Raad (Gəmi əleyhinə raket)
Raad (fa: رعد, h.t: “Şimşək”) - İranın konstruksiya etdiyi və inşa etdiyi subsonik gəmi əleyhinə qanadlı raketdir. Raket, Çinin Silkworm gəmi əleyhinə raketinin tərsinə mühəndislik yolu ilə tərtib edilmiş və təkmilləşdirilmiş bir variantıdır. Raket dövlətə məxsus İran Aviasiya Sənayesi Təşkilatı (IAIO) tərəfindən hazırlanmışdır. İran 2004-cü ilin yanvarından Raadın tam istehsalına başlanıldığını və 2007-ci ildən istifadəyə verildiyini bildirmişdir. Raket qurudan və gəmidən buraxılmaq üçün platformalar ilə təchiz edilmişdir. Kütləsi 3000 kq, uzunluğu 7.36 metr, diametri 0,76 metr, döyüş başlığının çəkisi 450-550 kq, mühərriki qatı yanacaqlı gücləndirici, itələyici qüvvəsi turbo-jet mühərriki, əməliyyat mənzili 360 km, uçuş hündürlüyü isə dənizin üstündə uçan raketlərə müvafiqdir.
İran-İraq müharibəsi dövründə Çin İrana çox sayda Silkworm gəmi əleyhinə raketin iki variantını - HY-2 və HY-4-ü özündə birləşdirən versiyalarını vermişdir. Müharibədən sonrakı dövrdən əvvəl İran ordusu, əsasən Birləşmiş Krallıq və ABŞ tərəfindən təmin edilən xarici silahlardan çox asılı idi. Müstəqilliyə nail olmaq və silah sahəsindəki xarici xərcləri azaltmaq üçün İran əks mühəndislik kampaniyasına başladı və sahib olduğu bütün silahları istehsal etdi. Raad, İranın əks mühəndisliklə tərtib etdiyi silahlardan biri idi.