* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••• | 3.43 |
2006 | •• | 0.45 |
2007 | •••• | 0.85 |
2009 | ••••••• | 1.60 |
2010 | •••••••• | 1.91 |
2011 | •••••••• | 1.89 |
2012 | •••••• | 1.46 |
2013 | •••••••••••••••••••• | 4.96 |
2014 | ••••• | 1.03 |
2015 | ••••• | 1.02 |
2018 | •• | 0.30 |
2019 | •• | 0.28 |
2020 | • | 0.13 |
1 is. Ət, toyuq (və ya onlarsız) düyü, turşu və s. ilə hazırlanan duru xörək. [Şərəf:] İndicə şorba bişirəcəyəm, doyunca yeyib yatarsan. Ə.Haqverdiyev. …[Ağca xanım] qəsdən şorbanı süfrəyə tökdü ki, bəlkə onu tənbeh edib, yenə Baba otağına salalar… S.S.Axundov.
Azərbaycan dilinin izahlı lüğəti / şorba1 Çorba kimi də işlədilib. Ço “su” deməkdir, “sulu xörək” mənasını verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / şorba1 ŞORBA [Qurban:] Dur, şorba deyirdin, gətir görüm, heç yeyə biləcəyəmmi? (Ə.Haqverdiyev); SUP Əsgər bəy: Həzərat boşqablarınızı bir-bir verin sup töküm (Ə.Haqverdiyev).
Azərbaycan dilinin sinonimlər lüğəti / şorba2 I сущ. суп, солянка, похлёбка (жидкая пища, род супа из картофеля или крупы). Şorba bişirmək варить суп, şorbanı isitmək подогреть суп, şorba tökmək kimə, nəyə налить суп кому, во что, toyuq şorbası куриный суп, düyü şorbası рисовый суп, kartof şorbası картофельный суп, ətli şorba суп с мясом, tomatlı şorba суп с томатом; kələm şorbası щи с капустой, balıq şorbası уха II прил. суповой (относящийся к супу, предназначенный для супа). Şorba camı суповая миска (супник, супница), şorba qazanı суповая кастрюля, şorba qaşığı суповая ложка
Azərbaycanca-rusca lüğət / şorba