Kəlbi sözü azərbaycan dilində

Kəlbi

Yazılış

  • Kəlbi • 52.9412%
  • kəlbi • 47.0588%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hişam ibn əl-Kəlbi
İbn Əl-Kəlbi (ərəb. ابن الكلبي ‎; 737, Kufə – 819[…], Kufə) kimi tanınan Hişam ibn əl-Kəlbi (737 - 819) Ərəb tarixçisi idi . Onun tam adı Əbu əl-Münhir Hişam bin Məhəmməd bin əl-Sa'ib bin Bişr əl-Kəlbi . Kufə şəhərində anadan olub, həyatının çox hissəsini Bağdadda keçirib . Atası kimi, qədim ərəblərin şəcərələri və tarixi haqqında məlumatlar toplayıb . «Fihrist»ə görə , 140 əsər yazıb. Ərəblərin şəcərələrinə dair əsəri Kitab al-Aqaniyədir . Hişam İsmail və Məhəmməd arasında bir şəcərə əlaqəsi qurdu və bütün ərəblərin İsmailin nəslindən olduğu fikrini ortaya qoydu. O, ərəblərin qədim şifahi ənənələrinə əsaslanaraq, həmçinin Bibliya və Palmira mənbələrindən istifadə edən yazıçıları da qeyd etdi . 1966-cı ildə W. Caskel, İbn əl- Kəlbinin Cəmarət əl Nasab ( Dini Genealogische Werk des Hisam Ibn Muhammad al Kalbi ) adlı iki cildlik bir araşdırmasını nəşr etdi .
Abdullah ibn Ömər Əbu Vəhhab əl Kəlbi
Əbu Vəhhab Abdullah ibni Ümeyr Kəlbi — İmam Hüseynə qoşulub İslamı qəbul etmiş xristian gənc. Kərbəla şəhidlərindən biridir. O və onun ailəsi İmam Kərbəlaya yollanarkən o həzrətin karvanına qoşulmuşdu. Yeni evlənən (bəzi rəvayətlərə görə cəmi 17 gün idi ki evlənmişdi) gəncin şəhid olan zaman 25 yaşı var idi. Aşura günündə təkbətək döyüşlər zamanı şəhid oldu. Başının üstünə gələn anasını da rəhmsizliklə şəhid etdilər. Rəvayətə görə, anasının ondan daha tez iman gətirməsi onun İslamı qəbul etməsinə zəmin yaratmışdı. Əsasən anası idi ki, onun İmam Hüseynə qoşulmağa və döyüşə atılmağa təşviq edirdi. Aşura günündə Vəhəbin başını kəsib, anasının qarşısına atanda o dedi: - “Həmd o Allaha olsun ki, onun şəhid olması ilə Rəbbim və İmam yanında başım uca, gözüm isə aydın oldu. Allaha şəhadət verirəm ki, kilsələrdəki və atəşgahlardakı xristianlar, yəhudi və atəşpərəstlər sizdən yaxşıdır” Xarəzmi deyir ki, Şimr ibni Zil-Couşən öz nökərinə onu öldürməyi əmr etdi və o da Vəhəbinin anasının başından vurub onu qətlə yetirdi.
Elnur Kəlbizadə
Elnur Həşim oğlu Kəlbizadə — tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, Beynəlxalq münasibətlər üzrə Respublika Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü, AMEA-nın "Gənc tədqiqatçı" elmi jurnalının Redaksiya Şurasının və ABŞ-də nəşr edilən Siyasi Elmlər və Beynəlxalq Münasibətlər Jurnalının (Journal of Political Science and International Relations) redaksiya heyətinin üzvü, Avrasiya Sosial və Humanitar Elmlər Jurnalının (EURASIA JOURNAL OF SOCIAL SCIENCES & HUMANITIES) rəyçisidir. == Həyatı == Elnur Kəlbizadə 15 avqust 1988-ci ildə anadan olub. Ailəlidir. İki övladı var. == Təhsili == 2005–2009-cu illərdə Lənkəran Dövlət Universitetində "Tarix və ictimaiyyat" ixtisası üzrə bakalavr təhsili alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.2010–2012-ci illərdə Naxçıvan Dövlət Universitetində "Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi" ixtisaslaşması üzrə magistr təhsili alıb. 2012-ci ildə "Naxçıvan Azərbaycanın beynəlxalq münasibətlər sistemində (XX əsr)" mövzusunda dissertasiya müdafiə edərək magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub. 2012–2016-cı illərdə AMEA Naxçıvan Bölməsində "Vətən tarixi" istiqaməti üzrə doktorantura təhsili alıb. 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Multikulturalizm dövlət siyasəti kimi" mövzusunda ixtisasartırma kursu keçib. Bakı Dövlət Universitetinin siyasi elmlər doktoru hazırlığı üzrə (İxtisas: Beynəlxalq münasibətlər) dissertantıdır. == Pedaqoji fəaliyyəti == 2014-cü ildən etibarən ölkənin müxtəlif universitetlərində (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Bakı Avrasiya Universiteti, Naxçıvan Universiteti) müxtəlif fənnlərdən Azərbaycan və ingilis dillərində mühazirələr oxuyub.
Həşim Kəlbiyev
Həşim Adil oğlu Kəlbiyev — tarixçi-etnoqraf, Lənkəran Dövlət Universitetinin qurucularından biri. == Həyatı == Həşim Adil oğlu Kəlbiyev 1957-ci il aprel ayının 18-də Lənkəran rayonunun Şilavar kəndində anadan olmuşdur. 1968-ci ildə Şilavar kənd ibtidai məktəbini, 1974-cü ildə Lənkəran şəhər 5 saylı orta məktəbini bitirmiş, 1975-77-ci illərdə SSRİ Dövlət Daxili Qüvvələrində xidmət etmişdir. 1983-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir. == Elmi-pedaqoji fəaliyyəti == Lənkəran şəhər məktəblərində müəllim və direktor müavini işləmişdir. 1992-ci ildən Lənkəran Dövlət Universitetində işləməyə başlamış və universitetin tədris sisteminin ilk qurucularından biri olmuşdur. Dövrü mətbuatda, elmi jurnallarda “Lənkəran bölgəsində məskənsalma”, “Lənkəranın ənənəvi evləri”, “Lənkəran bölgəsində ilk insan izi”, “Bəlləbur Bəzzdir”, “Lənkəran-Astara bölgəsinin ənənəvi düyü yeməkləri”, “Lənkəran bölgəsində qədim dini ayinlərin qalıqlarına dair”, “Talışların ailə məişətinin bəzi xüsusiyyətlərinə dair”, “Talışların həsirçilik sənəti və əhalinin məişətində onun yeri” və s. məqalələri, “Şilavar (Şilvo) haqqında tarixi etnoqrafik oçerklər”, “Talışların maddi və mənəvi mədəniyyət dəyərləri”, “Sənətkar ömrü”, “Ərəb müəllifləri Talış haqqında”, “Kadusilərin (qədim talışların) Azərbaycan tarixində yeri”, “Azərbaycanın Cənub-Şərq bölgəsi əhalisinin etnoqrafik xüsusiyyətləri” adlı altı kitabın və “Ali məktəb kuratoru işinə dair vəsait” adlı metodiki tədris vəsaitinin müəllifidir. == Əsərləri == 6 monoqrafiyanın, Azərbaycan, rus və türk dillərində olmaqla 40-a qədər elmi məqalənin, iki tədris metodiki vəsaitinin müəllifidir. === Monoqrafiya və kitabları === Şilavar{Şilvo} haqqında tarixi-etnoqrafik oçerklər.
Murad Kəlbiyev
Murad Kəlbiyev (tam adı: Murad Məmmədziyad oğlu Kəlbiyev; 11 yanvar 1996; Qusar, Azərbaycan — 6 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Murad Kəlbiyev 1996-cı il yanvarın 11-də Qusar rayonunun Cibir kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Murad Kəlbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Murad Kəlbiyev oktyabrın 6-da şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Kəlbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Səfər Kəlbixanlı
Səfər Kəlbixanlı — yazıçı-publisist, filologiya elmləri namizədi. == Həyatı == Səfər Əhməd oğlu Məmmədov 1962-ci ilin iyul ayının 7-də Yardımlı rayonunun Astanlı kəndində anadan olmuşdur. 1969–1979-cu illər ərzində həmin kənddə orta təhsilini almışdır. 1980–1982-ci illərdə Murmansk vilayətində hərbi xidmətini keçmişdir. 1984-cü ildə M. F. Axundov adına APRDƏİ-yə (indiki Bakı Slavyan Universitetinə) daxil olmuş və 1989-cu ildə buranı fərqlənmə diplomi ilə bitirmişdir. Təsilini başa vurduqdan sonra Cəlilabad rayonunun Alar kəndində təyinatla işləməyə göndərilmişdir. 1 yanvar 1992-ci ildə M. F. Axundov adına APRDƏİ-nin əyani aspiranturasına daxil olmuşdur. 1994-cü ildə "Müasir rus və Azərbaycan nəsrində mənəviyyat problemləri"(Y. Bondarev və İ. Şıxlının müharibə mövzulu əsərləri və onların tərcümələri əsasında) namizədlik dissertasiyasını müdafə etmişdir. 1994-cü ildən filologiya elmləri namizədi, müəllim, baş müəllim, 2003-cü ildən dosentdir. Hazırda Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Müasir rus ədəbiyyatı kafedrasının dosenti və Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin dekanıdır.
Telman Kəlbiyev
Telman Yadigar oğlu Kəlbiyev (24 mart 1988; Neftçala rayonu, Azərbaycan SSR — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Telman Kəlbiyev 1988-ci il martın 24-də Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Telman Kəlbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Telman Kəlbiyev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Telman Kəlbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Telman Kəlbiyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Yaşar Kəlbiyev
Kəlbiyev Yaşar Atakişi oğlu — iqtisadi elmləri doktoru. == Həyatı == 4 aprel 1964 -cü ildə Lerik rayonunun Rəzgöv kəndində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) mühəndis-iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və 1991-ci ilin yanvarından 1993-cü ilin dekabrına kimi həmin təhsil müəssisəsinin əyani şöbəsinin aspiranturasında təhsil almışdır. 1994-1995-ci illərdə ADNA-da «Maşınqayırma sənayesinin iqtisadiyyatı və idarə edilməsi» kafedrasının assistenti vəzifəsində çalışmış və 1990-cı illərin əvvəllərindən başlayaraq 1995-ci ilə qədər eyni zamanda müxtəlif özəl təşkilatlarda əvəzçiliklə baş mühasib vəzifəsində işləmişdir. 1995-1999-cu illərdə Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetində baş iqtisadçı vəzifəsində çalışmaqla yanaşı ADNA-da əvəzçiliklə elmi pedaqoji fəaliyyətini də davam etdirmişdir. 1999-cu ilin dekabrından başlayarq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsində şöbə rəisi vəzifəsində çalışmışdır. Bu müddətdə AR Vergi Məcəlləsinin ilkin layihəsinin və vergitutma ilə bağlı AR Nazirlər Kabinetinin qərar layihələrinin hazırlanmasında, onun müxtəlif nazirliklərlə razılaşdırılması prosesində, həmçinin iqtisadi sahədə hazırlanan yeni qanunların ilkin layihələrinin hazırlanmasında və onlara rəy verilməsində də iştirak etmişdir. 2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) saathesabı üzrə, 2005-ci ildən əvəzçiliklə dosent vəzifəsində elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. 2002-ci ilin noyabr ayından başlayarq hazırkı vaxta kimi Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi vəzifəsində işləyir. 2008-ci ildən ADİU-da «Vergi və vergiqoyma» kafedrasının əvəzçiliklə müdiri vəzifəsini icra edir.
Şaiq Kəlbiyev
Şaiq Kəlbiyev (əsgər, 1971) — Qarabağ müharibəsi şəhidi. Şaiq Kəlbiyev (əsgər, 1994) — Vətən müharibəsi şəhidi.
Şaiq Kəlbiyev (əsgər)
Şaiq Kəlbiyev (əsgər, 1971) — Qarabağ müharibəsi şəhidi. Şaiq Kəlbiyev (əsgər, 1994) — Vətən müharibəsi şəhidi.
Şaiq Kəlbiyev (əsgər, 1971)
Şaiq Tahir oğlu Kəlbiyev (18 iyun 1971, Aşağı Cürəli, Puşkin rayonu – 12 iyun 1993, Mərzili, Ağdam rayonu) — "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş döyüşçü, Qarabağ müharibəsi şəhidi. == Həyatı == === Erkən illəri === Şaiq Kəlbiyev 1971-ci ilin iyunun 18-də Biləsuvar rayonu Aşağı Cürəli kəndində anadan olmuşdur. 1977-ci ildə Aşağı Cürəli kənd orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 1984-cü ilə həmin orta məktəbi bitirdikdən sonra Şaiq 146 saylı peşə məktəbində təhsilini davam etdirmişdir. === Hərbi illəri === 2 il Belarusanın paytaxtı Minsk şəhərində tank alayında hərbi xidmətdə olan Şaiq Biləsuvara qayıdaraq burada sürücülük peşəsi ilə təhsil alıb. Sürücülük təhsilini başa vuran Şaiq 1992-ci ilin oktyabrında Azərbaycan ordusunda xidmətə başlayıb. Şaiq Kəlbiyev 1993-cü ilin yanvarından motoatıcı taborda xidmətini davam etdirir. Şaiq Kəlbiyevin rus ordusu çəkiləndə yararsız hala saldığı bəzi texnikaların bir mütəxəssis kimi döyüş vəziyyətinə gətirilməsində böyük rolu olmuşdur. === Ölümü === İyunun 12-nin ikinci yarısında xəbər gəldi ki, erməni silahlı qüvvələri ağır texnika ilə Ağdam rayonunun cənub – şərqində yerləşən Mərzili kəndini alıb, artıq Yusifcanlı kəndinə soxulmaqdadır. Düşmənin qarşısını almaq üçün xüsusi tapşırıq alan Şaiq və dostları PDM ilə Yusifcanlıya doğru hərəkət etdilər.
Şaiq Kəlbiyev (əsgər, 1994)
Şaiq Namiq oğlu Kəlbiyev (10 sentyabr 1994, Sahil – 15 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şaiq Kəlbiyev 1994-cü il sentyabrın 10-da Bakı şəhərində anadan olub. 2002-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində E. Eyyubov adına 273 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub və 2007-ci ilə qədər orada təhsil alıb. 2007-ci ildə təhsilini Qaradağ rayonunun Sahil qəsəbəsində 319 nömrəli tam orta məktəbdə davam edib və 2012-ci ildə məzun olub. 2012–2014-cü illərdə Sosial-İqtisadi Kollecində təhsil alıb. == Hərbi xidməti == Şaiq Kəlbiyev 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət olub. 2016-cı ilin 2–5 aprelində baş verən döyüşlərdə savaşıb. Döyüş meydanından yaralı hərbçilərin çıxarılmasında və Cəbrayıl rayonu istiqamətində Lələtəpə strateji nöqtəsinin işğaldan azad edilməsi zamanı fərqlənib. Könüllü olaraq SHXÇDX-nin Qaradağ Rayon Şöbəsinə müraciət edən Şaiq Kəlbiyev, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şaiq Kəlbiyev oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
İsa Kəlbiyev
İsa Rəhim oğlu Kəlbiyev (21 sentyabr 2002; Göytəpə, Cəlilabad rayonu, Azərbaycan — 13 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. == Həyatı == İsa Kəlbiyev 21 sentyabr 2002-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində Rəhim Kəlbiyevin və Nəfisə Kəlbiyevanın ailəsində anadan olmuşdur. 2008-2019-cu illərdə Cəlilabad rayon Göytəpə şəhər 1 saylı tam orta məktəbdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == İsa Kəlbiyev 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində sıravi əsgər kimi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra "müddətdən artıq hərbi xidmət" kurslarına yazılmışdır. Kursları bitirən İsa Kəlbiyev Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət edirdi. 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2011 •••••••••• 0.09
2014 •••••••••••••••••••• 0.17
2017 ••••••••••••••••••• 0.16

kəlbi sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. itə aid olan.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

“Kəlbəli” (bax) adının qısaldılmış forması.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"kəlbi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəlbi nədir? #kəlbi sözünün mənası #kəlbi nə deməkdir? #kəlbi sözünün izahı #kəlbi sözünün yazılışı #kəlbi necə yazılır? #kəlbi sözünün düzgün yazılışı #kəlbi leksik mənası #kəlbi sözünün sinonimi #kəlbi sözünün yaxın mənalı sözlər #kəlbi sözünün əks mənası #kəlbi sözünün etimologiyası #kəlbi sözünün orfoqrafiyası #kəlbi rusca #kəlbi inglisça #kəlbi fransızca #kəlbi sözünün istifadəsi #sözlük