kələ-kötür sözü azərbaycan dilində

kələ-kötür

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kələ-kötür • 93.5484%
  • Kələ-kötür • 6.4516%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.09

kələ-kötür sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Üstü hamar olmayan, nahamar; girintili-çıxıntılı (səth haqqında). Kələ-kötür divar. Kələ-kötür daş. – İri kələ-kötür ətəkləri qaratikan kolları ilə döşənmiş dağlar arasında yuxarı qalxdıqca təbiət və hava bütün başqalaşır. A.Şaiq. …Qayıq fənər işığında aydın görünən boz, kələ-kötür qayaların üç-dörd addımlığında idi. M.Hüseyn. 2. Qaba, kobud, yöndəmsiz, yaraşıqsız, biçimsiz. Kələ-kötür əl. – Dəmirçioğlu baxdı ki, [Koroğlu] bir yekəpər, kələ-kötür adamdı, üz-gözündən zəhm yağır. “Koroğlu”. O barmaqların hamısı, bir-birinə oxşayan kələkötür barmaqlardır. M.S.Ordubadi. // Düzgün olmayan, əyri-üyrü, biçimsiz. Kələ-kötür hərflər və əyri xətlərlə adi şagird dəftərinin dörd vərəqini tutan bu kağız imzasız idi. M.İbrahimov. Bir də ki, kələ-kötür xətlə yazılmış sözləri oxuyub, xeyir xəbər olduğunu gördüm. H.Seyidbəyli. 3. məc. İncəlikdən məhrum; qaba, kobud. [Kərəmov:] Axır zamanlar bir az sən də kələkötür (z.) danışmağa başlamısan. S.Rəhman. 4. məc. Əzablı, əziyyətlə dolu, ağır, əziyyətli. [Firidun] ömrünün kələ-kötür və tikanlı keçmişini deyil, min bir xəyal və ümidlə dolu gələcəyini düşünürdü. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / kələ-kötür

kələ-kötür sözünün sinonimləri (yaxın mənalı sözlər)

kələ-kötür sözünün rus dilinə tərcüməsi

  • 1 шершавый, шереховатый, негладкий, неровный, корявый, ухабистый

    Azərbaycanca-rusca lüğət / kələ-kötür
  • 2 I прил. 1. шершавый, шероховатый, негладкий, неровный. Kələ-kötür dəri шершавая кожа, kələ-kötür daşlar шероховатые камни, kələ-kötür səth неровная поверхность, kələ-kötür yarpaq бот. шероховатый лист 2. корявый: 1) загрубевший, узловатый. Kələ-kötür barmaqlar корявые пальцы 2) неровный, некрасивый. Kələ-kötür xətt корявый почерк, kələ-kötür hərflər корявые буквы 3. ухабистый. Kələ-kötür yol ухабистая дорога 4. перен. грубый. Kələ-kötür danışıq грубый разговор 5. перен. разг. нелегкий. Kələ-kötür keçmişi kimin нелегкое прошлое чьё, кого II нареч. 1. коряво. Kələ-kötür yazmaq писать коряво 2. грубо. Kələkötür danışmaq говорить грубо

    Azərbaycanca-rusca lüğət / kələ-kötür

kələ-kötür sözünün inglis dilinə tərcüməsi

kələ-kötür sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. rugueu||x, -se ; raboteu||x, -se ; âpre à toucher ; inégal, -e, rude ; grenu, -e ; ~ yol route f cahotante ; ~ dəri cuir m grenu ; ~ səth surface f rugueuse ; ~ sifət visage m rugueux

    Azərbaycanca-fransızca lüğət / kələ-kötür

kələ-kötür sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. цӀалцӀам тушир, дуьз тушир, лекъвер-синер авай (мес. цал); 2. векъи, кубут, какур, кӀалубсуз (мес. гъилер); 3. чӀуру, пис (мес. хатӀ); 4. пер. векъи, кубут (мес. рахун); 5. пер. азабривди ацӀай, залан, четин, кутӀам (мес. уьмуьрдин рекьер).

    Azərbaycanca-ləzgicə lüğəti / kələ-kötür

"kələ-kötür" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kələ-kötür nədir? #kələ-kötür sözünün mənası #kələ-kötür nə deməkdir? #kələ-kötür sözünün izahı #kələ-kötür sözünün yazılışı #kələ-kötür necə yazılır? #kələ-kötür sözünün düzgün yazılışı #kələ-kötür leksik mənası #kələ-kötür sözünün sinonimi #kələ-kötür sözünün yaxın mənalı sözlər #kələ-kötür sözünün əks mənası #kələ-kötür sözünün etimologiyası #kələ-kötür sözünün orfoqrafiyası #kələ-kötür rusca #kələ-kötür inglisça #kələ-kötür fransızca #kələ-kötür sözünün istifadəsi #sözlük