heçlik sözü azərbaycan dilində

heçlik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • heçlik • 90.0000%
  • Heçlik • 6.6667%
  • HEÇLİK • 3.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Heçlik
Heç və ya Yox, söz mənasıyla heç bir varlığın olmadığını ifadə edən bir işarə əvəzliyi. Yəni olmayanı amma mütləq mənada olmayanı işarə edər. Heçlik və ya Yoxluq isə Heç əvəzliyinin hakim olduğu vəziyyəti ifadə edər. Fəlsəfi və texniki olmayan gündəlik istifadə mənasında, Heç və ya Yox sözü varlıqdakı bir əskikliyi ifadə edər.. Bu mütləq mənadakı heçlik / yoxluq qavramından fərqlidir. Mütləq mənada yoxluq və heçlik, suyun əslində heç olmadığı, su deyə bir varlığın yox olduğunu ifadə etməkdədir.
Heçlik, Titanın qəzası (roman)
Nahaq yerə, Titanın qəzası (ing. Futility, or the Wreck of the Titan) — 1898-ci ildə, qısa hekayələr və romanlar müəllifi, amerikan yazıçı, Morqan Robertson tərəfindən yazılmışdır. Əsərdə Titan adlı bir gəminin Atlantik Okeanında (Şimali Atlantik) buz dağına çırpılaraq sulara qərq olmasından bəhs olunur. Əsərdəki Titan gəmisi, 14 il sonra yəni 1912-ci ildə batan əfsanəvi Titanik gəmisi ilə inanılmaz bənzərlik təşkil edir.Morqan Robertson bu əsərlə uğur qazanmır və kitab satılmır. Bu əsərdən sonra uğursuzluq onu buraxmır və digər yazdığı əsərlər heç vaxt maraq doğurmur. Bu səbəbdən böyük stress keçirərək psixoloji müalicə alır. Uğursuz bir yazar olaraq, 1915-ci ilin mart ayında bir otel otağında ayaq üstə keçirdiyi ürək tutmasından dünyasını dəyişir. Titanikin batışından 3 il sonra dünyadan köçsə də heç kəs onun bu əsərini yada salmamış və maraq göstərməmişdi. == Əsərin qısa məzmunu == Əsərdə böyük bir gəmi təsvir olunur və heç vaxt batmayan bir gəmi adlandırılır. Gəmi İngiltərədən ABŞ-a doğru yol alacaqdır.

heçlik sözünün leksik mənası və izahı

  • 1 is. 1. Yoxluq, fanilik, ədəm, mövcud olmama (varlıq ziddi). Ölüm bir iblisdir, həyat bir mələk! Varlığı izləyir heçlik kölgətək. S.Vurğun. [Məhəmməd:] Varlığı heçliyə mən dəyişərdim; Əgər bu dünyada sən olmasaydın. B.Vahabzadə. // Məc. mənada. Buludlar yığışır üstümə lay-lay; İçimdə bir boşluq, heçlik duyuram. S.Vurğun. // məc. Fəza, boşluq. Seyr etdim o heçlikləri mən də; Çırpındı könül matəm içində. H.Cavid. Sağır göy altında gələrək vəcdə; Sonsuz bir heçliyə eylədi səcdə. M.Müşfiq. 2. məc. Mənasızlıq, boşluq, naçizlik, miskinlik. Sadıq da, Xəlil də “danabaşlıların” həyatının bütün heçliyini, mənasızlığını görür və dərk edir. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / heçlik

heçlik sözünün sinonimləri (yaxın mənalı sözlər)

heçlik sözünün antonimləri (əks mənalı sözlər)

heçlik sözünün rus dilinə tərcüməsi

  • 1 ничтожество

    Azərbaycanca-rusca lüğət / heçlik
  • 2 сущ. 1. небытие: 1) отсутствие существования жизни 2) состояние полной неизвестности кого-л., чего-л. для людей, для человеческого общества 3) пустота 2. ничто (пустота, небытие)

    Azərbaycanca-rusca lüğət / heçlik

heçlik sözünün inglis dilinə tərcüməsi

heçlik sözünün fransız dilinə tərcüməsi

heçlik sözünün ləzgi dilinə tərcüməsi

"heçlik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#heçlik nədir? #heçlik sözünün mənası #heçlik nə deməkdir? #heçlik sözünün izahı #heçlik sözünün yazılışı #heçlik necə yazılır? #heçlik sözünün düzgün yazılışı #heçlik leksik mənası #heçlik sözünün sinonimi #heçlik sözünün yaxın mənalı sözlər #heçlik sözünün əks mənası #heçlik sözünün etimologiyası #heçlik sözünün orfoqrafiyası #heçlik rusca #heçlik inglisça #heçlik fransızca #heçlik sözünün istifadəsi #sözlük