aviasiya-raket sözü azərbaycan dilində

aviasiya-raket

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • aviasiya-raket • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Raket
Raket, nadir hallarda raket (it. rocchetta – fırlanan ox) — reaktiv qüvvə ilə işləyən uçan aparat. O, ətraf mühitdən asılı olmayaraq işləyir və hətta havasız şəraitdə təcillənə bilir. Raket sözü geniş mənada tətbiq olunur, o bayramlarda istifadə olunan kiçicik raketlərdən tutmuş kosmosa uçana qədər böyük bir spektri əhatə edir. Öz idarə sisteminə malik raketlər fəzada mürəkkəb hərəkətlər edə bilir, onlar hətta uçan cismləri izləmək imkanına qadirdirlər. Atılan raketlərdən fərqli olaraq özü start götürənlər daha böyük təcillənmə vaxtına malikdirlər. Bu da gövdəyə düşən yükü azaldır. Nəticədə raketlərin gövdələrini yüngül hazırlamaq olur. == Tarixi == İlk raket tarixi mənbələrə əsasən 1266-cı ildə Çində mövcud olmuşdur. Monqollara qarşı müharibədə çinlilər Kay-Kenq adlı raketdən istifadə etmişlər.
Aviasiya
Aviasiya və ya havaçılıq — hava məkanından insanın hava gəmisi vasitəsilə istifadə etməsinə və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət və təsisatlar məcmusu. == Sənayesi == Təyyarə, vertolyot, planer, aviasiya mühərriki, cihazı, həmçinin aviasiya texnikası üçün bort və yerüstü avadanlıq istehsal edən maşınqayırma sənayesi XX əsrin əvvəllərində yaranmış, iri sənaye sahəsi kimi isə Birinci Dünya müharibəsi illərində inkşafa başlamışdır. Rusiyada ilk aviasiya müəssisələri 1910–1912-ci illərdə yaranmışdır. 1917-ci ilə qədər təqribən 15 kiçik aviazavod var idi. Sovet hökumətinin 28 iyun 1918-ci il tarixli dekreti ilə aviazavodlar milliləşdirilmiş və həmin il Mərkəzi Aerohidrodonika İnstitutu yaradılmışdır. SSRİ-də aviasiya sənayesi əslində ölkənin sosialistcəsinə sənayeləşdirilməsi prosesində, birinci beşillik dövründə bir sıra iri təyyarəqayırma və mühərrikqayırma zavodlarının, habelə əlvan və qara metallurgiya müəssisələrinin tikilməsi ilə yaranmış, ikinci beşillikdə sürətlə inkişaf etmişdir. 1933–1938-ci illərdə istehsal həcmi 5,5 dəfə artmışdır.İkinci Dünya müharibəsi illərində sovet aviasiya sənayesi böyük rol oynamışdır. Cəbhə xəttindən ölkənin şərq rayonlarına köçürülən zavodlar qısa vaxtda bərpa edilmiş, genişləndirilmiş və Sovet Ordusunu yüksək keyfiyyətili döyüş və nəql, təyyarələri ilə təmin etmişdir. Sovet aviasiya sənayesi Nasist Almaniyasının avaiasiya sənayesini ötmüşdü. 1944-cü ildə təyyarə buraxılışı 44 minə (Almaniyada isə işğal olunmuş ölkələrlə birlikdə 39,8 min) çatdırılmışdır.
Antiballistik raket
Antibalistik raket – ballistik raketlərə qarşı istifadə edilən döyüş raketi. Ballistik raketlər nüvə, kimyəvi, bioloji və ya adi döyüş başlıqları atmaq üçün istifadə edilirlər. Antiballistik raketlər isə bu raketlərə qarşı istifadə edilirlər.
Ballistik raket
Ballistik raket — nüvə və ya digər başlıq daşıya bilən uzun mənzilli idarə olunan və ya güdümsüz mərmi. Bu raketlər tək bir nüvə başlıq daşıya biləcəkləri kimi birdən çox başlıq daşıyaraq bu başlıqları fərqli hədəflərə göndərə bilər. == Növləri == Qısa mənzilli ballistik raket Orta mənzilli ballistik raket Qitələrarası ballistik raket.
Bora (raket)
Bora — Türkiyə istehsalı olan qısa mənzilli ballistik raketdir. Döyüş raketi Roketsan şirkəti tərəfindən hazırlanaraq 2017-ci ildən xidmətə qəbul edilmişdir. INS və GPS başlıqlı olub, Belarus istehsalı olan MZKT-7909 8x8 yük maşını ilə daşınır. İxrac versiyası Kaan adı ilə tanınır. Daha uzun bir mənzilli bir versiyası olan Bora-2 isə hazırlanma mərhələsindədir. Lülə çapı 610 mm, döyüş başlığının çəkisi 470 kq, mühərriki TMZ-84631.10, əməliyyat mənzili 280 km, maksimum sürət 70 km/s, mərminin hədəfdən yayınma payı 30–50 m təşkil edir.
