matəm sözü azərbaycan dilində

matəm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • matəm • 85.3742%
  • Matəm • 14.4935%
  • MATƏM • 0.1322%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Matəm (1990)
== Məzmun == Film Qara Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuşdur. Burada şəhidlərimizin qırxı ilə əlaqədar "Şəhidlər Xiyabanı"nda keçirilən ümumxalq matəmindən söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Teymur Bəkirzadə Ssenari müəllifi: Teymur Bəkirzadə Operator: Elxan Əliyev, Azər Salayev, Şərif Şərifov, Nemət Rzayev, Yuri Varnovski Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Matəm (film, 1990)
== Məzmun == Film Qara Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuşdur. Burada şəhidlərimizin qırxı ilə əlaqədar "Şəhidlər Xiyabanı"nda keçirilən ümumxalq matəmindən söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Teymur Bəkirzadə Ssenari müəllifi: Teymur Bəkirzadə Operator: Elxan Əliyev, Azər Salayev, Şərif Şərifov, Nemət Rzayev, Yuri Varnovski Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Çərkəz Matəm Günü
Çərkəz Matəm Günü (adıq Шъыгъо-шӏэжъ маф, rus. День памяти жертв Кавказской войны) və ya Çərkəz Soyqırımı Qurbanlarının Matəm Günü (Rusiya mediasında adətən Qafqaz Müharibəsi Qurbanlarının Anım Günü kimi senzura olunur) — çərkəz diasporunun üzvləri tərəfindən hər il 21 may tarixində Rusiya–çərkəz müharibəsi qurbanlarının xatirəsi və sonrakı çərkəz soyqırımını yad etmək üçün keçirilən anım günü. Tarixin seçilməsi onunla əlaqədardır ki, 21 may 1864-cü ildə general Pavel Qrabbe Kbaade döyüşündə əldə etdiyi qələbə şərəfinə indiki Krasnaya Polyana ərazisində hərbi parad keçirmişdi. 1990-cı ildə çərkəzlər 21 mayı öz xalqının hüzn günü kimi qeyd etmişdilər. Rusiya Federasiyasının üç respublikasında (Adıge, Kabarda-Balkariya və Qaraçay-Çərkəz ), eləcə də Krasnodar diyarının çərkəz kəndlərində qeyri-iş günüdür. Qismən tanınan Abxaziya Respublikası hökuməti də 21 may matəm günüdür (2011-ci ilə qədər 31 mayda).
Matəmi
Matəmi (XV əsr, Ağqoyunlu dövləti) — XVI əsrdə yaşamış Azərbaycan şairi. Əvvəlcə Səfəvilər sarayında, daha sonra isə Osmanlı imperiyasında yaradıcılıqla məşğul olub. == Bioqrafiya == Matəmi XV əsrdə Ağqoyunlular dövlətinin ərazisində anadan olub. Dini baxışlarına görə müsəlman olan şairin, İslamın şiəlik məzhəbinə aid olduğu güman edilir. Şah İsmayıl Xətainin dövrundə, Səfəvilər dövlətinin sarayında yaşamış və saraydakı məclislərdə iştirak edib.1514-cü ildən sonra Osmanlı İmperiyasına köçərək, yaradıcılığını orada davam etdirib.Şairin vəfat etdiyi tarix məlum deyil. == Yaradıcılığı == Səfəvi sarayında yaradıcılıqla məşğul olduğu zaman, sarayda baş tutan və "Məliküş-şüəra" Həbibi tərəfindən idarə edilən ədəbi məclislərdə iştirak edib. Şair haqqında məlum olan azsaylı məlumatlardan biri, şairin Şah İsmayılın sarayında "şairlərin şahı" sayılan şair Həbibi başda olmaqla Süruri, Şahi, Tüfeyli və Qasimidən ibarət ədəbi məclisin üzvu olmasıdır.Osmanlı İmperiyası ərazisində yaşadığı zaman Osmanlı şairləri və Matəminin müasirləri onun şeirlərdən ibarət toplularını "Məcməlnəzayer" və "Məcmuətəlnəzayer" adlandırırdılar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 14.44 dəfə / 1 mln.
2002 •••••••••• 51.39
2003 •••••••••••••••••••• 109.84
2004 •••••••••• 50.19
2005 •••• 19.57
2006 •••• 20.72
2007 ••• 13.74
2008 ••• 15.84
2009 ••• 11.20
2010 ••• 13.89
2011 ••• 12.27
2012 ••• 12.74
2013 ••• 14.15
2014 ••• 13.39
2015 •• 8.00
2016 5.38
2017 •• 8.29
2018 •• 8.54
2019 5.29
2020 3.18

