qaranlıq sözü azərbaycan dilində

qaranlıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qaranlıq • 90.3426%
  • Qaranlıq • 9.3312%
  • QARANLIQ • 0.3263%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaranlıq
Qaranlıq (kənd) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Qaranlıq (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd Aşağı Qaranlıq rayonu — Qərbi Azərbaycanda, Göyçə mahalı ərazisində rayon. Aşağı Qaranlıq — Aşağı Qaranlıq rayonunun mərkəzi. Tarixən Göyçə mahalına aid olmuşdur. Qaranlıq dərə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Qaranlıq kaha — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonun Ağudi kəndində dağ. Qaranlıq (film, 2018) Qaranlıq — Quba rayonu ərazisində çay. Babaçayın sağ qoludur; Qaranlıq — Laçın rayonu ərazisində şay. İldirimsu çayının sol qoludur Qaranlıq — Tovuz rayonu ərazisində şay. Kur çayınin sağ qoludur.
Aşağı Qaranlıq
Martuni, Aşağı Qaranlıq — Ermənistanda şəhər. Martuni rayonunun mərkəzi. == Tarixi == Aşağı Qaranlıq indiki Ermənistanda rayon mərkəzidir. Göyçə gölünün sahilində, İrəvandan 130 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1963-cü ildən şəhər tipli qəsəbədir.Toponim məkan mənası bildirən -lıq şəkilçisi qəbul etmiş, türk dilində «təpə», «qaya» mənasında işlənən qara sözü əsasında əmələ gəlib «təpəlik, dağlıq, qayalıq yer» mənasını bildirir. Qara sözü ilə -lıq şəkilçisi arasındakı «n» bitişdirici samit funksiyasını yerinə yetirir. Kənd, doğrudan da, qayalıq, dağlıq bir yerdə yerləşib və hər tərəf təpəlikdən, dağlıqdan ibarətdir. Kəndin relyefi adına uyğun gəlir. Toponimdəki «aşağı» sözü fərqləndirici əlamət bildirir.Orotoponimdir.
Qaranlıq (Abaran)
Qaranlıq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 2 km məsafədə, Abaran çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «dağ, təpə, zirvə» mənasında işlənən qara sözünə -lıq şəkilçisinin artırılması ilə əmələ gəlib «dağlıq yerdə olan kənd» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 10.IX.1948-ci il fərmanı ilə adı dəyişdirilib Lusagyuğ qoyulmuşdur.
Qaranlıq (dəqiqləşdirmə)
Qaranlıq (kənd) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Qaranlıq (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd Aşağı Qaranlıq rayonu — Qərbi Azərbaycanda, Göyçə mahalı ərazisində rayon. Aşağı Qaranlıq — Aşağı Qaranlıq rayonunun mərkəzi. Tarixən Göyçə mahalına aid olmuşdur. Qaranlıq dərə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. Qaranlıq kaha — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonun Ağudi kəndində dağ. Qaranlıq (film, 2018) Qaranlıq — Quba rayonu ərazisində çay. Babaçayın sağ qoludur; Qaranlıq — Laçın rayonu ərazisində şay. İldirimsu çayının sol qoludur Qaranlıq — Tovuz rayonu ərazisində şay. Kur çayınin sağ qoludur.
Qaranlıq (kənd)
Qaranlıq — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda yerləşən kənddir. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «dağ, təpə» mənasında işlənən qara sözünə məkan anlayışı bildirən -lıq şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 5.VII.1968-cı il fərmanı ilə adı dəyişdirilib Qexovit qoyulmuşdur. == Toponimikası == QARANLIQ - Yuxari Qarabağda yer adı. Digər adı Yuxarı Kuznutdur.
Qaranlıq Krallıq