Daşıyıcı raket
Daşıyıcı raket (ing. carrier rocket) - Yer səthindən kosmosa, adətən, Yerin orbitinə və ondan uzağa yük daşıması üçün istifadə olunan raket. == Yükünə görə == NASA daşıyıcı raketləri Dünya orbitindən daşıdığı yük qabiliyyətinə görə aşağıdakı kimi təsnifatlandırmışdır: Kiçik daşıyıcı raket: < 2,000 kiloqram (4,400 funt) - misal üçün Vega Orta daşıyıcı raket: 2,000 to 20,000 kiloqram (4,400 to 44,100 funt) - misal üçün Soyuz ST Ağır daşıyıcı raket: > 20,000 to 50,000 kiloqram (44,000 to 110,000 funt) - misal üçün Ariane 5 Çox ağır daşıyıcı raket: > 50,000 kiloqram (110,000 funt) - misal üçün Saturn V == İstinadlar == == Xarici keçidlər == S. A. Kamal, A. Mirza: The Multi-Stage-Q System and the Inverse-Q System for Possible application in SLV, Proc. IBCAST 2005, Volume 3, Control and Simulation, Edited by Hussain SI, Munir A, Kiyani J, Samar R, Khan MA, National Center for Physics, Bhurban, KP, Pakistan, 2006, pp 27–33 Free Full Text S. A. Kamal: Incorporating Cross-Range Error in the Lambert Scheme, Proc. 10th National Aeronautical Conf., Edited by Sheikh SR, Khan AM, Pakistan Air Force Academy, Risalpur, KP, Pakistan, 2006, pp 255–263 Free Full Text S. A. Kamal: The Multi-Stage-Lambert Scheme for Steering a Satellite-Launch Vehicle, Proc. 12th IEEE INMIC, Edited by Anis MK, Khan MK, Zaidi SJH, Bahria Univ., Karachi, Pakistan, 2008, pp 294–300 (invited paper) Free Full Text S. A. Kamal: Incompleteness of Cross-Product Steering and a Mathematical Formulation of Extended-Cross-Product Steering, Proc. IBCAST 2002, Volume 1, Advanced Materials, Computational Fluid Dynamics and Control Engineering, Edited by Hoorani HR, Munir A, Samar R, Zahir S, National Center for Physics, Bhurban, KP, Pakistan, 2003, pp 167–177 Free Full Text S. A. Kamal: Dot-Product Steering: A New Control Law for Satellites and Spacecrafts [sic], Proc. IBCAST 2002, Volume 1, Advanced Materials, Computational Fluid Dynamics and Control Engineering, Edited by Hoorani HR, Munir A, Samar R, Zahir S, National Center for Physics, Bhurban, KP, Pakistan, 2003, pp 178–184 Free Full Text S. A. Kamal: Ellipse-Orientation Steering: A Control Law for Spacecrafts [sic] and Satellite-Launch Vehicles, Space Science and the Challenges of the twenty-First Century, ISPA-SUPARCO Collaborative Seminar, Univ.
LORA (raket)
LORA (ivr. ‏לורה‏‎) – İsrail Aerokosmik Sənayesi tərəfindən istehsal olunan kvasiballistik raket. 400 km atış məsafəsi olan bu raketin məhv etmə dəqiqliyi 10 metrə bərabərdir. Həm gəmidən, həm də qurudan atəş açmaq qabiliyyətinə malikdir.2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin arsenalına daxil edilmişdir. LORA İkinci Qarabağ müharibəsinin son günlərində həlledici rol oynamışdır. Erməni ordusunun Şuşadakı qüvvələri gücləndirmək üçün istifadə etdiyi körpünün partladılmasında LORA-dan istifadə edilmişdir.
