şoranlıq sözü azərbaycan dilində

şoranlıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şoranlıq • 95.7143%
  • Şoranlıq • 4.2857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şoranlıq
Şoranlıq (rus. солончаки, ing. solonchaks) — şoran torpaq tipi, üst qatında 1-3 dən 10-15%-ə qədər asan həll olan duz olur. Çöl, yarımsəhra və səhra zonalarında yayılmışdır. Şoranlaşma əsasən səthdən suyun buxarlanması nəticəsində baş verir. Torpaq pro­fili zəif təbəqələnmiş olur; az məh­suldardır. Təbii bitki örtüyü halofit­lərdən (dəvəayağı, şorangə, sirkən, yulğun, acərək və s.) ibarət olur və ya heç olmur. Yuyulduqdan və qrunt sula­rının səviyyəsi aşağı salındıqdan sonra əkinçilik üçün yararlıdır. Mərkəzi Afrika, Asiya, Avstraliya, Şimali Amerika, Qazaxıstan, Orta Asiya, Azərbaycan (Kür-Araz ovalığı, Xəzəryanı ovalıq), Krım, Aşağı Volqaboyu, dənizqırağı Dağıstanda yayğındır. Zəminin profili aşağıdakı morfoloji quruluşa malikdir: A. humus üfüqu, humustoplanması sezilməyəndən seçilənə qədər çox tərəddüd edir, boz, açıq-boz, bəzən üst örtükdən boz aralıq üfüq kimi, sıx köklərlə dolu çim qalıqları seçilir, üfüqün üst qatında ağ-appaq, yaxud bozumtul-ağ qabıq və ya şiş kimi bol duz təbəqəsi formasında olur; B (Bg) — humus üfüqu yaxud üst duz üfüqu altında, bəzən B üfüquna keçən, yekcins təbəqə və ya təbəqələr dizisi seçilir; G —müxtəlif dərəcəli təzahüratlı gley üfüqu.
Şoranlıq qaçançayırı
Şoranlıq qaçançayırı (lat. Aeluropus litoralis) — qaçançayır cinsinə aid bitki növü.
Şoranlıq sirkəni
Şoranlıq sirkəni (lat. Atriplex halimus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.
Şoranlıq sistanxesi
Şoranlıq sistanxesi (lat. Cistanche salsa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin sistanxe cinsinə aid bitki növü. == Arealı == Rusiyanın Cənubi Avropa hissəsindən Çinə qədər ərazidə yayılmışdır. == Sinonimləri == Cistanche salsa var. albiflora P.F.Tu & Z.C.Lou Cistanche salsa var. longidens Gilli Phelipaea salsa C.A. Mey. Phelypaea salsa C.A.Mey.
Şoranlıq süsəni
Şoranlıq süsəni (lat. Iris halophila) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Şoranlıq toppuzlusu
Şoranlıq toppuzlusu (lat. Sphaerophysa salsula) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin toppuzlu cinsinə aid bitki növü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.15 dəfə / 1 mln.
2007 •••••••••••••• 0.42
2009 •••••••••••••••••••• 0.64
2010 ••••••••••••••• 0.45
2012 ••••••••••• 0.34
2019 ••••• 0.14
2020 ••••• 0.13

şoranlıq sözünün leksik mənası və izahı

  • 1 is. Şoran, şoran yer, torpaq. Bir-birini qova-qova gəlib keçir aylar, illər; Şoranlıqda bağ salınır, bataqlıqda qızılgüllər. S.Vurğun. Əkilmiş yerlərdən sonra Günəşin altında yanıb sifətinə boz ləkə düşmüş şoranlıqlar başlanırdı. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / şoranlıq

şoranlıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

şoranlıq sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. 1. см. şoran II 2. засолённость. Şoranlıq dərəcəsinin təyin olunması установление степени засоленности 3. солонцеватость (наличие в почве солей натрия). Torpağın şoranlığı солонцеватость почвы

    Azərbaycanca-rusca lüğət / şoranlıq

şoranlıq sözünün inglis dilinə tərcüməsi

şoranlıq sözünün fransız dilinə tərcüməsi

şoranlıq sözünün ləzgi dilinə tərcüməsi

"şoranlıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şoranlıq nədir? #şoranlıq sözünün mənası #şoranlıq nə deməkdir? #şoranlıq sözünün izahı #şoranlıq sözünün yazılışı #şoranlıq necə yazılır? #şoranlıq sözünün düzgün yazılışı #şoranlıq leksik mənası #şoranlıq sözünün sinonimi #şoranlıq sözünün yaxın mənalı sözlər #şoranlıq sözünün əks mənası #şoranlıq sözünün etimologiyası #şoranlıq sözünün orfoqrafiyası #şoranlıq rusca #şoranlıq inglisça #şoranlıq fransızca #şoranlıq sözünün istifadəsi #sözlük