girəcək sözü azərbaycan dilində

girəcək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • girəcək • 98.1308%
  • Girəcək • 0.9346%
  • GİRƏCƏK • 0.9346%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.74 dəfə / 1 mln.
2003 •• 0.39
2004 •• 0.34
2006 •••• 0.68
2009 ••• 0.48
2010 •••• 0.73
2011 ••••• 0.86
2012 ••••• 0.86
2013 •••••••••••••••••••• 4.23
2014 ••••••••• 1.89
2015 •• 0.34
2016 0.17
2017 0.16
2019 0.14
2020 •• 0.40

girəcək sözünün leksik mənası və izahı

  • 1 is. 1. Qapı ağzı, kandar, astana. Qazmanın girəcəyi. Girəcəkdə dayanmaq. – Sürətlə gedən maşın hündür bir evin girəcəyində durdu. Q.İlkin. 2. Giriş; daxil olmaq, girmək üçün yer, yolun ağzı. Səlim … uçub girəcəyə tökülmüş torpaqdan yana … yığmağa başladı. Ə.Əbülhəsən. 3. Bir yerin başlanan hissəsi: başlanğıc, giriş. Kəndin girəcəyi. Parkın girəcəyi. Bağın girəcəyində bir heykəl yüksəlir. – [Mirzə İsmayıl:] Gərək qonağa, necə ki lazımdır qulluq eləyəsiniz. Əvvəla, ağsaqqallar hamısı qabaqlarında kəndin mollası, gərək kəndin girəcəyində gedib dayansınlar… Ə.Haqverdiyev. 4. Böyük otaqların qarşısında olan kiçik otaq, şüşəbənd və s. Girəcəkdə oturmaq. – Bağır xurcunu aynabəndin girəcəyinə qoyub, üzünü Nazlıya tutdu… İ.Məlikzadə. // Sif. mənasında. İçəridə, yəni sol tərəfdəki girəcək otaqda üç adam var idi. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / girəcək

girəcək sözünün sinonimləri (yaxın mənalı sözlər)

girəcək sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. 1. вход (место для прохода внутрь чего-л.). Əsas girəcək главный вход, yeganə girəcək единственный вход, zavodun girəcəyi вход на завод, parkın girəcəyi вход в парк, binanın girəcəyi вход в здание, həyətin girəcəyində у входа во двор, mədə girəcəyi мед. вход в желудок 2. въезд (место, по которому въезжают куда-л.). Kəndin girəcəyi въезд в деревню, şəhərin girəcəyi въезд в город 3. прихожая, передняя (комната при входе в квартиру). Girəcəkdə dayanmaq остановиться в прихожей 4. преддверие: 1) место перед дверью, перед входом куда-л. 2) местность, являющаяся подходом к чему-л. Abşeronun girəcəyi преддверие Апшерона 3) анат. начало входной части отверстия, канала. Ağız boşluğunun girəcəyi преддверие ротовой полости

    Azərbaycanca-rusca lüğət / girəcək

girəcək sözünün ləzgi dilinə tərcüməsi

"girəcək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#girəcək nədir? #girəcək sözünün mənası #girəcək nə deməkdir? #girəcək sözünün izahı #girəcək sözünün yazılışı #girəcək necə yazılır? #girəcək sözünün düzgün yazılışı #girəcək leksik mənası #girəcək sözünün sinonimi #girəcək sözünün yaxın mənalı sözlər #girəcək sözünün əks mənası #girəcək sözünün etimologiyası #girəcək sözünün orfoqrafiyası #girəcək rusca #girəcək inglisça #girəcək fransızca #girəcək sözünün istifadəsi #sözlük