matəm sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Yas, təziyə, əza. □ Matəm geymək məc. – matəm əlaməti olaraq qara geymək; yas saxlamaq, təziyə tutmaq. Mən köçdüm dünyadan vaxtından qabaq; Ki, matəm geyməsin bu ana torpaq. M.Rahim. Matəm qopmaq – ağlaşma başlamaq, yas qurulmaq. Vəqta ki, qopur bir evdə matəm; Təşkil edilir büsati-ehsan. M.Ə.Sabir. Matəm qurulmaq – yas məclisi qurulmaq. …Danabaş kəndində üç yerdə matəm qurulubdu… C.Məmmədquluzadə. Matəm saxlamaq – yas saxlamaq, yasa batmaq. Minlərlə adam atom bombaları qurbanlarına matəm saxlayır. // məc. Yas, kədər, hüzn. Of, ana, Fitnəni görərsə Bəhram; Bizə matəm olar bu toy, bu bayram. A.Şaiq. İnsanlar öpüşüb qardaş olsalar; Dünyada nə matəm, nə məhbəs qalar. S.Vurğun. □ Matəm çəkmək – yasa batmaq, kədərə qərq olmaq. Hər yer viran, səssiz, sanki matəm çökmüş çöllərə. A.Səhhət. Matəmə batmaq – kədər içərisində olmaq, yasa batmaq. [Dostəli:] Şəhərin tamam yarısı matəmə batıb, amma siz burada şadlıq edirsiniz. Ü.Hacıbəyov. Hər gələn yurdumda bir at oynatdı; Analar gənc ikən matəmə batdı. S.Vurğun. Matəmə bürünmək – bax matəmə batmaq. Bürünüb matəmə kəndlər və şəhərlər ölüdür; Elə bil, orda həyətlər, küçələr qan gölüdür. S.Rüstəm. ◊ Matəminə oturum! – qarğış məqamına işlənir.

    Azərbaycan dilinin izahlı lüğəti / matəm

matəm sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 MATƏM Bu matəm nə deyir Azərbaycana? Nə deyir oğlunu sevən bir ana? (S.Vurğun); AĞLAŞMA (dan.) [Əbdürrəhman bəy:] Arvad, bilirsən nə var, mən sənə çox məsləhət görürəm durub gedəsən bir ağlaşmaya orada zü tutasan bundan ötrü ki, bir böyük məşğuliyyət olub (N.Vəzirov); ƏZA Bir millətə eyd ikən, nədən bəs; Oldun füqəra əzası, novruz?! (M.Ə.Sabir); TƏZİYƏ Qızıl Arslan: Atabəyin facianə ölümü bərəsində məktub aldığım zaman təziyənizdə iştirak edə bilmədim (M.S.Ordubadi); VAY (dan.) Vaqif: Bizdən hər gün bir təzə xəbər var: ya toydur, ya vay, ortası yoxdur (Çəmənzəminli); YAS (YƏS) Oturmuşdu bir qoca; batıb qəm dəryasına; Qorxunc bir yuxu gəlir; bu amansız yas ona (R.Rza).

    Azərbaycan dilinin sinonimlər lüğəti / matəm

matəm sözünün antonimləri (əks mənalı sözlər)

matəm sözünün rus dilinə tərcüməsi

  • 1 1. траур; 2. траурный;

    Azərbaycanca-rusca lüğət / matəm
  • 2 I сущ. траур: 1. скорбь по умершему или по случаю какого-л. бедствия, выражающаяся в отмене увеселений и ношении особой одежды. Matəm saxlamaq kimə, nəyə соблюдать траур по кому-л., чему, matəm içində olmaq быть в трауре, matəm elan etmək объявить траур II прил. траурный: 1. относящийся к трауру, связанный с трауром. Matəm musiqisi траурная музыка, matəm mərasimi траурная процессия, matəm mitinqi траурный митинг, matəm paltarı траурная одежда 2. перен. грустный, печальный, скорбный (о настроении)

    Azərbaycanca-rusca lüğət / matəm

matəm sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. mourning; funeral; ~ə qərq olmaq to go* into mourning; bir kəsə ~ saxlamaq to be* in mourning for smb.; ağır ~ deep mourning II. s.: ~ marşı funeral / dead march; ~ mərasimi funeral procession / ceremony; ~ sarğısı (lenti) crape band

    Azərbaycanca-ingiliscə lüğət / matəm

matəm sözünün fransız dilinə tərcüməsi

  • 1 is. deuil m ; ~ içində olmaq être en deuil ; habiller (s’) de noir ; ~ marşı marche f funèbre ; ~ mərasimi funérailles f pl, obsèques f pl ; ~ günü jour m de deuil

    Azərbaycanca-fransızca lüğət / matəm

matəm sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. яс, тазият; matəm geymək пер. чӀулав алукӀун, яс хуьн, яс кьун; matəm saxlamaq яс хуьн, яс кьун; // пер. гъам, дерт; matəm çəkmək яс чӀугун, ясди кьун, гъамуни кьун; matəmə batmaq ясди кьун, ясда гьатун, дердини кьун, гъамуни кьун; matəmə bürünmək кил. matəmə batmaq.

    Azərbaycanca-ləzgicə lüğəti / matəm

matəm sözünün türk dilinə tərcüməsi

matəm sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. ölü üçün ağlayıb məclis qurma; yas, hüzr. Matəmi-şühəda’ şəhidlərin matəmi (Kərbəla şəhidləri nəzərdə tutulur).

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"matəm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#matəm nədir? #matəm sözünün mənası #matəm nə deməkdir? #matəm sözünün izahı #matəm sözünün yazılışı #matəm necə yazılır? #matəm sözünün düzgün yazılışı #matəm leksik mənası #matəm sözünün sinonimi #matəm sözünün yaxın mənalı sözlər #matəm sözünün əks mənası #matəm sözünün etimologiyası #matəm sözünün orfoqrafiyası #matəm rusca #matəm inglisça #matəm fransızca #matəm sözünün istifadəsi #sözlük