şorakət sözü azərbaycan dilində

şorakət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şorakət • 87.7193%
  • Şorakət • 10.5263%
  • ŞORAKƏT • 1.7544%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şorakət torpaqlar
Şorakət torpaqlar - uducu kompleksdə halda böyük miqdarda mübadilə olunan natrium və bəzən də maqnezium toplanan torpaqlardır. Şoran torpaqlar şorakətli torpaqlarda suda həll olan duzlar daha dərin qatlara toplanır. == Morfoloji tərkibi == Humuslu-ellüvial horizont plastik strukturlu olub, məsaməli lil fraksiyasından kasıb olması, aşağıdakı qat yüngül mexaniki tərkibə görə fərqlənir. Qatın qalınlığı 2-3 sm-dən 20-25 sm arasında dəyişir. Şorakət qatı tünd-qonur rəngli olub, sütunvari prizmaşəkili struktura malikdir. Qalınlığı 7-12 sm-dən 25 sm-ə qədər dəyişir. Torpaq məhlulunda natrium ionlarının kəsəfəlliyi yüksəldikcə, uducu kompleksdə olan digər kationları sıxışdırıb şorakətliyin yaranmasına səbəb olur. Humusun miqdarı görə aşağıdakı qruplara bölünür: yüksək humuslu - A≥6% orta humuslu - 3-6% az humuslu - ≥3%Bu torpaqlar pis su-fiziki və fiziki-mexaniki xassələri ilə seçilir. Quru halda çox sıx olur, nəm halda şişir və yapışqan olur. Gipsləşdirmə - udulmuş natriumun yüksək miqdarı və torpaq məhlulunun qələviliyi ilə seçilən sodalı şorlaşmış şorakətlərin münbitliyini yüksəltməkdən ötrü istifadə edilən ən radikal vasitədir.
Şorakətləşmiş torpaqlar
Torpaqların təkrar şorakətləşməsi == Ümumi məlumatlar == Şorakətləşmiş torpaqlar meliorasiya üzrə tədqiqat aparan tədqiqatçıların məlumatlarına əsasən (V.R.Volobuev 1965, Q.Z.Əzizov 1999, M. R.Abduyev 2003,) torpaqəmələgətirən süxurların (döşəmə, metamorfik, çöküntü, gətirilib toplanmış, akkumilyativ) suda asan həll olunan və həmin süxurların tərkibində Na, Mg, К, Cl, НСОз, СОз kation və anionların əmələ gətirdikləri duzlar çox olduqda genetik baxımdan formalaşaraq şorakətləşmiş torpaqlar yaranırlar. Bu proses təbii yolla tarixən torpaqəmələgəlmənin ilkin yaranmasından başlayaraq baş verir. Yəni şorakətləşmiş torpaqlar uzun çəkən tarixi dövr ərzində torpaq-əmələgətirən süxurların kimyəvi və fiziki-kimyəvi xassələrindən asılı olaraq genetik baxımdan birdəfəlik formalaşmışlar. Bu proses tədqiqatçıların elmi araşdırmalardan əldə etdiyi nəticələrə əsasən müəyyən edilmişdir. == Törəmə şorakətləşmə == Təbii yolla yanaşı insanların təsərrüfat fəaliyyətinin təsiri nəticəsində də torpaqlarda şorakətləşmə əlaməti yaranır ki, buna da törəmə şorakətləşmə deyilir. «Törəmə» şorakətləşmə xam və müəyyən dərəcədə şorlaşmış torpaqların mənimsənilməsi zamanı, daha doğrusu ən çox suvarma tədbirləri həyata keçirildikdə suvarma sularının tərkibində yüksək dərəcədə miqrasiya qabiliyyətinə malik və suda həll olunmuş toksiki duzların tərkibindəki Na kationunun potensialının çox olması və onun torpaqların uducu kompleksinə daha çox daxil olması ilə baş verir. == Kənd-təsərrüfatında istifadəsi == Yüksək dərəcədə şorlaşmış və şoran torpaqların kənd-təsərrüfatında istifadə dövriyyəsinə daxil etmək üçün su ilə torpağı toksiki duzlardan yuma tədbirləri həyata keçirilir. Torpaqların dənəvər və ya humuslaşmış qatın suda asan həll olunan duzlardan təmizlənməsi üçün yüksək miqdarda suvarma sularından istifadə edilir. Bu vaxtı torpaqlar hərçənd ki, toksiki duzlardan yuyularaq meliorativ cəhətdən yaxşılaşır. Lakin bu halda suda asan həll olunan və tərkibində Na-lu toksik duzların tərkibindəki Na kationu torpağın uducu kompleksindəki Ca kationunu çox hissəsini sıxışdırıb çıxarması və əvəzində onun özünün daxil olması ilə orta və yüksək dərəcədə «törəmə» şorakətləşmiş torpaqlar meydana gəlir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2008 ••••••••••••••• 0.24
2011 ••••••••••• 0.17
2016 ••••••••••• 0.17
2017 •••••••••••••••••••• 0.33

şorakət sözünün leksik mənası və izahı

şorakət sözünün sinonimləri (yaxın mənalı sözlər)

şorakət sözünün rus dilinə tərcüməsi

  • 1 I прил. 1. солонцовый (являющийся солонцом – о почве) 2. солонцеватый (содержащий соли натрия). Şorakət torpaqlar солонцеватые земли II сущ. обычно во мн. ч. şorakətlər солонцы (почвы с большим содержанием натрия)

    Azərbaycanca-rusca lüğət / şorakət

şorakət sözünün inglis dilinə tərcüməsi

şorakət sözünün ləzgi dilinə tərcüməsi

şorakət sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Kürdəmir, Qazax, Mingəçevir) şoran, şoranlaşmış <torpaq>. – Yaxşı taxıl olmaz şorakət yerdə (Qazax); – Şorakət yerdə heş nə bitmir (Kürdəmir)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"şorakət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şorakət nədir? #şorakət sözünün mənası #şorakət nə deməkdir? #şorakət sözünün izahı #şorakət sözünün yazılışı #şorakət necə yazılır? #şorakət sözünün düzgün yazılışı #şorakət leksik mənası #şorakət sözünün sinonimi #şorakət sözünün yaxın mənalı sözlər #şorakət sözünün əks mənası #şorakət sözünün etimologiyası #şorakət sözünün orfoqrafiyası #şorakət rusca #şorakət inglisça #şorakət fransızca #şorakət sözünün istifadəsi #sözlük