* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. məh. Yüksək, hündür, uca. Qazamat istidir, yata bilmirəm; Barısı qəlbidir, aşa bilmirəm. “Qaçaq Nəbi”. [Qəhrəman] ötən qış çovğunda qəlbi bir ağacdan yıxılıbdır. S.Rəhimov. Uzaqlarda görünən qəlbi dağların üzərindəki buludların min rəngə boyandığı zaman Sərvinaz … tarlanın qırağına çıxdı. Ə.Vəliyev. // İs. mənasında. Hündür yer. …Xanımlar əllərində uzun ağac, ucunda ağ dəsmal, duracaqlar qəlbidə. N.Vəzirov.
Azərbaycan dilinin izahlı lüğəti / qəlbi3 ə. qəlbə aid olan, ürəyə məxsus olan; candan gələn, könüldən gələn.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / qəlbi4 Yüksək, hündür, uca. Eyvanını tikdiribsən qəlbidən, Sərraf olan dürrü seçər qəlbidən. (“Müğüm şah”) * Qəlbi havaynan uçarsan, Endirəydim, könül, səni. Budaq-budaq gül dalına Qonduraydım, könül, səni. (“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikası / qəlbi1 QƏLBİ – ALÇAQ Göylərə baş vuran bu qəlbi dağlar; həyata çağırır hər zaman bizi (S.Vurğun); İndi dostunun evində onun başaltısı alçaq idi (Ə.Vəliyev).
Azərbaycan dilinin antonimlər lüğəti / qəlbi(Ağdam, Bərdə, Bolnisi, Borçalı, Daşkəsən, Füzuli, Gədəbəy, İmişli, Kəlbəcər, Kürdəmir, Qarakilsə, Naxçıvan, Ordubad, Şuşa, Tərtər, Zəngilan) hündür, uca. – Qəlbi dağlarda ala-tala qar görünürdü (Şuşa); – Qəlbi yerə su çıxmaz (Tərtər); – Öyün barısı qəlbi olsa yaxşıdı (Bərdə); – Bu ağaş onnan qəlbidi xeylax (Gədəbəy); – Kitaflar qəlbidədi, əlim çatmır (Füzuli); – Bı qəlbi yerdə əv tikdilər (İmişli); – Atdan qəlbi, itdən alçax (Qarakilsə)
Azərbaycan dilinin dialektoloji lüğəti.