Qaranlıq Krallıq (ダーク・キングダム, Da:ku Kinqudamu) — yapon manqaka Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqa seriyasının birinci arkında (ümumilikdə isə 5 arkdır) yer almış əsas düşmən qrup. Bütün versiyalarda bu qrup birinci arkın əsas mənfi personajlarıdır və qədim Ay Krallığının məhv edilməsində rol oynamışdırlar. Komanda haqqında ilk dəfə manqanın 28 dekabr 1991-ci ildə "Nakayoshi" jurnalında yayımlanmış "Usaqi — Seylor Mun" fəslində məlumat verilmişdir. Seriyadakı hadisələrdən əvvəl Kraliça Metariya və onun xidmətçiləri XX əsrdə ayılırlar. İngilis adaptasiyasında "reinkarnasiya" sözü əvəzinə "yenidən doğulma" sözü işlənir, bu, onların Seylor Mun ayılana qədər fəaliyyət göstərdiklərinin göstəricisidir. Qrup Kraliça Beril və 4 lorddan ibarət Sitenno tərəfindən idarə olunur. Əsas məqsədləri Yer üzündəki insanlardan enerji oğurlamaq, Kraliça Metariyanı enerji ilə təmin edib dünyanı ələ keçirməsinə şərait yaratmaqdır. Qaranlıq Krallıq üçün döyüşən bədheybətlər bu arkda youma adlandırılmışdır. Youmalar Sitenno tərəfindən yaradılır, enerji oğurlamaq, Ay şahzadəsini öldürmək, Seylor döyüşçülərinə mane olmaq və digər tapşırıqları yerinə yetirmək üçün göndərilirlər. İngilis adaptasiyasında youmalar Seylor döyüşçüləri və Taksedo Mask tərəfindən Neqabədheybətlər adlandırılır.
Qaranlıq Qala
Qaranlıq qala (ing. The Dark Tower, rus. Темная Башня) - Atıcı Roland Diskeynin uzun səyahətindən bəhs edən, amerikan yazıçısı Stiven Kinqin 8 kitabdan ibarət romanlar seriyası. Seriya özündə fantastika, fentezi, dəhşət və western kimi janrları birləşdirir. == Seriya haqqında == Seriya 8 kitabdan ibarət olmaqla təxminən 4300 səhifəni əhatə edir. Müəllif qeyd edir ki, onu ilhamlandıran ilkin mənbə kimi Robert Brouninqin "Balaca Rolanda Qaranlıq qalaya gəldi" poeması və J.R.R. Tolkienin əsərləri, xüsusilə "Üzüklərin hökmdarı", "Silmarillion", "Xobbit, ora-bura" kimi şah əsərləri çıxış edir. 2003-cü ildə yenidən nəşr olunmuş "Atıcı" kitabının yeni ön sözündə, müəllif, eyni zamanda, "Yaxşı, pis, qəddar" filmini və Tomas Eliotun "Barsız torpaqlar" əsərini də xatırlayır. Müəllif seriyanın mərkəzi personajı Rolandı aktyor Klint İstvudun prototipi olaraq nəzərdə tutduğunu qeyd edir. Roland qədim atıcı zadəganlar ordeninin sonuncu nümayəndəsidir. O, bizim dünyadan fərqlənən, eyni zamanda müəyyən dərəcədə oxşarlıqları olan bir dünyada yaşayır.
Qaranlıq dövr
Qaranlıq dövr — ənənəvi olaraq orta əsrlərə aid olan və Qərbi Roma İmperiyasının süqutundan sonra Qərbi Avropada demoqrafik, mədəni və iqtisadi bir geriləmənin baş verdiyini bildirən dövri bir tarixdir. == Haqqında == Qaranlıq dövr deyimi ilk dəfə İntibah dövrü İtaliyasında istifadə edilmişdir. İtalyan filosofu və şairi Françesko Petrarka (1304 - 1374) ilk dəfə bu ifadəni işlətmişdir. Bu, orta əsrlərdə avropalıların mənfi baxışlarının göstəricisi idi. Həqiqətən, bu dövrdə Avropada Latın ədəbiyyatının geriləməsi, ümumilikdə əhalinin sayının azalması, müxtəlif texniki mövzularda, memarlıq və digər mədəniyyət sahələrində geridəqalma meyli müşahidə olunur. Qaranlıq dövr termini əslində bir Avrosentrik bir nöqtəni əks etdirir, çünki Avropalıların Qaranlıq dövr olaraq qəbul etdikləri zaman İslam sivilizasiyasının ən parlaq dövrlərindən biridir. Qaranlıq dövrün başlanğıc və son tarixləri də müzakirə mövzusudur. Bəziləri başlanğıc tarixi üçün 410-cu ili əsəs götürərkən, digərləri Romada son imperatorun hakimiyyət illərinin bitdiyi 476-cı ili əsas götürürlər. Bitiş tarixini Böyük Karlin Papa tərəfindən İmperator elan edildiyi 800-cü ili götürənlər də var. Orta əsrlər insanlıq üçün qaranlıq olsa da, teatr üçün maarifləndirmə prosesi idi.
Qaranlıq enerji
