məxluq sözü azərbaycan dilində

məxluq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • məxluq • 96.4179%
  • Məxluq • 2.9851%
  • MƏXLUQ • 0.5970%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İlahi məxluq (film, 2011)
İlahi məxluq — rejissor Yavər Rzayevin filmi. == Məzmun == Film Qafqaz dağlarında heyvan saxlayan bir çoban ailəsindən bəhs edir. Payızın qəfil gəlişi, dağlara qar yağması, köç yolunun bağlanması çobanı çətin vəziyyətə salır. O, bütün qarğaşasını birdəfəlik apara bilməyəcəyini dərk edib, 14 yaşlı oğlunu yurd yerində qoyur. Yeniyetmə özünü və heyvanlarını həm qar-borandan, həm də obaya hücum edən canavarlardan qorumaq məcburiyyətindədir. Tək qalan uşağa mənəvi dəstək olan dayısının ona bağışladığı körpə quzu və dağlara səfər edən gənc rəssam qızın verdiyi şəkilli dərgi olur. == Film haqqında == Film 2008-ci ildə "Bizim Kino" Prodüser Mərkəzi tərəfindən çəkilmiş, 2009-cu ildə "Yaddaş" Sənədli Filmlər Studiyasında tamamlanmışdır. Filmdə çəkilmiş canavarların təlimi "Animalfilm" studiyası tərəfindən həyata keçirilmişdir. Film 2008-ci il üçün dövlət sifarişi ilə istehsal olunan 3 tammetrajlı filmdən biridir. Çəkilişlər əsasən Qubanın Xınalıq və Qalaxudat kəndlərində, Yardımlıda aparılıb.
Fantastik məxluqlar və onların yaşadıqları yer (dəqiqləşdirmə)
Fantastik məxluqlar və onların yaşadıqları yer — kitab
Fantastik məxluqlar və onların yaşadıqları yer (film, 2016)
Fantastik məxluqlar və onların yaşadıqları yer (ing. Fantastic Beasts and Where to Find Them) — rejissor Devid Yeytsin Coan Roulinqin eyniadlı kitabın əsasında çəkdiyi film. Harri Potter haqqında seriyasının bir hissəsi olaraq, kinolent əsas əhvalatların başlanmasından 65 il əvvəl baş verən hadisələri əks etdirir. Filmin premyerası ABŞ-də 2016-cı il noyabrın 18-də, Rusiyada isə noyabrın 17-də keçirilmişdir. == Məzmun == 1926-cı ildə sehrli zooloq Nyut Skamender fantastik heyvanlar və canlıların təsnifatı ilə məşğul olur. O, mühüm dövlət rəsmisi ilə görüşmək üçün "Amerika Birləşmiş Ştatlarının Sehrli Konqresi" adlı yığıncağa gəlir. Özü ilə bir qədər təhlükəli sehrli varlıqların və onların təbii yaşayış mühitinin özündə yerləşdirmiş çamadanı götürür. Bu varlıqlar yoxa çıxandan sonra Amerikanın sehrli hakimiyyəti alimi təqib etməyə başlayır.
Fantastik məxluqlar və onların yaşadıqları yer (kitab)
Fantastik məxluqlar və onların yaşadıqları yer və ya Fantastik vəhşilər və onları harada tapmaq olar (ing. Fantastic Beasts and Where to Find Them) — ingilis yazıçı Coan Roulinq tərəfindən yazılmış kitab. 2001-ci ildə nəşr olunmuş əsər Harri Potterin sehrli dünyasında yaşayan fantastik heyvanlardan bəhs edir. Faktiki olaraq bu kitab Harri Potterin dərsliyidir və onun səhifələrində Harri, Ron və Hermiona tərəfindən edilmiş qeydləri tapmaq olar. == Qısa məlumat == Fantastik məxluqlar və onların yaşadıqları yer məşhur sehrli zooloq Nyut Skamender tərəfindən yazılmış və Harri Potterə məxsus olan kitabın surətidir. Kitabda sehrli zoologiyanın tarixi müzakirə olunub, fantastik heyvan və fantastik varlıq anlayışları müəyyən edilib, həmçinin onların arasında olan fərqlər göstərilib. Bundan əlavə, Sehr Nazirliyin tərəfindən qəbul olunmuş fantastik varlıqların təsnifatı və dünyada tapılmış 75 növlərin təsviri verilib. Kitabda olan məlumat illər ərzində qitələr üzrə səyahət edən Salamander tərəfindən toplanılıb. Hoqvarts məktəbinin birinci kursunda oxuyan şagirdlər üçün məcburi dərslikdir. Harri və Ron tərəfindən edilən qeydlər kitabın diqqətəlayiq cəhətlərdən biridir.
