qızmaq sözü azərbaycan dilində

qızmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qızmaq • 85.1064%
  • Qızmaq • 8.5106%
  • QIZMAQ • 6.3830%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

qızmaq sözünün leksik mənası və izahı

  • 1 f. dan. İnanmaq, etibar etmək, bel bağlamaq, xatircəm olmaq, arxayın olmaq (çox vaxt “ürəyi” sözü ilə bərabər). Ona heç qızmaq olmur. – [Şəhrəbanı xanım:] De görüm, ürəyim dürüst qızasıdırmı? Çünki bu iş çox çətin işdir. M.F.Axundzadə. [Şahnisə xanım:] Axı, ürəyim qızmır, – dedi, – yad ölkə, uzaq yer… Çəmənzəminli. Hacı ilk dəfə bu məsələni ürəyi qızan adamlara açdı. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / qızmaq
  • 2 f. 1. Bərk istilik almaq, hərarət almaq, çox istilənmək, hərarəti artmaq. Su qızmamışdır. Havalar getdikcə qızır. – Qızdı günəş, əsdi isti yellər; Qarlar əridi, axışdı sellər. A.Şaiq. …Otağa cənub küləyinin ilıq şüaları dolur, beləliklə, ev bir az daha qızırdı. Ə.Əbülhəsən. 2. məc. Hirslənmək, hiddətlənmək. …Bakıya dönməyi israr və təkid edərkən rədd cavabı alınca [Əhməd] qızaraq: – Bilmirəm, bu nə ölümdür… – demişdi. A.Şaiq. Əşrəf, anasının bu böyük xəbəri etinasız qarşılamasına qızdı. Mir Cəlal. 3. məc. Qızışmaq, coşmaq. Çırmanırıq keçməyə çay gəlməmiş; Başlayırıq qızmağa yay gəlməmiş. M.Ə.Sabir.

    Azərbaycan dilinin izahlı lüğəti / qızmaq

qızmaq sözünün etimologiyası

qızmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qızmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QIZMAQ – SAKİTLƏŞMƏK Əşrəf anasının bu böyük xəbəri etinasız qarşılamasına qızdı (Mir Cəlal); Mən yenə sakitləşdim (S.Qədirzadə). QIZMAQ – SOYUMAQ Tez qızar, gec soyuyardı (R.Rza). QIZMAQ – ÜŞÜMƏK Ümid və sevincin istisindən canı qızdı (M.İbrahimov); – Bəs onda mən niyə üşümürəm? – deyə qız başını qaldırmadan soruşdu (S.Qədirzadə).

    Azərbaycan dilinin antonimlər lüğəti / qızmaq

qızmaq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 QIZMAQ I f. Hərarət almaq, istilənmək. Qızdı günəş, əsdi isti yellər; Qarlar əridi, axışdı sellər (A.Şaiq). QIZMAQ II f. İnanmaq, bel bağlamaq, etibar etmək. Axı, ürəyim qızmır, – dedi, – yad ölkə, uzaq yer (Çəmənzəminli).

    Azərbaycan dilinin omonimlər lüğəti / qızmaq

qızmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. согреться, нагреваться; 2. горячиться, сердиться, злиться; 3. возбуждаться; 4. доверять, полагаться;

    Azərbaycanca-rusca lüğət / qızmaq
  • 2 1 глаг. 1. согреваться, согреться, нагреваться, нагреться. Su qızdı вода согрелась, hava qızdı vozdux soqrelsə, torpaq qızdı почва согрелась; soba qızdı печка нагрелась 2. перен. разг. горячиться, рассердиться, разолиться 3. возбуждаться, возбудиться 2 глаг. разг. kimə доверяться, довериться кому; полагаться, положиться на кого. Ona qızmaq olar ему можно довериться

    Azərbaycanca-rusca lüğət / qızmaq

qızmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to get* / to grow* warmer; to be* heated; to get redhot; 2. (acıqlanmaq) to be* irritated, to get* excited / angry, to fly* into a rage; ürəyi ~ to trust (d. to), to entrust (intrust) (d. to); gözü ~ to be* beside oneself (with anger / passion); 3. bax qızıxmaq

    Azərbaycanca-ingiliscə lüğət / qızmaq

qızmaq sözünün fransız dilinə tərcüməsi

qızmaq sözünün ləzgi dilinə tərcüməsi

qızmaq sözünün türk dilinə tərcüməsi

"qızmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qızmaq nədir? #qızmaq sözünün mənası #qızmaq nə deməkdir? #qızmaq sözünün izahı #qızmaq sözünün yazılışı #qızmaq necə yazılır? #qızmaq sözünün düzgün yazılışı #qızmaq leksik mənası #qızmaq sözünün sinonimi #qızmaq sözünün yaxın mənalı sözlər #qızmaq sözünün əks mənası #qızmaq sözünün etimologiyası #qızmaq sözünün orfoqrafiyası #qızmaq rusca #qızmaq inglisça #qızmaq fransızca #qızmaq sözünün istifadəsi #sözlük