qızılbaş sözü azərbaycan dilində

qızılbaş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qızılbaş • 69.7248%
  • Qızılbaş • 24.7706%
  • QızılbaŞ • 3.6697%
  • QIZILBAŞ • 1.8349%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qızılbaş
Qızılbaş (fars. قزلباش‎ Qezelbāš) — XV əsrin sonlarından başlayaraq Cənubi Azərbaycan, Anadolu, Ermənistan yaylası, Qafqazda çiçəklənən və Səfəvilər sülaləsinin qurulmasına töhfə verən, əsasən türkman (Azərbaycan türkü) şiə təmayüllü müxtəlif hərbi massivli qruplar. Qızılbaşlığın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə görə Məhəmməd peyğəmbər Uhud döyüşündə yaralanır, başından axan qanlar onun başını qızıl bir baş halına gətirir və bundan sonra Əli başında qırmızı tac ilə müharibələrdə iştirak etmişdir və qızılbaşlar bu adı burdan almışlar. Digər bir rəvayətə görə Şah İsmayıl İkinci Bəyazid dövründə öz əsgərlərini Anadoludan Suriyaya keçirəndə bu əsgərlərin də başında qırmızı təkkələr varmış və bundan sonra şiələrə qızılbaş deməyə başlamışlar. Alman alimi Brokelmana görə isə atasının ölümündən sonra Şeyx Heydər öz təriqətinə yeni bir şəkil verdi ki, bu da öz ifadəsini yeni bir baş örtüyündə tapmışdır. Bu qırmızı başlıq 12 imama işarət edən və 12 dilimli bir Heydəri baş örtüyü idi Qızılbaşlar Səfəvilər dövlətində hakim mövqe tuturdular. Səfəvilər dövlətinin həm də "Qızılbaşlar dövləti" adlandırılması bununla əlaqədar idi. Qızılbaşlar əvvəlcə Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədər, Varsaq, Qaradağlı (Qaradağ sufiləri), sonralar isə Bayat, Qaramanlı, Baharlı, Alpaut, Ərəşli, Qazaxlı və başqa türkdilli tayfaları birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.
Qızılbaş tayfası