Meksika məxluqu
Meksika məxluqu - 2007-ci ildə Meksikada bir fermerin qarşılaşarkən qorxduğu üçün suda boğduğu, sifəti insana, bədəni kərtənkələyə bənzəyən, Meksika və Kanadada uzun müddət laboratoriya analizlərində DNT-sı aşkarlana bilməyən qəribə məxluq. İspan alimi Hose Antonio bu məxluqun DNT-sini öyrənə bilib. Onun hüceyrələrində nukleosit tapılıb. Alimə görə, bu, elmə məlum olmayan heyvan deyil, 99,99 faiz başqa planetlərdən gəlmiş bir canlıdır. İspan alim bu yadplanetlinin göz və qulaq quruluşunu öyrənib. Məlum olub ki, onun insanla müqayisədə müdhiş duyma qabiliyyəti var. Bu canlı ilə qarşılaşan meksikalı fermer keçirdiyi həyəcanın təsiri ilə onu bir neçə saat suyun altında saxlayıb. Həmin varlıq bir neçə saat suda yaşadıqdan sonra ölüb. Normal halda isə yer üzündə quruda yaşayan heç bir canlı bu qədər suda sağ qala bilmir. Digər qəribə olay budur ki, bu məxluqu öldürən meksikalı fermer bir müddət sonra qəribə şəraitdə ölüb.
Montauk məxluqu
Montauk məxluqu — dalğaların Nyu-Yorkun turistik Montauk sahillərinə çıxardığı əsrarəngiz heyvan. Heyvanın iki fərqli baxımdan çəkilən fotoşəkilləri, internetdə həyəcanla müzakirə edilir. Əsrarəngiz varlığın nə olduğuna dair bir çox nəzəriyyə var. Hətta CNN və Fox News kimi ciddi media qurumları da müzakirəyə müdaxil oldular. Fox News kanalına danışan bir mütəxəssis, varlığın bir rakun olduğunu iddia etsə də, ən çox qəbul görən şərh, burnu qoparılmış, çürümək üzrə olan bir pitbul olduğu istiqamətində. Ancaq heyvanın pəncələrinin itə bənzəmədiyini iddia edən araşdırmaçılar, "Bu, Atlas okeanındakı gizli nüvə sınaqlar üzündən mutasiyaya uğramış bir varlıqdır" deyirlər. Bir başqa məşhur nəzəriyyə, hadisənin tamamilə uydurma olduğu və əslində bir reklam kampaniyası başlatmaq məqsədilə yayıldığı istiqamətindədir. İnternet sayəsində, viral (virus kimi yayılan) satışa çıxarma texnikalarının gedərək tutulduğunu ifadə edən mütəxəssislər, bu ehtimalı ehtimal xarici görmür. Enerji içkisi firmasının "Montauk məxluqu canlı tutana pul mükafatı" vəd etməsi isə, fürsətçilik olaraq xarakterizə edilir.
Fantastik məxluqlar və onların yaşadıqları yer (film)
Fantastik məxluqlar və onların yaşadıqları yer (ing. Fantastic Beasts and Where to Find Them) — rejissor Devid Yeytsin Coan Roulinqin eyniadlı kitabın əsasında çəkdiyi film. Harri Potter haqqında seriyasının bir hissəsi olaraq, kinolent əsas əhvalatların başlanmasından 65 il əvvəl baş verən hadisələri əks etdirir. Filmin premyerası ABŞ-də 2016-cı il noyabrın 18-də, Rusiyada isə noyabrın 17-də keçirilmişdir. == Məzmun == 1926-cı ildə sehrli zooloq Nyut Skamender fantastik heyvanlar və canlıların təsnifatı ilə məşğul olur. O, mühüm dövlət rəsmisi ilə görüşmək üçün "Amerika Birləşmiş Ştatlarının Sehrli Konqresi" adlı yığıncağa gəlir. Özü ilə bir qədər təhlükəli sehrli varlıqların və onların təbii yaşayış mühitinin özündə yerləşdirmiş çamadanı götürür. Bu varlıqlar yoxa çıxandan sonra Amerikanın sehrli hakimiyyəti alimi təqib etməyə başlayır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.22 dəfə / 1 mln.
2003 •••• 1.18
2004 •• 0.34
2008 •••• 0.97
2009 ••• 0.96
2010 •••• 1.09
2011 •••••••••• 3.17
2012 •• 0.52
2013 •••••••••••••••••••• 6.42
2014 •••••• 1.89
2015 •• 0.34
2017 0.16
2018 ••• 0.75
2019 0.28
2020 •• 0.53