Meteoroloji raket
Bəzən bir tədqiqat raket adlanan bir səsli raket alt-orbital uçuş zamanı ölçmə aparmaq və elmi təcrübələri yerinə yetirmək üçün hazırlanmış bir alət daşıyıcısıdır. Raketlər Yerin səthindən 50 metrdən 1500 kilometrədək (31 -932 mil) cihazları aparmaq üçün istifadə olunur; ümumiyyətlə hava balonları və peykləri arasındakı hündürlük (balonların maksimal hündürlüyü təxminən 40 km) və peyklər üçün minimum hündürlük isə təqribən 120 km (75 ml)-dir. Səsli raketlər tez-tez hərbi artilleriyada raket mühərrikləri kimi istifadə edilir. NASA müntəzəm olaraq ekso-atmosfer bölgəsində 100– 200 km arasında (62 və 124 mil) 270-450 kiloqram olanTerrier Mk 70-i uçurtdu. == Etimologiya == Terimin mənşəyi dənizçilik lüğətlərindən irəli gəlir, beləki suyun dərinliyini ölçmək üçün gəmidən suyun içərisinə ağırlıqlı bir ip atmaq lazımdır. Termin özünün etimoloji kökləri Portuqaliyalı, İtalyan, İspan və Fransız sözü olub "sonda" və "sonde" kimi səsləndirilir. Raket kontekstində səsləndirilməsi ölçən qəbuletməyə ekvivalentdir. == Quruluşu == Səslənən raketin əsas elementləri bərk yanacaqlı raket motorudur və elmi yüküdür. Daha böyük, yüksək hündürlükdə raketlərin səmərəliliyinin artırılması və yük qabiliyyətini artırmaq üçün 2-3 mərhələ vardır. Ortalama uçuş müddəti 30 dəqiqədən azdır, adətən 5- 20 dəqiqə arasındadır.
Nasr (raket)
Pakistan istehsalı olan "Хatf-9" və ya "Nasr" adlandırılan raket yer-yer tipli raketdir. Bu raket sistemi 60-km dək hədəfləri məhv etməyə qadirdir. Bundan əlavə, raket sistemi əsasən düşmənin raket əleyhinə olan müdafiə sistemlərini və əhəmiyyətli inzibati obyektlərini məhv etmək üçün nəzərdə tutulmuşdur. Bu raketlərin varlığı ilə bağlı 2011-ci ildə mətbuatda ilk məlumatlar yayılmışdı. 2013-cü ildə isə Pakistan bu sistemi öz inventarına daxil etdi. Raket ilk dəfə 19 aprel 2011-ci ildə sınaqdan keçirilib. "Nasr" yer-yer tipli raket düşmənin 60 km dək uzaqlıqda olan hədəflərini məhv etməyə qadirdir. Həmçninin adi döyüş başlığından əlavə, nüvə döyüş başlığıda daşıya bilir. "Nasr" yer-yer tipli raketin dəqiqliyi çox yüksək olduğu bildirilir. Əlavə olaraq sistemə hədəfi dəqiq məhv etmək üçün elektro-optik cihazda təchiz olunub.
Proton (raket)
Proton (UR-500, "Proton-K", "Proton-M") — Rusiya daşıyıcı raketi. Raketdən ağır yüklərin kosmosa çıxarılması üçün istifadə olunur. Proton avtomatlaşdırılmış kosmik aparatları həm Yerin orbitinə, həm də açıq kosmosda uzaq məsafələrə daşıya bilir. "Proton" XX əsrin 60-cı illərinin əvvəlində yaranmışdır. Əvvəlcə Raket 2 proqramı çərçivəsində 30–100 meqaton mərmilərin kontinentlərarası nəqli üçün nəzərdə tutulan raket kimi layihələndirilmişdir. 1965-ci ildə bu məqsəddən yayınaraq aya uçuş proqramı daxilində kosmosa uçan raket kimi inkişaf etdirilir. 16 iyul 1965-ci ildə ilk alınmayan startından sonra onun üzərində çoxlu sayda təkmilləşdirmə işləri aparılır. Hazırda bu raket dünyada ən etibarlı daşıyıcı sayılır. Çatışmayan cəhəti ətraf mühitə mənfi təsir göstərən hipergolen və toksik qaz qarışıqlarıdır. 2000-ci illərin ortalarından etibarən Proton raket-daşıyıcısının yeni modifikasiya olunmuş variantı Proton-M həm Rusiyaya məxsus kosmik aparatların, həm də xarici kommersial kosmik yüklərin kosmosa çatdırılması üçün istifadə olunur.
Qanadlı raket
Qanadlı raket — pilotsuz idarə olunan uçuş aparatı. Qanadlı raketlər trapesiya formalı qanadı orta hissədə yerləşən monoplan və raketdən ibarətdir. Qanadlı raket təyyarə mərmi də adlanır. Hazırda dünyanın bir çox ölkələrində istehsal olunan müasir qanadlı raketlərdən strateji hücum vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulur. Məsələn, uçuş uzaqlığı 2500 km olan "Tomaqavk" qanadlı raketi sualtı qayıqlardan və gəmilərdən, AGM-86A tipli qanadlı raket isə strateji bombardmançı təyyarələrdən buraxıla bilər. Öz mühərrikinin köməyi ilə uçan qanadlı raketlər də var. Qanadlı raketin əsas xüsusiyyəti onun alçaq uçmaq (30–100 m) və hədəfi dəqiq vurma qabiliyyətidir.