Şahtac Qızılbaş
Şahtac Qızılbaş — Pakistanlı qadın hüquqları müdafiəçisi idi.Şahtac Qızılbaş Qadın Fəaliyyəti Forumunun(Women's Action Forum) təsisçi üzvü idi.Şahtaj Qızılbaş Pakistanın Pəncab əyalətində olan Lahor şəhərinin nəcib Qızılbaş ailəsinə mənsub idi və Müzəffər Əli xan Qızılbaş onun əmisi idi.
Cavanşir-Qızılbaş tayfası
Cavanşir-Qızılbaş tayfası — Nadir şahın Xorasana sürgün etdiyi Cavanşir elinin qalığı. Cavanşirlər Xоrasanın Sərəxs yörəsində məskunlaşdılar. Nadir şah Cavanşir elindən bir çоx bəyləri yanına çağırıb əhəmiyyətli vəzifələrə təyin etdi. Əmir xan Yağləvəndli-Cavanşir Kəşmirin hakimi, Fəzləli bəy Sarıcalı-Cavanşir eşikağası оldu. Оnlardan başqa bir neçə Cavanşir bəyi sarayda fərraş, külahdar, gülabdar, teştdar və sairə vəzifələri tuturdular. == Əfqanıstanda == Ən yüksək vəzifəyə nail оlmuş Cavanşir əmiri Əmir xan Nadir şahın ölümündən sоnra Kəşmiri müstəqil idarə etməyə başladı. Bir sürə sоnra, 1773-cü ildə Əfqanıstanın (Dürranilərin) hökmdarı Teymur şah Dürraniylə düz dоlanmadığından savaşmağa məcbur оldu. Öncə qalib gəlsə də, sоnradan bəlluçların satqınlığı nəticəsində əsir düşdü. Cavanşir eli Əfqanıstanda, Kabil şəhəri civarında yerləşmişdi. Əfqanlar çоx zaman оnları qızılbaş adlandırırdılar.
Fateh Əli xan Qızılbaş
Fateh Əli xan Sərdar Nisar Əli xan oğlu Qızılbaş — nəvvab. == Həyatı == Fateh Əli xan Sərdar Nisar Əli xan oğlu Qızılbaş 1862-ci ildə Pəncab əyalətində anadan olmuşdu. 1897-ci ildə Pəncab ali şurasının üzvü olmuşdu. 1902-ci ildə rəsmi qonaq kimi Dehliyə dəvət edildi. O, Britaniya imperiyasının Hindistandakı şirkətlərinə pul yatırırdı. 1904-cü ildə general-qubernatorun qanunvericilik şurasının üzvü seçildi. 1911-ci ildə yenidən rəsmi qonaq kimi Dehliyə dəvət edildi. Fateh Əli xan Qızılbaş Britaniya Hindistanının iri maliyyə maqnatlarından idi. Fateh Əli xan Sərdar Nisar Əli xan oğlu Qızılbaş 1923-cü ildə vəfat edib.
Müzəffər Əli xan Qızılbaş
Müzəffər Əli xan Fateh Əli xan oğlu Qızılbaş — Pakistanın maliyyə naziri. Müzəffər Əli xan Fateh Əli xan oğlu Qızılbaş 1908-ci ildə Pəncab əyalətində anadan olmuşdu. 1958-ci ildə Qərbi Pakistanın baş naziri olmuşdu. Müzəffər Əli xan 1969–1971-ci illərdə Pakistanın maliyyə naziri olub.
Kəşmirli Ağa Şövkət Əli Qızılbaş
Ağa Şövkət Əli (ﺁغا شوكت على قزلباش) 1919-cu ildə Hindistandan Şimalda Kəşmir vilayətinin Srinaqar şəhərində aristokrat ailəsində anadan olub. Onun ailəsi XIX əsrin əvvəllərində Əfqanıstanın Qəndəhar şəhərindən Kəşmirə köçmüş hərbçi Qızılbaşlara mənsubdur. O, Qızılbaşların Əfşar nəslindəndir. Bu nəsil vaxtilə Kəşmirdə hakimlik dərəcəsində yüksək vəzifələr tutmuş və Kəşmir Müsəlmanlarına rəhbərlik etmişdir. == Ailəsi == Ağa Şövkət Əlinin atası Ağa Zəffər Əli Qizilbashdır. Şövlkət Əli Qızılbaşın anası Bəgüm Zəfər Əli xanım Pakistanın böyük maarifçi, qanunverici və siyasətçilərindən biri olaraq, Kəşmir tədris müəssisəsinə daxil olmuş ilk qadın və Fatimə Cinnahın ən yaxın rəfiqəsi idi. Onun ana-babası Xan Bahadur Ağa Seyid Hüssein, əvvəl canışın, sonra isə ev və Ədliyyə Naziri olmuşdur. Onun böyük qardaşı dövlət məmuru (Kəşmirdə ilk dəfə konkurs yolu ilə dövlət məmuru olub, nazir (Wazir-e-Wazarat) vəzifəsi tutmuş) Ağa Nəsir Əli, kişik qardaşı isə Ağa Əşrəf Əlidir. == Gəncliyi == Şöhrət Əli ilk təhsilini Fateh Kadalda yerləşən Missiya Məktəbində (sonrakı adı Tyndale Biscoe Məktəbi) Şrinaqarda almışdır. Sonra o 1936-cı ildə attetat imtahanı vermiş və "Sri Pratap" Kollecinin sətənkarlıq fakültəsini bitirmişdir.