məxluq sözünün leksik mənası və izahı

  • 1 top. [ər.] 1. Canlı varlıq, canlı vücud (insan, heyvan). Müsəlmanın təsəvvüründə … şeytan hiyləgər məxluqdur, başında bir taskülah var… C.Məmmədquluzadə. Lakin insan müstəsna bir məxluqdur. Mir Cəlal. [Xanın] yuxuda gördüyü qorxunc məxluqlar yadına düşdü. M.Rzaquluzadə. 2. Xalq, camaat, el, adamlar. [İmamyar:] Məxluq çalıb-oynayır… C.Cabbarlı. [Hüseyn:] Dayı! Nə üçün məxluqu yığmısınız bizim qapımıza? S.Rəhman. 3. “Adam, insan” mənasında. Ah, ana! Sən nə qədər böyük məxluqsanmış!… M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / məxluq

məxluq sözünün sinonimləri (yaxın mənalı sözlər)

məxluq sözünün rus dilinə tərcüməsi

  • 1 1. сотворенный; 2. создание, творение; 3. народ, масса;

    Azərbaycanca-rusca lüğət / məxluq
  • 2 сущ. 1. существо, создание, творение (живой организм, человек, животное). Kiçik məxluq маленькое существо, canlı məxluq живое существо, zəif məxluq слабое создание, hiyləgər məxluq хитрое создание, dilsiz məxluq бессловесное создание 2. собир. устар. народ, люди. Məxluq küçədədir народ на улице, məxluq təşvişə düşüb люди волнуются, məxluqu başına yığıb собрал народ вокруг себя

    Azərbaycanca-rusca lüğət / məxluq

məxluq sözünün inglis dilinə tərcüməsi

məxluq sözünün fransız dilinə tərcüməsi

məxluq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] махлукь (1. ччан алай затӀ, ччан алай беден (инсан, гьайван вири санал); 2. халкь, эл, жемят, инсанар; 3. “инсан” манада).

    Azərbaycanca-ləzgicə lüğəti / məxluq

məxluq sözünün türk dilinə tərcüməsi

məxluq sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) yaradılmış, xəlq olunmuş; 2) xalq.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

yaradılmış, xəlq olunmuş; xalq.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"məxluq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məxluq nədir? #məxluq sözünün mənası #məxluq nə deməkdir? #məxluq sözünün izahı #məxluq sözünün yazılışı #məxluq necə yazılır? #məxluq sözünün düzgün yazılışı #məxluq leksik mənası #məxluq sözünün sinonimi #məxluq sözünün yaxın mənalı sözlər #məxluq sözünün əks mənası #məxluq sözünün etimologiyası #məxluq sözünün orfoqrafiyası #məxluq rusca #məxluq inglisça #məxluq fransızca #məxluq sözünün istifadəsi #sözlük