Raket adası
Raket adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Demyan Bednıy adalarının mərkəzində, Komsomoles adasından 8,2 km şimal-qərbdə yerləşir. Raket adasından şimal-qərbdə Utyonok adası və 1,4 km şərqdə Qlavnıy adası yerləşir. == Təsviri == Uzunluğu 1,3 kilometr, eni isə 450 metr təşkil edir. Ada quruluşuna görə bu cür adlandırılmışdır. Adanın böyük hissəsini elədə böyük olmayan qaya əhatə edir. Burada göl və çay yoxdur.
Raket silahı
Raket silahı məhvedici vasitənin lazımı məqsədə çatdırılması üçün tətbiq olunan silah növüdür. Reaktiv mühərriklə işləyən, yönəldici sistemə malik pilotsuz mərmilər, yerdə, göydə, dənizdə hədəfləri vurmaq üçün tətbiq edilən müxtəlif raket komplekslərinin toplusunu buna misal göstərmək olar. Raket silahının tərkib hissələrinə aşağıdakılar daxildir: İdarəetmə sisteminə malik mərmilər üçün raket daşıyıcılar, Buraxma qurğuları, Texniki təchizat vasitələri, nəqletmə və saxlama.Daşıyıcı sistemlərinə görə bölünürlər: “Yer hədəfi əleyhinə” “Yer-yer” “Tank əleyhinə” “Hava hədəvi əleyhinə” “Yer-göy” “Göy-göy” “Raket əleyhinə” “Dəniz hədəfi əleyhinə” “Süni peyk əleyhinə” və s.Kiçik ölçülü raketlər daşıyıcısız olub əsgərlər tərəfindən daşına bilirlər. Məsələn “Stinger” raketini əsgər boynunda oturtmaqla havada uçan təyyarəni vura bilmək imkanına malikdir. Raket silahların hədəfi axtarma sisteminin təsir əhatəsi başqa uçan aparatlara nisbətən məhdud olduğundan, kombinasiya edilmiş sistemlərdən də istifadə edirlər. İlkin olaraq raket təxmini olaraq hədəf istiqamətində buraxılır və sonra havada onunla idarəetmə sistemi arasında informasiya əlaqəsi nəticəsində hərəkət trayektoriyası korreksiya edilir. Sonuncu mərhələdə raketin öz sisteminin köməyi ilə hədəf dəqiq nişanlanır.
Raket zondlanması
== Raket zondlanması == Atmosferin yuxarı təbəqələrinin – 15–20 km-dən 80–120 km-ə kimi (stratosfer və mezosfer) zondlanması üçün istifadə olunur. Bu hündürlükdə ozonosferin çox hissəsi və ionosferin aşağı hissəsi və termosfer və ekzosferin daha hündür təbəqələri yerləşir. Orta atmosferi öyrənmək üçün 80–100 km-ə kimi qaldırılan meteoroloji raketlərdən istifadə olunur. Onlar maye və bərk yanacaqla işləyirlər. Meteoroloji raketlərlə ölçülən əsas parametrlər bunlardır: təzyiq, temperatur, sıxlıq və havanın qaz tərkibi. Tədqiqat proqramından asılı olaraq, digər xarakteristikalar da ölçülə bilər. Yuxarı atmosferi öyrənmək üçün 100–150 km–dən yuxrı qaldırılan güclü geofiziki raketlərdən istifadə edilir. Bu raketlərin köməyi ilə günəş və kosmik şüalanmanın intensivliyi, havanın optik xüsusiyyətləri, onun termodinamik və elektrik xüsusiyyətləri, Yerin maqnit sahəsinin parametləri ölçülür. Düzünə ölçmə metodlarına aid olan raket zondlanmasından əlavə, yuxarı atmosferi öyrənmək üçün radiolokasiya, meteolidar, İYT, optiki texnika və s. istifadə etməklə dolayı metodlar da tətbiq edilir.
