* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. məh. Çəllək, boçka. [Həsən] …həyətdə köhnə god və paslı tənəkələr arası ilə keçib, üfunətli pilləkənə yanaşdı. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / god1 Anadolu türkləri bu sözün yerinə kovan işlədirlər. Vedrə sözünün əvəzinə kova deyirlər. God “arı yeşiyi” deməkdir. Güman ki, kovan sözünün təhrifidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / god2 сущ. диал. улей-колода (отрезок ствола дерева с дуплом); улей-дуплинка
Azərbaycanca-rusca lüğət / god(Başkeçid, Borçalı, Çənbərək, Füzuli, Gədəbəy, Qazax, Mingəçevir, Zəngilan) ağacın içini ovaraq düzəldilmiş böyük həcmli taxıl qabı. – Taxılı goda doldururux (Çənbərək); – İrəli əyyamlar müşoy-zad az tapıleydi, maxlux dəni goda qoyordu (Gədəbəy)
Azərbaycan dilinin dialektoloji lüğəti.