* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 bax qıç. Qılçası ağrımaq. Qılçası sınmaq. – Ancaq biçarə arvadın sağ qılçası dizdən yuxarı xınc-xınc olmuşdu. C.Məmmədquluzadə. [Nadir Məcidə:] Get, sən də şəhərdə fəhləlik elə. – Bu qıçlarımla hara gedim? – deyə Məcid çolaq qılçalarını göstərdi. B.Talıblı. Ceyran kimi zərif Qarabağ atı birdən qılçaları biçilmiş kimi yerə sərildi. M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / qılça1 i. leg; qıllı ~hairy legs; ~sını ~sının üstünə aşırmaq to cross one’s legs
Azərbaycanca-ingiliscə lüğət / qılça