* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
2 is. Toyuq cinsindən əlvan tüklü çöl quşu. Çil kəklik. Ağ kəklik. – Çoban oxur, çalır, dağlar səslənir; Nə anladır o kəkliklər turaca? A.Şaiq. Hava işıqlaşanda kolluqlardan bildirçin, turac, kəklik pırıldaşıb qalxdıqca [bəylər] alıcı quşları buraxıb ovlayırdılar. M.Rzaquluzadə. □ Kəklik kimi – cilvəli hərəkət haqqında. Otuzunda kəklik kimi səkərsən; İgidlik eləyib qanlar tökərsən. “Koroğlu”. Rəqqasə də kəklik kimi süzüb gedir çəmənliyə; Hər könüldən bir səs gəlir, “ölməmişəm, sağam!” – deyə. S.Vurğun. Ötmə kəklik kimi min naz ilə əlvan geyinib; Bizim ətrafa da, olmazmı ki, pərvaz edəsən? Ə.Vahid. ◊ Kəkliyi azmaq (əsli gəyiriyi azmaq) – bax gəyirik.
Azərbaycan dilinin izahlı lüğəti / kəklik4 Əlvan rəngli çöl quşu. (“Koroğlu” dastanının lüğəti) Sıldırım qayalarda xınalı kəkliklər qaqqıldaşırdı. (“Düratın itməyi”) * Yenə də kəkliklər oxuyur, quşlar səs-səsə verirdi. (“Koroğlunun İstanbul səfəri”)
Azərbaycan dastanlarının leksikası / kəklik1 Mənbələrdə kəkəlik kimi verilib, görünür, kəkələmək sözü ilə bağlıdır (kəkliyin oxuması məhz kəkələməyə bənzəyir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / kəklik2 I сущ. куропатка (средней величины дикая птица отряда куриных). Kəklik əti куропатка, мясо куропатки, kəklik ovu охота на куропаток, зоол. ağ kəklik белая куропатка, boz kəklik серая куропатка, dağ kəkliyi каменная куропатка II прил. куропатковый, куропаточий, куропачий. Kəklik yuvası куропаточье гнездо; kəkliyi azmaq переедать, переесть (съесть слишком много, причинив себе вред)
Azərbaycanca-rusca lüğət / kəklik1 сущ. зоол. къвед; çil kəklik тӀвехер алай къвед, чил къвед; kəklik kimi къвед хьиз, къвед хьтин (наз гвай гьерекатриз тешпигь); // къветрен (мес. кака); kəklik əti къветрен як; ** kəkliyi azmaq кил. gəyirik (gəyiriyi azmaq).
Azərbaycanca-ləzgicə lüğəti / kəklik