Qaranlıq enerji (ing. Dark energy) - fiziki kosmologiyada, astronomiyada, astrofizikada və fəza mexanikasında kainatı dayanmadan genişləndirdiyi və qalaktikaları bir-birindən uzaqlaşdırdığı hesab edilən bir enerji növü. Bilinən fizika qanunlarına görə hər hansı bir şəkildə hərəkətləndirilən bir cisim ya zamanla sürəti azalaraq dayanır ya da heç bir enerji itkisi yoxdursa, eyni sürətlə hərəkətinə davam edər. Məsələn, Dünyada atılan bir cismin sürəti azalır və bir müddət sonra dayanır. Bunun səbəbi Dünyada sürtünmədən və cazibə qüvvəsinə görə enerji itkisinə məruz qalmasıdır. Əgər cazibə qüvvəsi və havası olmayan bir məkanda (kosmosda) eyni cismi atsaq, qarşısına bir maneə çıxana qədər hərəkət edər. Kainat ölçəyində bu maneə kütlə cazibə qüvvəsi gücüdür. Kainatın özü isə bəhs edilən fiziki qanunların əksinə Böyük partlayışdan bəri genişləyir və zamanla kainatın genişlənmə sürəti də artır. Elm adamları bunu kəşf etdiklərində bu sürəti artıran bir enerjinin lazım olduğuna qərar verdilər. Bu enerji qaranlıq enerji olaraq adlandırılmışdır.
Qaranlıq fantaziya
Qaranalıq fentezi (ing. dark fantasy) — hadisələrin ənənəvi fentezi mühitində cərəyan etdiyi, qorxu və qotika elementlərini özündə cəmləşdirən bədii ədəbiyyatın alt janrı. == Terminin tarixi == "Dark fantasy" ifadəsi ilk dəfə 1973-cü ildə kiçik bir fenzin adı olaraq ortaya çıxmışdır. 1980-ci illərin əvvəllərində Amerika nəşriyyatları auditoriyanı cəlb etmək üçün bu termindən istifadə etməyə başlamışdılar. 1987-ci ildə Cek Vilyamson mistik ədəbiyyatın ayrıca bir növü kimi qaranlıq fentezini seçmişdir. 1991-ci ilin iyununda "Locus" köşə yazarı Faren Miller bu janrı ənənəvi fentezi şəraitində qurulmuş qorxu və qotika hekayəsi kimi təsvir etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Stevens, F. The Nightmare and Other Tales of Dark Fantasy. University of Nebraska Press. 2004. ISBN 978-0803292987.
Qaranlıq materiya
Aşağı Qaranlıq rayonu
Martuni rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Mərkəzi Martuni şəhəri olmuşdur. Qərbi Azərbaycanın Göyçə mahalının ərazisində yerləşirdi. == Tarixi == 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1185 kv.km-dir. Rayon mərkəzi Aşağı Qaranlıq (dəyişdirilmiş adı Martuni) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 130 km-dir. Bir tərəfdən Göyçə gölünə (dəyişdirilmiş adı Sevan) söykənən rayon digər tərəflərdən Basarkeçər və Göyçə yaylaları ilə dövrələnmişdir. Soylan rayonu ərazisində Arpaçayın üzərindəki Keçid su anbarından başlanan Arpa-Göyçə kanalı Martuni rayonunun ərazisindən keçərək rayonun Aşağı Alçalı kəndi yaxınlığında Göyçə gölünə tökülür. Əziznər, Asaymirzə yaylaqları və Səlim aşırımı (hünd.2410 m), Ərmağan (hünd.2829 m) dağları da rayonun ərazisinə düşür.
Qaranlıq (film, 2018)
Qaranlıq — "A Class Production"-un istehsalı olan Azərbaycan filmi. Filmin ssenarisi 2015-ci ildən yazılmağa başlanmış, 2017-ci ildə tamamlanaraq ekranlaşdırılmışdır. Filmin prodüsseri Azər Zeynalov, ssenari müəllifi, rejissoru və bəstəkarı Kənan Zeynalovdur. Filmin operator və montaj işi İsmayıl Zeynalova məxsusdur. Filmin çəkilişləri 2017-ci ilin yay aylarında reallaşmışdır. == Məzmun == İki ay əvvəl Fəridi itirən Nuray yeni bir sevgi romanı yazmaq qərarına gəlir. Bunun üçün anasının tanışı — illər öncə müəmmalı şəkildə öldürülmüş Firuzənin gündəliyini oxuyub ondan istifadə etmək istəyir. Nuray gündəliyi oxuyarkən burada bir vərəqin çatmadığını görür. Bu, Nurayda şübhə doğurmağa başlayır. Firuzənin sevgilisi olmuş Fikrətlə görüşüb 34 il ərzində üstü açılmamış bu qaranlıq cinayəti araşdırmağa çalışırlar.
Qaranlıq (serial, 2017)
Dark — Baran bo Odar və Jantje Friese tərəfindən yaradılan elmi fantastika və dram növündəki Alman teleserialıdır. Bu, ilk Netflix orijinal alman serialıdır və 1 dekabr 2017-ci ildə yayımlanmağa başladı. Serialın ilk mövsümü tənqidçilərdən daha çox müsbət rəylər aldı və digər Netflix serialı Stranger Things ilə müsbət və mənfi müqayisələr edildi. Üçüncü və son mövsüm 27 iyun 2020-ci ildə yayımlandı. == Məzmun == Almaniyanın Winden şəhərinin uşaqlarının yoxa çıxması ilə bölgədə yaşayan dörd ailənin pozulmuş münasibətləri, ikili həyatı və qaranlıq keçmişi üzə çıxır və üç nəslə yayılan bir sirr üzə çıxır. Əsas personajlar atasının intiharını başa salmağa çalışan gənc Jonas Kahnwald, qardaşı 33 il əvvəl yoxa çıxan polis məmuru Ulrich Nielsen və polis rəisi Charlotte Dopplerdir. 