SOM (raket)
SOM qanadlı raketi (türk. Satha Atılan Orta Menzilli Mühimmat) — Türkiyənin Müdafiə sahəsində Tədqiqat və İnkişaf Mərkəzi olan TÜBİTAK-SAGE tərəfindən dizayn olunmuş, quru, dəniz və hava platformalarından atıla bilən yüksək dəqiqlikli, yeni nəsil qanadlı raket. İlk dəfə 4 iyun 2011-ci il tarixində İzmir şəhərində yerləşən Çiğli aviabazasında Türkiyə Hərbi Hava Qüvvələrinin 100-cü quruluş ildönümü münasibətilə təşkil olunan tədbirdə nümayiş etdirilib. 2006-cı ildən etibarən konstruksiya işləri davam etdirilən SOM qanadlı raketi 180 km-dən artıq məsafədə həm hərəkətdə olan, həm də stasionar hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Raketin dizaynı hələ də TÜBİTAK-SAGE-yə məxsus olsa da, onun istehsalı və xarici dövlətlərə satışı məsələləri Roketsan şirkətinə həvalə olunmuşdur. Səsaltı sürətə sahib, uzun mənzilli SOM raket ailəsinin SOM-A, SOM-B1, SOM-B2, SOM-J kimi konfiqurasiyaları mövcuddur. == İnkişafı == === Sınaqları === İlk sınaq uçuşu 9 avqust 2011-ci il tarixində Qara dəniz üzərində həyata keçirilmişdir. Sınaq zamanı 180 km-dən artıq məsafəni GPS/İNS idarəetməsi ilə qət edən raket öz hədəfini yüksək dəqiqliklə məhv etməyi bacarmışdır. Raketin dizayn aspektlərini müəyyənləşdirmək məqsədilə təqribən 30 test uçuşunun həyata keçirilməsi planlaşdırılmışdı. Sınaqlar tamamlandıqdan sonra raketlərin ilk partiyası 2011-ci ilin sonlarına qədər Türkiyə Hərbi Hava Qüvvələrinə çatdırıldı.2019-cu ildə bu raketin beton bunkerlərin dağıdılması üçün hazırlanan SOM-B2 versiyası uğurla sınaqdan keçirilib.
Alabamada aviasiya
Alabama ilk aviasiya hadisəsi 10 mart 1910-cu ildə Orvil Raytın Montqomeridə həyata keçirdiyi uçuşdur. == Hadisələr == 1909 : E.T. Odum Alabama Ştat Yarmarkasına təyyarə gətirdi. 15 mart 1910 : Orvil və Uilbur Rayt ölkənin ilk mülki uçuş məktəbinin əsasını Montqomeridə qoydular. 1931 : Stedhem Ekkr Birminqem Bələdiyyə Hava Limanında Milli Hava Karnavalı seriyasının hava şousuna başladı. 10 iyul 1991 : Lekspres Hava Yolları reys 508 Birminqem Bələdiyyə Hava Limanında qəzaya uğradı. == Təyyarə istehsalçıları == Boeing Delta-4 roketlərini Dekeyterdə istehsal edir. Continental Motors (başlıca ümumi aviasiya təyyarələri üçün mühərrik istehsalçısı) mərkəzi Mobildə yerləşir. Airbus A320 tipli təyyarələri Brukli Mobil Aeropleksində yerləşən sənaye kompleksində qurur. == Aerokosmik == Albamada 73,000 iş yeri aerokosmik sahəyə əsaslanır. Milli Kosmik Elm və Texnologiya Mərkəzi NASA və Alabamada yerləşən yeddi elmi tədqiqat universitetinin birgə tədqiqat müəssisəsidir.
Aviasiya bombası
Aviasiya bombası — yerüstü, dəniz və hava hədəflərinə zərbə endirmək üçün təyyarə və digər uçuş aparatlarından buraxılan döyüş sursatı növü. Aviasiya bombasın atom, fuqas, qəlpəli, zirehdələn, tankvuran, kimyəvi və s. növləri var.
Aviasiya dəbilqəsi
Aviasiya dəbilqəsi (SSRİ / RF-nin rəsmi aviasiya sənədlərində "ZŞ" termini qəbul olunur — qoruyucu dəbilqə) — uçuş heyəti üçün fərdi qorunma vasitəsidir. Bu qulaqlıq növüdür və model və modifikasiyadan asılı olaraq rabitə vasitələri, işıq filtri, oksigen maskası qurğusu, eləcə də digər texniki qurğularla təchiz olunmuş plastik (və ya metal) bir tikintidir. Dəbilqə başı zərbələrdən qorumaq və kömək zamanı hava axını ilə düzgün qarşılıqlı əlaqə yaratmaq üçün hazırlanmışdır. SSRİ-də hazırlanmış ZS yalnız ağ və ya qoruyucu yaşıl rəngdə istehsal olunurdu. Birinci Dünya müharibəsinin uçuş kaskası (qulaqlıq) dəri idi, qulaqlıq dəstləri, bir oksigen maskası və çıxarıla bilən təhlükəsizlik eynəkləri idi. Daha sonra qoruyucu dəbilqələr dəri dəbilqələrə qoyulmağa başladı. Hazırda ZS vahid bir məhsuldur. Müasir dəbilqələrə müxtəlif dəbilqələr, məlumat çıxışı üçün sensorlar və ekranlar quraşdırılmışdır. Rusiya Hərbi Hava Qüvvələrində istifadə olunan əsas növ ZSh-3, ZSh-5, ZSh-7 seriyasındakı təyyarələrin dəbilqəsidir. Qeyd etmək lazımdır ki, bu günə qədər aşağı manevrli və ya subsonik hərbi təyyarələrdə dəri qulaqlıq və ya qulaqlıq geniş istifadə olunur.
