maket sözü azərbaycan dilində

maket

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • maket • 89.3519%
  • Maket • 10.6481%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Maket
Maket (fr. maquette — miqyaslı model, it. macchietta, macchia) — adətən təmsil olunan obyektin funksionallığından məhrum olan kiçik miqyaslı və ya tam ölçülü obyektin modeli (kiçik miqyaslı modellərdə yüksəlmənin fiziki modelləşdirilməsi qeyri-mümkündür; yüksəlmənin bütün xüsusiyyətlərini təyin etməyin ən etibarlı yolu sahədir). Maket — bir şeyin modeli, ilkin nümunəsi, sınaq nümunəsi. Bir obyekti təmsil etmək üçün nəzərdə tutulmuşdur; orijinal obyektin təsvirinin əsassız dərəcədə bahalı, qeyri-mümkün və ya sadəcə olaraq qeyri-mümkün olduğu hallarda istifadə olunur. Maketləmək — tərtibatın yaradılması prosesi == Növləri == Şəffaf maket — prototipin daxili quruluşunu, iş prinsipini göstərir. Aktual maket — prototipin işləmə prinsipini göstərir. Elektron maket — məhsul və onun komponentləri haqqında elektron formada ümumiləşdirilmiş məlumat.
Orijinal-maket
Orijinal-maket (camera-ready)– nəşriyyat sistemlərində sənədin hazırlanmasının elə mərhələsidir ki, onda bütün mətbəə elementləri, qrafik görüntülər öz yerlərində olur və çap xidmətinə verilə bilər. Çap xidməti orijinal-marketin fotoşəklini çəkir və bu fotoşəkillərdən çap formalarının hazırlanmasında istifadə edir. Bəzi səhifə bağlama proqramları elementləri əl ilə düzməklə və quraşdırmamaqla sənədi icra edilməyə tam hazır vəziyyətə imkan verir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Maket plata
Maket plata və ya maket lövhəsi, sxem lövhəsi (ing. Breadboard) — elektron cihazların prototiplərinin yığılması və modelləşdirilməsi üçün universal dövrə əmələ gətirən çap lövhəsidir.

maket sözünün leksik mənası və izahı

  • 1 [fr.] Bir şeyin (bəzən əvvəlcədən düzəldilmiş) kiçik nümunəsi; model. [Reyhan:] Cahangir gedək. Mehribanın düzəltdiyi yeni maketi sənə göstərmək istəyirəm. İ.Əfəndiyev. Ən qabaqda gələn birisi əlində maşın maketi tutmuşdu. Q.İlkin. // mətb. Kitab, qəzet, jurnal və s.-nin nümunə üçün hazırlanmış nüsxəsi. Ensiklopediyanın maketi.

    Azərbaycan dilinin izahlı lüğəti / maket
  • 2 ital. macchietta – eskiz 1) bir şeyin (bəzən əvvəlcədən düzəldilmiş) kiçik modeli, nümunəsi; 2) əvvəlcədən nəzərdə tutulmuş bir şeyin (məs.: teatr tamaşasının və s.) kiçildilmiş nümunəsi; 3) nəşr olunana qədər kitabın və ya jurnalın qabaqcadan hazırlanmış nümunəsi; 4) hazır məhsulun növü barədə təsəvvür yaradan rəsm; 5) memarlıqda – tikilmiş, yaxud lahiyəsi verilmiş bina, memarlıq ansamblı, şəhər və s.-nin həcm-fəza təsviri. Gips, ağac, plastik kütlə, karton və s. materialdan müxtəlif ölçülərdə hazırlanır. Maket memarlıq kompozisiyasını yoxlamaq və onu təkmilləşdirmək məqsədilə düzəldilir. Maket, həmçinin muzey ekspozisiyasının mühüm elementlərindəndir; 6) dekorasiya maketi teatr tamaşasının bu və ya digər şəkillərinin qabaqcadan müəyyən ölçüdə təsviri, modeli. Quruluşçu rəssamın eskizləri əsasında hazırlanır; 7) poliqrafiyada – qrankaları və illüstrasiya ottiskləri (basma surətləri) ardıcıllıqla yapışdırılmış gələcək nəşr formasındakı vərəqlər. Kitabın nəzərdə tutulan həcm və formatına uyğun gələn yoxlama nüsxəsi həcmi maket adlanır. Belə maket əsasında kitab ölçüləri müəyyən edilir və gələcək nəşrin poliqrafik tərtibatı müzakirə olunur; 8) kitab, jurnal, maket və s.-nin nümunə üçün hazırlanmış nüsxəsi. Məsələn,ensiklopediyanın maketi.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / maket

maket sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. макет: 1. что-л. воспроизведённое обычно в уменьшенном виде. Abidənin maketi макет памятника, gəminin maketi макет корабля 2. полигр. предварительный пробный экземпляр (книги, газеты, журнала и т.п.) II прил. макетный. Maket emalatxanası макетная мастерская

    Azərbaycanca-rusca lüğət / maket

maket sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fr.] макет, чешне, модел, кӀалуб; // типогр. ктабдин, газетдин, журналдин ва мс. чешне патал гьазурнавай экземпляр; ensiklopediyanın maketi энциклопедиядин макет.

    Azərbaycanca-ləzgicə lüğəti / maket

"maket" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#maket nədir? #maket sözünün mənası #maket nə deməkdir? #maket sözünün izahı #maket sözünün yazılışı #maket necə yazılır? #maket sözünün düzgün yazılışı #maket leksik mənası #maket sözünün sinonimi #maket sözünün yaxın mənalı sözlər #maket sözünün əks mənası #maket sözünün etimologiyası #maket sözünün orfoqrafiyası #maket rusca #maket inglisça #maket fransızca #maket sözünün istifadəsi #sözlük