2019-cu ildə başlayan hekayə, qısa müddətdə 1986 və 1953-cü illərdəki hadisələri əhatə etməyə başlayır, serialın əsas ailələrindən bəzi insanlar nüfuzlu Tiedemann ailəsinin işlətdiyi nüvə stansiyasının altında işləyən mağara sistemində bir qurd dəliyinin varlığından xəbərdar olurlar. Birinci sezonda təkcə Kahnwald, Nielsen, Doppler və Tiedemann ailələrinin sirləri üzə çıxmaqla yanaşı həm də itən uşaqlarla şəhər və onun sakinləri arasındakı münasibətlər də üzə çıxdı və ailələrin həyatları məhv olmağa başladı. İkinci sezonda Jonas Adamla görüşür və atasının intihar etməsinin qarşısını almağa və hər şeyin təkrarlanmasının qarşısını almağa çalışır. Ancaq Adam bundan istifadə etdi və orta yaşlı Klaudiya ilə dövrü davam etdirməyə çalışır.
Qaranlıq Krallıq (dəqiqləşdirmə)
Qaranlıq Krallıq "Seylor Mun" mediafranşizində düşmən qrupdur. Qaranlıq Krallıq bu mənaları da verə bilər: Qaranlıq Krallıq arkı — "Seylor Mun"un ilk arkı. Qaranlıq Krallıq: Əjdaha kralı — 2004-cü il istehsalı Almaniya filmi və miniseriya. Untold Legends: Dark Kingdom — 2006-cı il istehsalı videooyun.
Qaranlıq Feniks (film, 2019)
Qara simurq (həmçinin İks-adamlar: Qara simurq) 21st Century Fox tərəfindən tərtib edilən və Walt Disney Studios Motion Pictures tərəfindən paylanan Marvel Comics X-Men simvoluna əsaslanan 2019-cu il Amerika super qəhrəman filmləri filmidir. İks-adamlar filmi seriyalarında X-men: Apocalypse (2016) və əsas X-Menseries-də yeddinci və son hissələrə birbaşa olaraq sonradan on ikinci hissəsidir. Film Simon Kinberq tərəfindən yazılmış və rejissorluq edilmişdir və Ceyms Makevoy, Maykl Fassbender, Cennifer Lourens, Nikolas Hoult, Sofi Törner, Tay Şeridan, Aleksandra Şipp və Cessika Çesteyn adlı bir ansamblın əsərlərindən ibarətdir. Qaranlıq Feniksdə X-Men kosmosda bir missiya yanlış getdiyindən sonra Feniksin tam gücü ilə üzləşməlidir.
Qaranlıq döngə (film, 1972)
Qaranlıq döngə (çin. 黑暗的胡同) və ya Karate şantajı (fr. Chantage au karaté) — 1972-ci ildə Nq Vun və Vinq Sanq Vonq tərəfindən çəkilən Tayvan və Honkonq döyüş filmi.
Qaranlıq günəş: Həyat sandığı
== Haqqında == Üçlüyün çöküşündən artıq beş il keçib. Günəş döyüşçüsünün gəlişilə bütün təhlükənin geridə qaldığını düşünsələr də əslində müharibə hələ təzə başlayırdı. Bir neçə ay davam edən qarışıqlığın qarşısını vaxtında alan Elion, indi daha böyük bir təhlükə ilə üz-üzə dayanmışdı. Və bunun öhtəsindən gəlmək üçün təlimi hələ davam edən Günəş döyüşçüsünün köməyinə ehtiyacı vardı. “Qaranlıq Günəş: Həyat sandığı” Azərbaycanda bu janrda yazılmış Qaranlıq Günəş: Xeyrin çöküşü romanının ardıdır.
Qaranlıq günəş xeyrin çöküşü
== Haqqında == Roman, fantastik janrın ən çox bəyənilən və uğur qazanan “Fantastik Qurğu” altjanrında yazılmışdır. Bu janrın Azərbaycanda ilk olmağına baxmayaraq dünyada bir çox unudulmaz nümunələrə sahibdir. “Üzüklərin Hökmdarı”, “Harri Potter” və “Narniya Salnamələri” kimi məşhur əsərlər yüzlərlə nümunədən, sadəcə, bir neçəsidi. Təlim mərkəzlərindən birinə edilən sirli hücumun ardından iki ən yaxşı döyüşçü tədqiqata başlayır. Burda keçmiş düşmənlərinin əlinin olduğunu düşünərək bir müddət onlara verilən təlimat əsasında hərəkət etsələr də, hər şey heç də göründüyü kimi deyilmiş. Düşmən üçün qurulan tələ, elə düşmənə aid planın bir hissəsi imiş. Hər səhifəsindən zövq alacağınız roman, sizi təxəyyülünüzün sərhədlərini aşmağa məcbur edəcək. Heç vaxt var olmamış dünyanın fərqli həyat qanunlarını və düşüncə tərzini göstərəcək. Ən vacibi isə, bu kitabda siz xeyirlə şər arasındakı incə bənzərliyin şahidi olacaqsınız. “Qaranlıq Günəş” Azərbaycanda bu janrda yazılmış ilk və yeganə əsər olmaqla birlikdə detektiv janrının da bəzi çalarlarını özündə cəmləyən bir romandır.
