* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
2 Bax: girəvə. (“Koroğlu” dastanının lüğəti) 1. Keçid. 2. Keçidlərdə, yollarda qar yığını. (“Koroğlu” dastanının lüğəti) Qollarına dəmir polad taxdıran, Düşmanları girvələrdən baxdıran, Su yerinə qızıl qanlar axdıran Dəli Həsən bu gün yanımda gərək! (“Koroğlunun Qars səfəri”)
Azərbaycan dastanlarının leksikası / girvə3 dağ silsiləsinin və silsilənin qollarının su ayrıcında olan ensiz və hər iki tərəfi dik olan keçid (Ağdam, Qəbələ). гирвя girve
Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / girvə1 сущ. снежный занос, наметённый ветром, вьюгой на горных перевалах, дорогах
Azərbaycanca-rusca lüğət / girvəI (Çənbərək) kiçik dərə. – Zimistan gələndə qarı çox olar; Uçar girvələrə tarı çox olar II (Salyan, Şamaxı, Şəki) 1. şaxta (Salyan, Şamaxı) 2. çovğun (Şəki). – So:xda, girvədə bürünüf ge:rdi yapıncıya; – Çöldə yaman girvədi
Azərbaycan dilinin dialektoloji lüğəti.