Aviasiya fiziologiyası
Aviasiya fiziologiyası — fiziologiyanın uçuş şəraitində barometrik təzyiqin dəyişilməsi, təcil, birrasiya və s. zamanı insan və heyvan orqanizmində baş verən dəyişiklikləri öyrənən bölməsi. == İstinadlar == == Əlavə ədəbiyyat == GUYTON, A.C., HALL, J.E "Tratado De Fisiologia Médica" 10. Ed. Rj . Elsevier Saunders BORON, Walter. Et al. "Medical Physiology" 3 ed. España. Elsevier Saunders: 2012 BEST &TAYLOR. Bases fisiológicas de la práctica médica.
Aviasiya meteorologiyası
== Meteorologiya == Meteorologiya elmi atmosferi, onun quruluşunu, xüsusiyyələrini və onda baş verən fiziki proseslərin mahiyyətini öyrənir. Bu ad iki yunan sözünün birləşməsindən: meteor - atmosfer hadisəsi, yaxud səma hadisəsi və logiya-elm sözlərindən yaranmışdır. Meteorologiya geofizika elmlərinə aiddir. Atmosferdə baş verən proseslərin öyrənilməsinin əsas mahiyyəti ondan ibarətdir ki, bu proseslər üzərində müşahidələr aparılır və alınmış nəticələr sonradan təhlil edilir. Bu zaman fizikada, hidromexanikada, aerodinamikada və termodinamikada qəbul olunmuş ümumi qanunlardan istifadə olunur.
Aviasiya muzeyi
Aviasiya muzeyi, hava muzeyi və ya hava və kosmos muzeyi — aviasiyanın tarixini və artefaktlarını nümayiş etdirən muzey. Faktiki, replika və ya dəqiq reproduksiya təyyarələrinə əlavə olaraq, eksponatlara aviatorların istifadə etdiyi fotoşəkillər, xəritələr, modellər, dioramalar, geyimlər və avadanlıqlar daxil ola bilər. Aviasiya muzeylərinin ölçüləri bir və ya iki təyyarənin yerləşdiyi yerdən tutmuş yüzlərlə təyyarəyə qədər dəyişir. Onlar milli, regional və ya yerli hökumətlərə məxsus ola bilər və ya şəxsi mülkiyyətə malik ola bilərlər. Bəzi muzeylər aeronavtika və astronavtika arasındakı sıx əlaqəni nümayiş etdirərək, kosmik tədqiqatların tarixinə və artefaktlarına da müraciət edir. Bir çox aviasiya muzeyləri hərbi və ya mülki aviasiyaya və ya müəyyən bir dövrün aviasiya tarixinə, məsələn, ilkin təyyarələrin meydana gəldiyi aviasiya tarixinə, Dünya Müharibəsi arasındakı dövrə onun ardınca gələn İkinci Dünya Müharibəsi dövrü və ya “qızıl dövr” təyyarələrinə və ya xüsusi bir aviasiya növünə, məsələn, uçuşa diqqət yetirir. Aviasiya muzeyləri öz təyyarələrini yalnız yerdə nümayiş etdirə və ya bəzilərini uçura bilərlər. Təyyarələrini uçurmayan muzeylər ya təyyarənin uça bilməyəcəyi, ya da çox nadir və ya qiymətli hesab edildiyi üçün bunu etməməyə qərar vermiş ola bilərlər. Muzeylər öz təyyarələrini hava şoularında və ya digər aviasiya ilə bağlı tədbirlərdə uçura bilərlər, onların uçması riskini qəbul edə bilərlər. Bəzi muzeylərdə dövri nəşrlər, texniki təlimatlar, fotoşəkillər və şəxsi arxiv dəstləri mövcuddur.