Qaranlıq rayonu
Martuni rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Mərkəzi Martuni şəhəri olmuşdur. Qərbi Azərbaycanın Göyçə mahalının ərazisində yerləşirdi. == Tarixi == 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1185 kv.km-dir. Rayon mərkəzi Aşağı Qaranlıq (dəyişdirilmiş adı Martuni) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 130 km-dir. Bir tərəfdən Göyçə gölünə (dəyişdirilmiş adı Sevan) söykənən rayon digər tərəflərdən Basarkeçər və Göyçə yaylaları ilə dövrələnmişdir. Soylan rayonu ərazisində Arpaçayın üzərindəki Keçid su anbarından başlanan Arpa-Göyçə kanalı Martuni rayonunun ərazisindən keçərək rayonun Aşağı Alçalı kəndi yaxınlığında Göyçə gölünə tökülür. Əziznər, Asaymirzə yaylaqları və Səlim aşırımı (hünd.2410 m), Ərmağan (hünd.2829 m) dağları da rayonun ərazisinə düşür.
Qaranlıq fentezi
Qaranalıq fentezi (ing. dark fantasy) — hadisələrin ənənəvi fentezi mühitində cərəyan etdiyi, qorxu və qotika elementlərini özündə cəmləşdirən bədii ədəbiyyatın alt janrı. == Terminin tarixi == "Dark fantasy" ifadəsi ilk dəfə 1973-cü ildə kiçik bir fenzin adı olaraq ortaya çıxmışdır. 1980-ci illərin əvvəllərində Amerika nəşriyyatları auditoriyanı cəlb etmək üçün bu termindən istifadə etməyə başlamışdılar. 1987-ci ildə Cek Vilyamson mistik ədəbiyyatın ayrıca bir növü kimi qaranlıq fentezini seçmişdir. 1991-ci ilin iyununda "Locus" köşə yazarı Faren Miller bu janrı ənənəvi fentezi şəraitində qurulmuş qorxu və qotika hekayəsi kimi təsvir etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Stevens, F. The Nightmare and Other Tales of Dark Fantasy. University of Nebraska Press. 2004. ISBN 978-0803292987.
Qaranlıq döngə
Qaranlıq döngə (çin. 黑暗的胡同) və ya Karate şantajı (fr. Chantage au karaté) — 1972-ci ildə Nq Vun və Vinq Sanq Vonq tərəfindən çəkilən Tayvan və Honkonq döyüş filmi.
Qaranlıq (Duzluca)
Qaranlıq — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Qaranlıq qala (silsilə)
Qaranlıq qala (ing. The Dark Tower, rus. Темная Башня) - Atıcı Roland Diskeynin uzun səyahətindən bəhs edən, amerikan yazıçısı Stiven Kinqin 8 kitabdan ibarət romanlar seriyası. Seriya özündə fantastika, fentezi, dəhşət və western kimi janrları birləşdirir. == Seriya haqqında == Seriya 8 kitabdan ibarət olmaqla təxminən 4300 səhifəni əhatə edir. Müəllif qeyd edir ki, onu ilhamlandıran ilkin mənbə kimi Robert Brouninqin "Balaca Rolanda Qaranlıq qalaya gəldi" poeması və J.R.R. Tolkienin əsərləri, xüsusilə "Üzüklərin hökmdarı", "Silmarillion", "Xobbit, ora-bura" kimi şah əsərləri çıxış edir. 2003-cü ildə yenidən nəşr olunmuş "Atıcı" kitabının yeni ön sözündə, müəllif, eyni zamanda, "Yaxşı, pis, qəddar" filmini və Tomas Eliotun "Barsız torpaqlar" əsərini də xatırlayır. Müəllif seriyanın mərkəzi personajı Rolandı aktyor Klint İstvudun prototipi olaraq nəzərdə tutduğunu qeyd edir. Roland qədim atıcı zadəganlar ordeninin sonuncu nümayəndəsidir. O, bizim dünyadan fərqlənən, eyni zamanda müəyyən dərəcədə oxşarlıqları olan bir dünyada yaşayır.
Tor: Qaranlıq dünya
Tor: Qaranlıq dünya (ing. Thor: The Dark World) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının səkkizinci filmi. == Rollarda == Kris Hemsvort - Tor Natalia Portman - Cen Foster Tom Hiddleston - Loki Antoni Hopkins - Odin Stellan Skarsqard - Dr.
Arabella - Qaranlıq mələyi (film, 1989)
