qılıq sözü azərbaycan dilində

qılıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qılıq • 82.7586%
  • Qılıq • 10.3448%
  • QILIQ • 6.8966%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

qılıq sözünün leksik mənası və izahı

  • 1 is. Xasiyyət, yaxşı rəftar. [Tubu:] Arvadın gərək qılığı olsun. Ə.Haqverdiyev. ◊ Qılığına girmək – birinin etibarını qazanmaq, yaxud müəyyən bir məqsəd üçün ona xoş sifət göstərməklə, şirin dil ilə, yaxud yaltaqlanmaqla ürəyini ələ almaq, tovlamaq. Mənim qardaşımın da qılığına belə girmişdi ki, bir sözü iki olmurdu. Ə.Haqverdiyev. Pərzada elə gəldi ki, kimsə qızın qılığına girib başdan çıxarıb, yoxsa belə şey olmaz. Mir Cəlal. [Mirzə Qərənfil:] Dava yox, biz onun qılığına girib otaqların ikisini ələ keçirə bilərik. S.Rəhman. Qılıq eləmək (etmək) – yaltaqlıq etmək. [İmran:] Hə, indi bildim ki, mənə etdiyin bu qılıqlar nə üçün imiş. S.S.Axundov. Ömər xan kimi bir dilavər ona [Fətəli xana] qılıq eləyir, amma axmaq Məmmədhəsən dirsək göstərir… Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / qılıq

qılıq sözünün etimologiyası

  • 1 Qılmaq feilindən törəyib. Qul, qulluq, qıldıqsız, eləcə də türk dilindəki kollanmaq sözlərinin hamısı qılmaq zəminində yaranıb, “rəftar” deməkdir. Deməli, qul sözü farsın deyil, özümüzündür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qılıq

qılıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qılıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. уживчивость; 2. характер, нрав;

    Azərbaycanca-rusca lüğət / qılıq
  • 2 сущ. 1. характер, нрав 2. заигрывания ◊ qılığı дар горячий, вспыльчивый; qılığına girmək втереться в доверие к кому-л.; qılıq etmək подлизываться, подмазываться

    Azərbaycanca-rusca lüğət / qılıq

qılıq sözünün inglis dilinə tərcüməsi

  • 1 i. disposition; temper, favour; bir kəsin qılığına girmək to creep* into one’s favour; ~ etmək to curry favour (with), to suck / to make* up (to)

    Azərbaycanca-ingiliscə lüğət / qılıq

qılıq sözünün fransız dilinə tərcüməsi

qılıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. къилих, хесет, хъсан рафтар; ** qılığına girmək къилихда гьахьун, садан ихтибарвал къазанмишун ва я са макьсад аваз садаз ччин гана, ширин мецӀелди, ялтахвал авуна ам гъилиз къачун, алцурарун; qılıq eləmək (etmək) ялтахвал авун.

    Azərbaycanca-ləzgicə lüğəti / qılıq

qılıq sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

1. Geyim, zahiri görkəm. 2. Xasiyyət, yaxşı rəftar. (“Koroğlu” dastanının lüğəti) Aman atam, mənim zehnim itirmə, Bu qılıqda çodar olmaz, hay olmaz! Beş manat yerinə on beş bağışlar, Bu qılıqda çodar olmaz, hay olmaz!                              (“Eyvazın Çənlibelə gətirilməyi”) (“Koroğlu-Hümmət”) * Yerişindən oxşatmışam sərsəmdi, Dostluğuyla düşmanlığı bir dəmdi. Koroğludu, ya da Dəli Həsəndi, Bu qılıqda çodar olmaz, ay olmaz.                        (Paris nüsxəsi, 3-cü məclis) *  – Ay köpək oğlu, sənə demədimmi bu qılıqda yanşaq olmaz, görmürsən bunun ağzından qan iyi gəlir? (Paris nüsxəsi, 9-cu məclis)

Azərbaycan dastanlarının leksikası

"qılıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qılıq nədir? #qılıq sözünün mənası #qılıq nə deməkdir? #qılıq sözünün izahı #qılıq sözünün yazılışı #qılıq necə yazılır? #qılıq sözünün düzgün yazılışı #qılıq leksik mənası #qılıq sözünün sinonimi #qılıq sözünün yaxın mənalı sözlər #qılıq sözünün əks mənası #qılıq sözünün etimologiyası #qılıq sözünün orfoqrafiyası #qılıq rusca #qılıq inglisça #qılıq fransızca #qılıq sözünün istifadəsi #sözlük