Aviasiya mühərrikləri
Aviasiya mühərrikləri — daxilində yanma olan istilik mühərrikləri sinfinə aiddirlər. Belə mühərriklərdə yanacağın yanması hesabına istiliyin alınması və onun işə çevrilməsi baş verir. Uçuş aparatlarının hərəkətini təmin etmək üçün onların alın müqavimətini dəf edən müəyyən dartı qüvvəsi tətbiq olunmalıdır. Uçuşda dartı qüvvəsinin alınması güc qurğusu adlanan qurğular kompleksindən ibarətdir. Beləliklə güc qurğusu iki əsas funksiyanı yerinə yetirir: təyyarədə olan ehtiyat yanacağının kimyəvi enerjisini mexaniki enerjiyə çevirir alınmış işdən istifadə edərək, mühərrikə daxil olan hava selini sürətləndirir; burada alınan reaktiv qüvvə güc qurğusu tərəfindən yaradılan və inkişaf etdirilən dartı qüvvəsidir.Göstərilən iki funksiya iki ayrı-ayrı qurğuda həyata keçirilir: işin alındığı qurğu – güc mühərriki (və ya sadəcə mühərrik) dartı qüvvəsinin yarandığı qurğu-hərəkətetdiriciKimyəvi enerji birbaşa işə çevrilmədiyindən enerji iki pillədə çevrilir. Əvvəlcə yanacaq hava ilə qarışdırılaraq yandırılır, nəticədə kimyəvi enerji istilik enerjisinə çevrilir. Sonra istilik enerjisinin bir hissəsi mexaniki enerjiyə çevrilir. Mexaniki enerji sonra mühərrikin iş tsiklində istifadə olunur. Hərəkətetdirici aparat kimi hava vintləri və ventilyatorlar istifadə olunurlar. Ancaq müasir təyyarələrin güc qurğularında güc mühərriki və hərəkətetdirici iki ayrı-ayrı qurğularda deyil, ümumi bir mühərrikdə birləşdirilir və hava reaktiv mühərrikləri (HRM) adlandırılır.
Aviasiya psixologiyası
Aviasiya və ya havaçılıq — hava məkanından insanın hava gəmisi vasitəsilə istifadə etməsinə və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət və təsisatlar məcmusu. == Sənayesi == Təyyarə, vertolyot, planer, aviasiya mühərriki, cihazı, həmçinin aviasiya texnikası üçün bort və yerüstü avadanlıq istehsal edən maşınqayırma sənayesi XX əsrin əvvəllərində yaranmış, iri sənaye sahəsi kimi isə Birinci Dünya müharibəsi illərində inkşafa başlamışdır. Rusiyada ilk aviasiya müəssisələri 1910–1912-ci illərdə yaranmışdır. 1917-ci ilə qədər təqribən 15 kiçik aviazavod var idi. Sovet hökumətinin 28 iyun 1918-ci il tarixli dekreti ilə aviazavodlar milliləşdirilmiş və həmin il Mərkəzi Aerohidrodonika İnstitutu yaradılmışdır. SSRİ-də aviasiya sənayesi əslində ölkənin sosialistcəsinə sənayeləşdirilməsi prosesində, birinci beşillik dövründə bir sıra iri təyyarəqayırma və mühərrikqayırma zavodlarının, habelə əlvan və qara metallurgiya müəssisələrinin tikilməsi ilə yaranmış, ikinci beşillikdə sürətlə inkişaf etmişdir. 1933–1938-ci illərdə istehsal həcmi 5,5 dəfə artmışdır.İkinci Dünya müharibəsi illərində sovet aviasiya sənayesi böyük rol oynamışdır. Cəbhə xəttindən ölkənin şərq rayonlarına köçürülən zavodlar qısa vaxtda bərpa edilmiş, genişləndirilmiş və Sovet Ordusunu yüksək keyfiyyətili döyüş və nəql, təyyarələri ilə təmin etmişdir. Sovet aviasiya sənayesi Nasist Almaniyasının avaiasiya sənayesini ötmüşdü. 1944-cü ildə təyyarə buraxılışı 44 minə (Almaniyada isə işğal olunmuş ölkələrlə birlikdə 39,8 min) çatdırılmışdır.
