İsraildə, musiqi – almanlarda üstünlük təşkil edib). Əxlaq sözünün qədim mənası “xalq adətlərinə əməl etmək” demək olub. Bizdə əxlaq yerinə qılıq, “нравственность” anlamında ərdəmlik, kişilik, insanlıq işlədilib (indi “alicənablıq” da işlədilir). Ərdəm (edrəm, erzəm formaları da mövcud olub) sözünün mənası rusca “высокое душевное качество” kimi açıqlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əxlaq2 ƏXLAQ (mənəvi keyfiyyəti müəyyən edən etik normalar) ..Nizaminin nəzmə çəkdiyi siyasətnaməsi isə bir əxlaq dərsidir (M.S.Ordubadi); AYAĞISÜRÜŞKƏN (dan.) Naşad .. yeri gəldikcə, Zeynalla yaxın dost olduğu halda, onun-bunun qulağına Mehribanın “ayağısürüşkən bir qadın” olduğunu söyləməkdən çəkinmirdi (S.Hüseyn); ETİKA (əxlaq normaları) [Ziynət:] ...Biz etika dairəsində bir-birimizin ehtirasını saxlayan ər-arvad olduq (B.Bayramov); MƏNƏVİYYAT (yüksək əxlaq) Xənnas babasının hüzurunda mənəviyyatı pozulmuş insanların ruhunu daha ziyadə açıb göstərmək fikri ilə hiddətli bir səslə: – İnsan... (A.Şaiq); TƏRBİYƏ (gözəl əxlaq) Bəzən cavanların tərbiyəsi ilə də məşğul olmaq lazım gəlir (H.Seyidbəyli).
Azərbaycan dilinin sinonimlər lüğəti / əxlaq2 I сущ. 1. поведение (образ жизни, совокупность поступков и действий кого- л.). Nümunəvi əxlaq примерное поведение, əxlaq xətti kimin линия поведения кого, əxlaq normaları нормы поведения, şagirdlər üçün əxlaq qaydaları правила поведения для учащихся 2. мораль, нравственность (совокупность принципов и норм поведения людей по отношению друг к другу и к обществу); этические нормы. Əxlaq prinsipləri принципы морали II прил. моральный, нравственный. Əxlaq fəlsəfəsi нравственная философия, əxlaq kodeksi нравственный кодекс
Azərbaycanca-rusca lüğət / əxlaq1 I. i. (etik normalar) morals pl., morality, moralities pl.; ethics; ~ı pozğun corrupt in morals; graceless; ~ını pozmaq: 1) (tərbiyəsini pozmaq) to corrupt (d.), to deprave (d.); 2) (ismətinə toxunmaq) to seduce (d.) II. s. moral; ~ dərsi moral admonition; ~ pozğunluğu moral corruption; depravity, immorality; ~ normaları ethics
Azərbaycanca-ingiliscə lüğət / əxlaq1 is. morale f, éthique f, moralité f ; ~ı pozğun individu m sans moralité
Azərbaycanca-fransızca lüğət / əxlaq\- ictimai şüur formalarından biri. \. 1. Müəyyən bir zaman ərzində məlum ictimai qrup, yaxud insan kütləsi tərəfindən mənimsənilən, şəxslərin bir-biri ilə əlaqələrini sistemə salan, nizamlayan ənənəvi davranış qaydalarının, qanunlarının cəmi; yaxud müxtəlif cəmiyyətlərdə və zamanlarda əhatə dairəsi və məzmunu dəyişən əxlaqi dəyərlər məcmusu. 2. Eyni zamanda fəlsəfənin bir qoludur. Ərəbcədəki xulq \ sözünün cəmidir.
Fəlsəfə terminlərinin izahlı lüğətiə. etik norma, özünü aparma qaydası; mənəviyyat.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti