TRT Beynəlxalq 23 aprel Uşaq Şənliyi
TRT Beynəlxalq 23 aprel Uşaq Şənliyi (türk. TRT Uluslararası 23 Nisan Çocuk Şenliği) — Türkiyə Respublikasının milli bayramlarından olan 23 aprel Milli Suverenlik və Uşaq Bayramı həftəsində, 1979-cu ildən bəri hər il Türkiyə Radio Televiziya Qurumu tərəfindən təşkil edilən beynəlxalq uşaq şənliyi Qeyd edək ki, həmin il UNESCO tərəfindən "Uşaq ili" elan edilmişdir. Ona görə də TRT 23 aprel Milli Suverenlik və Uşaq Bayramını start verdiyi tədbirlərlə beynəlxalq səviyyəyə çatdırmışdır.
Həmin vaxtdan dünyadakı bir çox ölkədən bu şənlikdə iştirak etmək üçün Türkiyəyə gələn 8-14 yaşları arasındakı uşaqlar uşaqlı könüllü türk ailələr tərəfindən evlərində qonaq saxlanılır.
Şənlik hər il orta hesabla 40 ölkənin iştirakı ilə reallaşar. 1979-cu ildən bu yana, 90 fərqli ölkədən 20 minə qədər uşaq və təxminən 5 min qrup lideri bu şənliyə qatılmışdır. Şənliyi qatılan nümayəndələr öz ölkələrinin xalq oyunları ilə, mahnıları ilə və s. nümunələrlə milli mədəniyyətlərini təqdim edərlər.
Şənlik 1979-cu ildən 2000-ci ilə qədər paytaxt Ankarada təşkil olunmuşdur. Daha sonrakı illərdə isə Türkiyənin müxtəlif yerlərində – İstanbul, Quşadası, Səlcuq, Antalya və İzmir kimi şəhərlərdə təşkil edilmişdir.