Arabella — Qaranlıq mələyi (it. Arabella, l'Angelo Nero) — 1989-cu ildə Stelvio Massi tərəfindən çəkilən İtaliya filmidir. == Məzmun == Filmdə Arabellanın macəralarından danışılır. Arabella çoxlu kişilərlə münasibət saxlayır. Bir gün yazıçı olan həyat yoldaşını dişləyir. Bu hadisədən sonra həyat yoldaşı paralic keçirir və onunla münasibət qura bilmir. Bu səbəbdən Arabella digər şəxslərlə münasibət qurmağa qərara gəlir. Bunun üçün müxtəlif klublara yollanmağa qərara alır. Arabella ilə maraqlanan iki polis müfəttişinin ölümündən sonra ittihamlar Arabellanın üzərinə düşür. Bu səbəbdən polislər onun izinə düşməyə qərar verirlər.
Daima Aydınlıq Üçün Bir Dəqiqəlik Qaranlıq Hərəkatı
Daima Aydınlıq Üçün Bir Dəqiqəlik Qaranlıq Hərəkatı - 1 Fevral 1997-də Vəkil Ergin Cinmən və Davamlı Aydınlıq Üçün Yurddaş Cəhdi liderliyində başladılan vətəndaş itaətsizlik hərəkatıdır. Susurluq Qəzası ilə birlikdə kimi dövlət təşkilatlarının və qanuni vəzifəli kəslərin qeyri-qanuni qruplarla və axtarışda olan adlarla əməkdaşlıq etdiyinin ortaya çıxması üzərinə Davamlı Aydınlıq Üçün Yurddaş Cəhdi, mafiya ilə əlaqəsi olan millət vəkilləri mühakimə önünə çıxana qədər bütün yurddaşları hər axşam saat 21:00-da evlərindəki işıqları bir dəqiqəliyinə bağlamağa çağırdı. Hərəkət kimi media quruluşlarının da dəstəyiylə zaman zaman özbaşına təşkilatlanan kütlə nümayişlərinə çevrildi. Xüsusilə varoşlarda məşəl yoldaşlığında gedişlər edildi. Ədalət Naziri Şövkət Qazanın hərəkətlə əlaqədar olaraq "şam söndü oynayırlar" şəklindəki şərhi, cəmiyyətin geniş seqmentlərindən və siyasətçilərdən böyük bir reaksiya gördü. 15 Fevral 1997-də hərəkətə Türkiyə daxilində təxminən 30 milyon adam qatıldı. Hərəkati hazırlayan platformanın mətbuat məlumatı belə idi: Biz Türkiyə cümhuriyyəti yurddaşları, illərdir səssiz əksəriyyət, olaraq təyin olunuruq. Kimiləri də, bu səssizliyimizi, olan bitən hər şeyi təsdiqlədiyimiz şəkildə şərh edir. Bir tərəfdə danışmağa dəyər heç bir haqlı sözü olmadığı halda danışanlar, kənar yanda danışacaq çox şeyi olduğu halda susdurulan bir cəmiyyət! Cəmiyyət olaraq, həyatda bizə təqdim edilən səssiz əksəriyyət rolunu bu dəfə rədd edirik...
Drakula: Qaranlıqlar knyazı (film, 1966)
Drakula: Qaranlıqlar knyazı (ing. Dracula: Prince of Darkness) — 1966-cı ildə istehsal olunmuş Böyük Britaniya filmidir. == Xarici keçidlər == Drakula: Qaranlıqlar knyazı — Internet Movie Database saytında.
Qaranlıq mələyi: Oyanış (film, 1994)
Qaranlıq mələyi: Oyanış — 1994-cü ildə istehsal olunmuş ABŞ və Rumıniya filmidir. == Məzmun == Demonessa Veronika cəhənnəmdən Yerə qaçır və burada baş verən qəddarlıqları görür. Bu səbəbdən Veronika onlarla mübarizə aparmağa hazırlaşır. Macəralar boyu Veronika onun yaralarını sağaltmış Maks Barrisə aşiq olur... == Maraqlı faktlar == Filmin bütün çəkilişi Rumıniyada aparılmışdır.
Qaranlıq mələyi (film, 1925)
Qaranlıq mələyi (ing. Dark Angel) – 1925-ci ildə çəkilən ABŞ filmidir. Bu film İtirilən filmlər siyahısına daxildir. Filmin süjeti Birinci dünya müharibəsi illərində baş verir.
Qaranlıq mələyi (film, 1935)
Qaranlıq mələyi (ing. Dark Angel) – 1935-ci ildə çəkilən ABŞ filmidir. == Mükafat və nominasiyalar == === Nominasiya === 1936 – Ən yaxşı qadın ifaçısı 1936 – Ən yaxşı səs === Mükafat === 1936 – Oskar:Ən yaxşı rəssam işi == İstinadlar == == Xarici keçidlər == Qaranlıq mələyi — Internet Movie Database saytında.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 10.20 dəfə / 1 mln.
2003 ••••••••• 8.66
2004 ••••• 4.72
2005 •• 1.35
2006 ••• 2.93
2007 ••••• 4.23
2008 •••• 3.90
2009 •••••••••• 10.08
2010 •••••••••••• 11.71
2011 •••••••••••• 11.75
2012 ••••••••••• 10.15
2013 •••••••••••••••••••• 20.28
2014 •••••••••••••••••• 18.02
2015 •••••••••• 10.04
2016 •••••••• 7.64
2017 ••••••••• 9.10
2018 •••••••••• 9.89
2019 ••••••••••• 10.57
2020 •••••••••• 9.68

