şənlik sözü azərbaycan dilində

şənlik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şənlik • 73.0983%
  • Şənlik • 26.4069%
  • ŞƏNLİK • 0.4947%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şənlik
Şənlik (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Şənlik (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Şənlik bələdiyyəsi — Azərbaycan Respublikasının Ağcabədi rayonunda bələdiyyə.
Şənlik (Ağcabədi)
Şənlik — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd.
Şənlik (Kəlbəcər)
Şeyinli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şeyinli kəndi Qarabağ yaylasının ətəyindədir. Keçmiş adı Təkdam olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Laçın rayonunun Mirik kəndindən köçüb gəlmiş Şeyin adlı şəxs salmışdır. Hazırda oradakı nəsil də şeyinoğlular adlanır. Kəndin ərazisində bu nğsilin adi ilə bağlı bir neçə obyekt qeydə alınmişdir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Şənlik bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şənlik Əliyev
Şənlik Müslüm oğlu Əliyev (1935, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri (1985–1988), Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi (1979–1985). == Həyatı == Şənlik Müslüm oğlu Əliyev 1935-ci ildə Bakıda anadan olmuşdur.1959-cu ildən Leytenant Şmidt adına zavodda mühəndis, laboratoriya müdiri, baş konstruktorun müavini, zavodun baş mühəndisi işləmişdir. Daha sonra partiya işinə keçirilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri olmuşdur. 20 yanvar 1979-cu ildə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi seçilmiş və 1985-ci ilədək bu vəzifədə çalışmışdır. 1985–1988-ci illərdə Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri olmuşdur. Şənlik Əliyev 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 10-cu və 11-ci çağırış SSRİ Ali Sovetinin deputatı, eləcə də Sov.İKP XXVI və XXVII qurultaylarının nümayəndəsi seçilmişdir.
Şənlik bizə yaraşır (film, 1974)
== Məzmun == Film Lənkəran rayonunun son illərdəki mədəni yüksəlişinə həsr olunmuşdur. Kinolent Lənkəranın sosial-iqtisadi inkişafı, problemləri, mədəniyyəti, ziyalıları və zəhmət adamları haqqında söhbət açır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.43 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 13.70
2003 •••••••• 5.12
2004 ••• 2.02
2005 ••••••• 4.72
2006 •••••••••••• 7.66
2007 •••••••• 5.29
2008 ••••••••• 5.85
2009 ••••••• 4.64
2010 •••••••••• 6.44
2011 •••••••••• 6.43
2012 ••••••••••• 7.23
2013 ••••••• 4.23
2014 ••••••••••••••••• 11.50
2015 ••••••••• 5.78
2016 •••••••• 4.86
2017 •••••• 3.58
2018 •••••• 3.90
2019 •••••• 3.89
2020 •• 1.06

şənlik sözünün leksik mənası və izahı

  • 1 is. 1. Şadlıq, sevinc, fərəh. O hara gəlsə şənlik gətirir. – İş keçsə bu surət bir müddət əgər; Qalmaz Qarabağda şənlikdən əsər. Q.Zakir. Bəndalı həmişə evə gələndə bir şənlik, xoşluq gətirərdi. Mir Cəlal. 2. Təntənə, şadlıq məclisi, şadyanalıq, çalıb-çağırma, bayram. Xalq şənliyi. Məktəbdə şənlik keçirilirdi. – Mədəniyyət sarayında bu gün şənlik vardı. S.Rəhman. [Əsgər:] Düşmən pilotu bizi görsəydi, yəqin ki, bir qatar pulemyot gülləsi atar, şənliyimizi pozmağa cəhd edərdi. M.Hüseyn. □ Şənlik etmək (eləmək) – şadyanalıq etmək, deyibgülmək, çalıb-çağırmaq, bayram etmək. Yığışın, şənlik edək, qərnimizin bayramıdır; Sil gözümdən bu yüz ildən bəri göz yaşlarımı. Şəhriyar. …Şura hökuməti qurulduğuna görə çayqıraqlılar şənlik eləyirlər. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / şənlik

şənlik sözünün sinonimləri (yaxın mənalı sözlər)

şənlik sözünün antonimləri (əks mənalı sözlər)

şənlik sözünün rus dilinə tərcüməsi

  • 1 1. радость, веселье; 2. торжество, празднество, ликование;

    Azərbaycanca-rusca lüğət / şənlik
  • 2 сущ. 1. веселье (беззаботно радостное настроение, радостное оживление), весёлость. Şənlik gətirmək haraya, nəyə вносить веселье куда, во что 2. торжество, ликование, празднество. Xalq şənliyi народное ликование, bayram şənlikləri праздничные торжества, ailə şənliyi семейное торжество, yeni il şənlikləri новогодние торжества, şənliklərdə iştirak etmək участвовать в торжествах; şənlik etmək: 1. веселиться, ликовать, радоваться. Xalq şənlik edir народ ликует, радуется; 2. торжествовать (по поводу своей победы над кем-л., успеха в чем-л.). Düşmən üzərində qələbə münəsibətilə şənlik etmək торжествовать победу над врагом

    Azərbaycanca-rusca lüğət / şənlik

şənlik sözünün inglis dilinə tərcüməsi

şənlik sözünün fransız dilinə tərcüməsi

şənlik sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. шадвал; хвешивал, хвеш; 2. шадвал, шадвилин межлис, шадлух, сувар; şənlik etmək (eləmək) шадвал авун, лугьуз-хъуьруьн, сувар авун.

    Azərbaycanca-ləzgicə lüğəti / şənlik

şənlik sözünün türk dilinə tərcüməsi

şənlik sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan qadın adlarının izahlı lüğəti.

şadlıq, sevinc, fərəh; təntənə, şadyanalıq.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

Azərbaycan kişi adlarının izahlı lüğəti

çal-çağır; şadlıq, sevinc, fərəh, təntənə, bayram.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"şənlik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şənlik nədir? #şənlik sözünün mənası #şənlik nə deməkdir? #şənlik sözünün izahı #şənlik sözünün yazılışı #şənlik necə yazılır? #şənlik sözünün düzgün yazılışı #şənlik leksik mənası #şənlik sözünün sinonimi #şənlik sözünün yaxın mənalı sözlər #şənlik sözünün əks mənası #şənlik sözünün etimologiyası #şənlik sözünün orfoqrafiyası #şənlik rusca #şənlik inglisça #şənlik fransızca #şənlik sözünün istifadəsi #sözlük