Bolqarıstan qızılbaşları
Bolqarıstan qızılbaşları (bolq. български къзълбаши) — Bolqarıstan ərazisində yaşayan qızılbaş icması. Onların çoxu ya könüllü olaraq, ya da XV–XVII əsrlərdə Osmanlı hakimiyyəti tərəfindən Anadoludan deportasiya olunaraq Dobrucaya yerləşiblər. Qızılbaş camaatı Ludoqoriyedə də mövcuddur. Qızılbaşların çoxusu əslində kim olduqlarını gizlədirlər, ölkədə yaşayan türk və ya bolqarlara ortodoks sünni olduqlarını və ya kimin müraciət etdiyinə görə dəyişərək bəktaşi olduqlarını iddia edirlər. 1992-ci il əhalinin siyahıya alınmasına görə Bolqarıstanda 85,773 şiə yaşayırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == AHMED, Şabanali. DALKILIÇ, MEHMET (redaktor). BULGARİSTAN’DA ALEVİLİK (Yablanovo Örneği) (PDF) (türk). İSTANBUL: İSTANBUL ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ TEMEL İSLAM BİLİMLERİ. 2012.
Pəncab qızılbaşları
Pəncab qızılbaşları (Əli Rza Xanın ailəsi) — bir zamanlar Əfqanıstan və Pəncabda böyük nüfuza malik olan, əslən Şirvan ərazisindən olan qızılbaş əsilli ailə. Nəslin ən tanınmış nümayəndələrindən biri Əli Rza Xan Qızılbaş olmuşdur. O, Birinci ingilis-əfqan müharibəsi və hindistanda ingilislərə yardımı ilə seçilmişdir. Sərdar Əli Xan Rza Əli Xanın babası olmuşdur. O, Xəzər dənizi sahilində yerləşən Şirvan elini tərk edərən bölgəyə gəlmişdir. Onun babaları uzun zamanlar Şirvanda hakim mövqedsə olmuşlar. Nadir şah Əfşar Xorasanı ələ keçirdikdən sonra, 1738-ci ildə hindistana hücuma hazırlaşır. Bu zaman Əli Xanı və bir çox qızılbaş hakimlərinin onun səfərdə olmasından istifadə edərək çaxnaşma təşkil edəcəyindən ehtiyat edərək onlarıda Hindistana aparır. Əli Xan kompaniya müddətində orduda olur. Hindistandan qayıtdıqdan sonra Nadir şah onu Qəndəhara vali təyin edir.
Qızılbaşlar
Qızılbaş (fars. قزلباش‎ Qezelbāš) — XV əsrin sonlarından başlayaraq Cənubi Azərbaycan, Anadolu, Ermənistan yaylası, Qafqazda çiçəklənən və Səfəvilər sülaləsinin qurulmasına töhfə verən, əsasən türkman (Azərbaycan türkü) şiə təmayüllü müxtəlif hərbi massivli qruplar. Qızılbaşlığın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə görə Məhəmməd peyğəmbər Uhud döyüşündə yaralanır, başından axan qanlar onun başını qızıl bir baş halına gətirir və bundan sonra Əli başında qırmızı tac ilə müharibələrdə iştirak etmişdir və qızılbaşlar bu adı burdan almışlar. Digər bir rəvayətə görə Şah İsmayıl İkinci Bəyazid dövründə öz əsgərlərini Anadoludan Suriyaya keçirəndə bu əsgərlərin də başında qırmızı təkkələr varmış və bundan sonra şiələrə qızılbaş deməyə başlamışlar. Alman alimi Brokelmana görə isə atasının ölümündən sonra Şeyx Heydər öz təriqətinə yeni bir şəkil verdi ki, bu da öz ifadəsini yeni bir baş örtüyündə tapmışdır. Bu qırmızı başlıq 12 imama işarət edən və 12 dilimli bir Heydəri baş örtüyü idi Qızılbaşlar Səfəvilər dövlətində hakim mövqe tuturdular. Səfəvilər dövlətinin həm də "Qızılbaşlar dövləti" adlandırılması bununla əlaqədar idi. Qızılbaşlar əvvəlcə Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədər, Varsaq, Qaradağlı (Qaradağ sufiləri), sonralar isə Bayat, Qaramanlı, Baharlı, Alpaut, Ərəşli, Qazaxlı və başqa türkdilli tayfaları birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.