qaranlıq sözünün leksik mənası və izahı

  • 1 1. is. İşıq yoxluğu, baxanda heç bir şey görünməyən hal; zülmət. Kəndi bürümüş qaranlıq və duman əriyərək dağların ətəyinə, dərələrə çəkilir, hər tərəf işıqlanmağa başlayırdı. M.İbrahimov. Nərimanın gözü qaranlıqda asılan qara və uzun vedrəyə sataşdı. Mir Cəlal. □ Qaranlıq düşmək (çökmək, qovuşmaq) – axşam olmaq, hava qaralmaq. Axşam qaranlıq düşmək üzrə ikən Bakıda çilçıraq yanmağa başladı. S.Rəhimov. …Günəş çoxdan batmış, qaranlıq çökmüşdü. Ə.Məmmədxanlı. Qaranlıq etmək (eləmək) – kölgələndirmək, görünməz hala salmaq. Get, get, qabağımızı qaranlıq eləmə. S.Rəhman. 2. sif. İşıqdan məhrum, işığı olmayan; işıqsız, zülmətli. Qaranlıq otaq. Qaranlıq küçə. Qaranlıq gecə. – Qaranlıq yerdə daş atmazlar. (Ata. sözü). İçərişəhərdə qaranlıq dar bir dalanda kiçik bir otaq tutub, anamla yoxsul həyat keçirirdik. A.Şaiq. Xanın doqquz ay qaranlıq tövlədə bəslənmiş harın buğasını meydana çıxardılar. M.Rzaquluzadə. 3. sif. məc. Bəlli olmayan, aydın olmayan, anlaşılmaz. Qaranlıq məsələ. Onun mənası qaranlıq qaldı. – O hansı qaranlıq məsələdir? M.S.Ordubadi. // məc. Şübhəli, şübhə oyandıran. Onun çox qaranlıq keçmişi vardır. 4. is. məc. Cəhalət, mədəniyyətsizlik, mədəni gerilik mənasında. …Bizim qabağımızda dağ kimi duran istibdad, Şərq istibdadı və Şərq qaranlığı idi. C.Məmmədquluzadə. [Fərhad:] Mən deyirəm ki, camaat qaranlıqdadır, biz gərək gedib oxuyaq, gələk, əlimizə qələm alaq, onlara nicat yollarını göstərək. Ə.Haqverdiyev. // sif. Cahil, mədəniyyətsiz, mədəniyyətcə geri mənasında. Nərimanovun bədii əsərlərində keçmişin qaranlıq mühitindən, lənətlə və nifrətlə qarşılanan mənzərələrindən söhbət gedir. M.Arif. ◊ Qaranlıq quyuya daş atmaq – qəti bir şey bilməyərək, fərziyyə ilə məşğul olmaq, təxmin etmək, güman etmək.

    Azərbaycan dilinin izahlı lüğəti / qaranlıq

qaranlıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qaranlıq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QARANLIQ – AYDIN Çiskin və qaranlıq gecəni aydın bir səhər əvəz etdi (M.İbrahimov). QARANLIQ – AYDINLIQ İçəri qaranlıq çökdü (S.Qədirzadə); Qışlaqda idik, payızın aydınlıq gecəsi idi (A.Şaiq). QARANLIQ – BƏLLİ O hansı qaranlıq məsələdir? (M.S.Ordubadi); Onun nələr çəkdiyi mənə bəllidir (İ.Şıxlı). QARANLIQ – İŞIQLI Qaranlıq yerə daş atmazlar (Ata. sözü); Hər şeyi işıqlı və cazibədar idi (M.İbrahimov). QARANLIQ – MƏDƏNİLİK Bizim qabağımızda dağ kimi duran istibdad, Şərq istibdadı və Şərq qaranlığı idi (C.Məmmədquluzadə); Mədənilik ətalətin və cəhalətin qənimidir.