Aviasiya sığortası
Aviasiya sığortası — daxil olmaqla sığorta: aviasiya müəssisəsinin (aviaşirkətin) risk sığortası; aviasiyada məhsul məsuliyyətinin sığortası.Aviasiya sığortası 20-ci əsrin əvvəllərində yaranmış və mülki aviasiyanın inkişafı, təyyarələrin sayının artması və yüklərin və sərnişin daşınmasının həcmi sayəsində ikinci yarısında ən yüksək zirvəyə çatmışdır. Aviasiya sığortasının bir xüsusiyyəti itkilərin fəlakətli xarakteri və müvafiq olaraq böyük miqdarda sığorta ödənişləridir. Bu səbəbdən bəzən sığorta hovuzlarında qruplaşdırılan böyük sığorta şirkətləri bu sığorta ilə məşğul olurlar. Demək olar ki, bütün aviasiya riskləri bu sığorta növü üçün balanslı sığorta portfeli əldə etmək üçün təkrar sığorta olunur. == Aviaşirkətin risk sığortası == Aviaşirkətlərin risk sığortasına daxildir Kasko sığortası və ya bir təyyarənin əmlak növü kimi sığortası; Təyyarə sahibinin məsuliyyət sığortası; Ekipaj sığortası; Hava yüklərinin sığortası digər risklər.Sığorta gövdəsi sığortası yerdə, havada, suda və ya nəqliyyat zamanı baş vermiş qəza nəticəsində təyyarənin itirilməsi və ya zədələnməsini əhatə edir. Aviasiya gövdəsinin standart şərtləri hərbi risklər, terror aktları, zorakılıq və ya təxribat, tətillər, vətəndaş iğtişaşları, təyyarənin tutulması və hakimiyyət orqanlarının qərarı ilə çıxarılmasını istisna edir Müharibə riskləri kimi standart sığorta ilə bağlı bəzi istisnalar ayrı bir müqavilə əsasında sığortalana bilər. Aviaşirkətdəki risklərin sığortasına istehsaldakı fasilələrdən sığortalanma və mühərrik komponentlərinin pozulmalarından sığorta da daxildir. == Aviaşirkətlərin məsuliyyət sığortası == Aviaşirkətin məsuliyyət sığortası, əksər ölkələrdə və müvafiq olaraq xaricə uçarkən aviaşirkətlər dəymiş ziyana görə üçüncü şəxslərin qarşısında məsuliyyətlərini sığortalamağa borcludurlar Sərnişinlərin ölümü və baqajın itirilməsi və ya zədələnməsi halında minimum məsuliyyət dərəcəsini təyin edən Daşıyıcıların Məsuliyyəti haqqında Varşava Konvensiyası var. Rusiya Federasiyasının Hava Məcəlləsinə əsasən (maddə 133, səh. 9), bir hava gəmisinin sərnişini qarşısında daşıyıcının mülki məsuliyyətinin icbari sığortası üçün aşağıdakı məsuliyyət hədləri (sığorta məbləğləri) müəyyən edilmişdir: həyat və sağlamlığa dəyən ziyana görə — 2 milyon rubla qədər (ayrıca — ölüm halında — dəfn xərcləri 25 min rubla qədər), itirilmiş baqaj üçün — 1 kiloqram baqaj ağırlığına görə 600 rubl, itirilmiş şəxsi əşyalar üçün (təyyarə salonunda) — 11 min rubla qədər == Ekipaj sığortası == Ekipaj sığortası iki formada həyata keçirilir lisenziyanın itirilməsindən sığorta; qəza heyətinin sığortası == Xarici keçidlər == Aviasiya və kosmik sığorta.
Aviasiya tibbi
Aviasiya tibbi — tibb elminin bir sahəsi. Təyyarədə uçuşun tibbi cəhətdən təhlükəsizliyini, uçuş heyətinin sağlamlığını və onun müasir təyyarədə iş qabiliyyətinin mühafizə edilib yüksək səviyyədə saxlanılmasını təmin edən tədbirləri öyrənir. Aviasiya tibbi uçuş heyətinin əmək, istirahət, yuxu və qida rejimini müəyyən edir, onun sağlamlığına xüsusi funksional diaqnostika üsulları ilə tibbi nəzarət edir, təyarrəçinin fərdi xüsusiyyətlərindən asılı olan qəzasız uçuşun elmi əsaslarını və s. öyrənir. Aviasiya tibbinin problem və üsullarının çoxu kosmik tibbin problem və üsullarına yaxındır. Aviasiya tibbinə aviasiyada tibb xidmətinin təşkili və taktikası, radiobiologiya, aviasiya fiziologiyası və gigiyenası, aviasiya psixologiyası və s. daxildir. == İstinadlar == == Əlavə ədəbiyyat == Zadik, Y; Chapnik, L; Goldstein, L. "In-Flight Barodontalgia: Analysis of 29 Cases in Military Aircrew". Aviation, Space, and Environmental Medicine. 78 (6).

Oxşar sözlər

#aviasiya-raket nədir? #aviasiya-raket sözünün mənası #aviasiya-raket nə deməkdir? #aviasiya-raket sözünün izahı #aviasiya-raket sözünün yazılışı #aviasiya-raket necə yazılır? #aviasiya-raket sözünün düzgün yazılışı #aviasiya-raket leksik mənası #aviasiya-raket sözünün sinonimi #aviasiya-raket sözünün yaxın mənalı sözlər #aviasiya-raket sözünün əks mənası #aviasiya-raket sözünün etimologiyası #aviasiya-raket sözünün orfoqrafiyası #aviasiya-raket rusca #aviasiya-raket inglisça #aviasiya-raket fransızca #aviasiya-raket sözünün istifadəsi #sözlük