Əfqanıstan qızılbaşları
Əfqanıstan qızılbaşları (fars. افغانستان قزلباش‎) — Azərbaycan türklərinə daxil olan etnoslardan biri, Əfqanıstan əhalisinin bir etnik qrupu, ölkənin bir etnik azlıqlarından biri. Əfqanıstan qızılbaşları həmçinin əfşarlar olaraq da adlandırılırlar. «Sovet etnoqrafiyası», Böyük Rusiya ensiklopediyası və Joshua Projectə görə Əfqanıstan qızılbaşlarının əsas dili Daridir. Kabil ətrafı (şimal hissədə), paytaxtın Çandavul rayonu, Herat şəhərində yaşayan qızılbaşlar azərbaycan türkcəsinin xüsusi bir şivəsində danışırlar. Əfqanıstan mənbələrinə görə qızılbaşlar Kabil, Qəzni, Qəndəhar və digər iri şəhərlərdə cəmləşmişlər. Təhsilli etnik qrup olması səbəbindən tarixən məmur təbəqəsində önəmli yer tutmuşlar. Qızılbaşlar başlarına qırmızı rəngli baş geyimi taxan 7 türk qəbiləsinin (şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, baharlı) nümayəndələrinə deyilirdi. Əfqanıstan qızılbaşları bir necə qrupa bölünürdü: əfşarlar, cavanşirlər və muradxanlılar, həmcinin bayatlar, şahsevənlər, şamlılar, ənsarlı və şah ağası. Cavanşirlər Şuşa əsillidirlər və Əfqanıstan qızılbaşlarının əsas hissəsini təşkil edirlər.
Tarix-i Qızılbaşan
Tarix-i Qızılbaşan - Anonim müəllif tərəfindən qələmə alınan Səfəvi dövründən bəhs edən tarixi qaynaq. Əsərdə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətində fəal rol oynamış türkmən tayfaları və bəyləri haqqında məlumat verilir. Müəllifi məlum olmayan, “Tarix-i Qızılbaşan” adlı bu əsər 1599-1605-ci illər arasında yazılmışdır. Mövzu ilə bağlı tədqiqat aparan Babək Cavanşir bunun səbəbini belə izah edir: Müəllif əsərin bir yerində yazır: “1598-1599-cu illərdə Şah Abbasın Xorasanı özbəklərdən xilas etdiyində Hüseyn Sultan Əfşarın tiyulu olan Fərah və İsfizar da o həzrətə tapşırıldı. ” Nüsxənin yazılma tarixi 1604-cü ilə təsadüf edir. Bu da əsərin bu tarixdən əvvəl yazıldığını göstərir. Əsərdə 1592-1593-cü ildə Sadlı boyundan Zülfüqar xandan bəhs olunur və qeyd edilir ki, hal-hazırda vəzifədədir. Zülfüqar xan 1609-cu ildə öldürülüb. Bu o deməkdir ki, əsər bu tarixdən öncə tamamlanıb. Əsər Səfəvi dövlət idarəsində və orduda xidmət etmiş Qızılbaş tayfalarının və mühüm əmirlərin qısa tərcümeyi-hallarına həsr edilmişdir.
Tarixi-Qızılbaşan
Qızılbaşlar tarixi, Tarixi-Qızılbaşan (fars. تاریخ قزلباشان‎) — anonim müəllif tərəfindən qələmə alınan Səfəvi dövründən bəhs edən tarixi qaynaq. Əsərdə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətində fəal rol oynamış türkmən tayfaları və bəyləri haqqında məlumat verilir. == Haqqında == Müəllifi məlum olmayan, "Tarixi-Qızılbaşan" adlı bu əsər 1599–1605-ci illər arasında yazılmışdır. Mövzu ilə bağlı tədqiqat aparan Babək Cavanşir bunun səbəbini belə izah edir: Müəllif əsərin bir yerində yazır: "1598–1599-cu illərdə Şah Abbasın Xorasanı özbəklərdən xilas etdiyində Hüseyn Sultan Əfşarın tiyulu olan Fərah və İsfizar da o həzrətə tapşırıldı." Nüsxənin yazılma tarixi 1604-cü ilə təsadüf edir. Bu da əsərin bu tarixdən əvvəl yazıldığını göstərir. Əsərdə 1592-1593-cü ildə Sadlı boyundan Zülfüqar xandan bəhs olunur və qeyd edilir ki, hal-hazırda vəzifədədir. Zülfüqar xan 1609-cu ildə öldürülüb. Bu o deməkdir ki, əsər bu tarixdən öncə tamamlanıb. Əsər Səfəvi dövlət idarəsində və orduda xidmət etmiş Qızılbaş tayfalarının və mühüm əmirlərin qısa tərcümeyi-hallarına həsr edilmişdir.