    Azərbaycan dilinin antonimlər lüğəti / qaranlıq

qaranlıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. темнота, тьма, потемки; 2. темный, мрачный, сумрачный, беспросветный;

    Azərbaycanca-rusca lüğət / qaranlıq
  • 2 I сущ. темнота: 1. отсутствие света, освещения; тьма, мрак. Qaranlıqdan qorxmaq бояться темноты, gecənin qaranlığı темнота ночи, qaranlıqda oturmaq сидеть в темноте, qaranlıqda saxlamaq держать в темноте, qaranlıqda gizlənmək прятаться в темноте, qaranlıqdan səs голос из темноты 2. темное время суток. Qaranlıq düşdü наступила темнота, qaranlığı gözləmək ждать темноты 3. перен. невежество, косность II прил. тёмный: 1. лишенный света, освещения. Qaranlıq gecə темная ночь, qaranlıq meşə темный лес, qaranlıq otaq темная комната, qaranlıq mərkəzi физ. темный центр, qaranlıq fon темный фон, qaranlıq ləkə темное пятно 2. перен. трудный для понимания, неясный. Qaranlıq məsələ темный (неясный) вопрос 3. перен. сомнительный. Qaranlıq keçmişi kimin темное (сомнительное) прошлое у кого-л. 4. перен. невежественный, некультурный. Qaranlıq mühit темная среда ◊ gözlərimə (-nə) qaranlıq çökür в глазах темнеет, qaranlıq quyuya daş atmaq гадать на бобах, заниматься предположениями

    Azərbaycanca-rusca lüğət / qaranlıq

qaranlıq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. dark, darkness, ~da in the dark; ~da oturmaq to sit* in the dark; ~ düşmək to grow* / to become* / to get* dark; ~ düşməzdən əvvəl before dark; ~düşəndən sonra after dark; Bura nə qaranlıqdır! How dark it is here! Gözlərimə qaranlıq çökür Everything is going dark before my eyes; 2. (aydın olmayan) obscurity II. s. 1. dark; ~ gecə / otaq və s. dark night / room, etc. 2. obscure; mətnin ~ hissəsi obscure passage in the text

    Azərbaycanca-ingiliscə lüğət / qaranlıq

qaranlıq sözünün fransız dilinə tərcüməsi

  • 1 is. obscurité f, nuit f, ténèbres f pl, noir m, ~ düşür il commence à faire sombre ; ignorance f ; ~ gecə nuit f noire ; ~ məsələ problème m peu clair ◊ gözlərimə ~ çökür j’ai la vue troublé, -e, ma vue se trouble ; mes yeux se troublent

    Azərbaycanca-fransızca lüğət / qaranlıq

qaranlıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. сущ. мичӀ, мичӀивал; qaranlıq düşmək (çökmək, qovuşmaq) мичӀ алукьун, мичӀивал акьалтун, ряден хьун, гьава мичӀи хьун, йиф хьун; qaranlıq etmək (eləmək) мичӀи авун, хъен авун, вилериз таквар гьалдиз гъун; 2. прил. мичӀи, экв авачир (мес. кӀвал, йиф); 3. прил. пер. кьил акъат тийир, малум тушир, тайин тушир, течир; шак алай, шаклу; 4. сущ. пер. авамвал, кьулухъ галамайвал, буьндуьгуьрвал; // прил. пер. авам, кьулухъ галамай, буьндуьгуьр; ** qaranlıq quyuya daş atmaq мичӀи фуруз къван вегьин, са затӀ тайиндаказ течиз гьакӀ тахмин авун, гиман авун.

    Azərbaycanca-ləzgicə lüğəti / qaranlıq

qaranlıq sözünün türk dilinə tərcüməsi

"qaranlıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qaranlıq nədir? #qaranlıq sözünün mənası #qaranlıq nə deməkdir? #qaranlıq sözünün izahı #qaranlıq sözünün yazılışı #qaranlıq necə yazılır? #qaranlıq sözünün düzgün yazılışı #qaranlıq leksik mənası #qaranlıq sözünün sinonimi #qaranlıq sözünün yaxın mənalı sözlər #qaranlıq sözünün əks mənası #qaranlıq sözünün etimologiyası #qaranlıq sözünün orfoqrafiyası #qaranlıq rusca #qaranlıq inglisça #qaranlıq fransızca #qaranlıq sözünün istifadəsi #sözlük