qızılbaş sözünün leksik mənası və izahı

  • 1 is. tar. 1. İranda Şah İsmayıl Səfəvi dövründə qoşunun adı (bu qoşunun döyüşçüləri başlarına qırmızı bağladıqlarına görə belə adlanırdı). [Heydər bəy:] İndi nə at çapmaq olur, nə ordu dağıtmaq olur, nə qızılbaş döyüşü var… M.F.Axundzadə. 2. Şiə məzhəbinə mənsub olanlara keçmişdə verilən ad.

    Azərbaycan dilinin izahlı lüğəti / qızılbaş
  • 2 Şah İsmayıl Səfəvi dövründə qoşunun adı və bu qoşunun döyüşçüsü (döyüşçülər başlarına qırmızı bağladıqlarına görə belə adlanırdı). (“Koroğlu” dastanının lüğəti) Koroğlu der: bu məniyə dalmaya, Müxənnətlər bu dünyada qalmaya, İstanbulun xəracını almaya Şeyx oğlunun qızılbaşı gərəkdir.                          (Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)

    Azərbaycan dastanlarının leksikası / qızılbaş

qızılbaş sözünün rus dilinə tərcüməsi

  • 1 1. златоглавый; 2. рел. мусульмане, придерживающиеся шиитского толка;

    Azərbaycanca-rusca lüğət / qızılbaş
  • 2 I сущ. бот. красноголовик (красный гриб; подосиновик) II прил. красноголовый, Qızılbaş qanqal бот. красноголовый татарник

    Azərbaycanca-rusca lüğət / qızılbaş

qızılbaş sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. ист. 1. Иранда Шагь Исмайыл Сефеви девирда кьушундин тӀвар (а кьушундин аскерри кьилик яруди кутӀундай); 2. виликра шии мезгьебдикай тирбуруз лугьудай тӀвар.

    Azərbaycanca-ləzgicə lüğəti / qızılbaş

"qızılbaş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qızılbaş nədir? #qızılbaş sözünün mənası #qızılbaş nə deməkdir? #qızılbaş sözünün izahı #qızılbaş sözünün yazılışı #qızılbaş necə yazılır? #qızılbaş sözünün düzgün yazılışı #qızılbaş leksik mənası #qızılbaş sözünün sinonimi #qızılbaş sözünün yaxın mənalı sözlər #qızılbaş sözünün əks mənası #qızılbaş sözünün etimologiyası #qızılbaş sözünün orfoqrafiyası #qızılbaş rusca #qızılbaş inglisça #qızılbaş fransızca #qızılbaş sözünün istifadəsi #sözlük