kələf sözü azərbaycan dilində

kələf

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kələf • 76.9231%
  • Kələf • 19.2308%
  • KƏLƏF • 3.8462%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bazu kələfi
Bazu kələfi lat. plexus brachialis dörd aşağı boyun sinirlərinin və qismən IV boyun və I döş sinirlərinin ön şaxələrindən əmələ gəlir. Bəzən II döş sinirinin ön şaxəsindən də kiçik şaxəcik alır. Ön pilləli və orta pilləli əzələlərin arasından xaricə çıxaraq, aşağı, bayır tərəfə gedir, körpücük sümüyünün altından qoltuq çuxuruna daxil olur. Körpücüküstü və körpücükaltı çuxurları keçərkən körpücükaltı arteriyadan yuxarı və dala yerləşir, öz vəziyyətinə görə iki hissəyə bölünür: körpücüküstü hissə lat. pars supraclavicularis və körpücükaltı hissə lat. pars infraclavicularis. Bazu kələfi qoltuq çuxuruna daxil olarkən üç dəstəyə ayrılır: bayır, içəri və dal dəstələr - lat. fasciculi lateralis, medialis et posterior. Bunlar qoltuq çuxurunda qoltuq arteriyasını əhatə edirlər.
Bel kələfi
Bel kələfi lat. plexus lumbalis üç yuxarı bel və qismən XII döş (ThXII) və IV bel sinirlərinin (L4) ventral şaxələrindən təşkil olunur. IV bel sinirinin ventral şaxəsinin çox qismi bel kələfində iştirak edir, az bir hissəsi isə V bel sinirinin venteral şaxəsi ilə birləşərək bel-oma kötüyünü (lat. truncus lumbosacralis) təşkil edir. XII döş sinirinin ancaq kiçik bir şaxəsi bel kələfində iştirak edir. Bel kələfi bel fəqərələrinin köndələn çıxıntılarının önündə lat. m. psoas major daxilində yerləşmişdir. == Verdiyi şaxələr == Əzələ şaxəsi lat. rami musculares Qalça-qarınaltı sinir lat.
Boyun kələfi
Boyun kələfi lat. plexus cervicalis üç yuxarı və qismən IV boyun sinirlərinin (C1-C3 və qismən C4) ön şaxələrindən əmələ gələrək ota pilləli və kürəyi qaldıran əzələlərin başlanan uclarının önündə yerləşir və döş-körpücük-məməyəbənzər əzələ ilə örtülü olur. Boyun kələfindən çıxan şaxələr üç qrupa bölünür: birləşdirici, dəri və əzələ şaxələri.
Büzdüm kələfi
Büzdüm kələfi lat. plexus coccygeus - V oma və büzdüm sinirinin ön şaxələrindən (S5-Co) əmələ gəlir. Kələf büzdüm əzələsi ilə oma-tin bağının önündə yerləşmişdir və oma kələfi ilə rabitədədir. Büzdüm kələfi lat. nn. ancoccygei özündən adlanan bir neçə şaxələr verir. Bu şaxələr büzdüm əzələsinin önü ilə əvvəlcə aşağı gedir, sonra arxaya keçərək büzdüm sinirinin dal şaxəsi ilə birlikdə büzdüm nahiyəsinin dərisini innervasiya edir. Kələfdən eyni zamanda bir neçə əzələ şaxəsi çıxaraq büzdüm əzələsini, anusu qaldıran əzələni innervasiya edir.
Oma kələfi
Oma kələfi (lat. Plexus sacralis) — sinir kələfi olub, IV və V bel sinirlərinin ön şaxələri, eləcə də dörd oma sinirlərindən (SI — SIV) təşkil olunmuşdur. Oma kələfi kiçik çanaqda, armudu əzələninön səthində yerləşir. Oma kələfini təşkil edən sini kötükləri böyük oturaq dəliyinə istiqamətlənərək bir yerə toplaşır və üçbucaq şəkilli qalın bir sinir kötüyünü təşkil edir. Üçbucaq şəkilli bu kötüyün ardını bədəndə ən böyük sinir olan oturaq siniri - (lat. n. ischiadicus) təşkil edir. Oma kələfindən iki qrup: çanaq əzələlərinə məxsus qısa və aşağı ətraf əzələlərinə və dərisinə məxsus uzun şaxələr çıxır. == Qısa şaxələr == Əzələ şaxəsi lat. ramus musculares - armudu, daxili qapayıcı, ekiz əzələləri budun kvadrat əzələsini, anusu qaldıran əzələni və büzdüm əzələsini innervasiya edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.34

kələf sözünün leksik mənası və izahı

  • 1 is. 1. Yumru şəkildə sarınmış sap, iplik, məftil və s.; yumaq. Yumşaq sap kələfi. İp kələfi. Kələf sarımaq. – [Üçüncü qız:] Qarı nənə, yunu əyirdim. Kələfi yumaqlayıb qurtardım. M.Dilbazi. 2. məc. Dolaşıq şey haqqında. [Fərhad] fikirləşdikcə fikri uzandı və düyün düşmüş fikir kələfi açılmağa başladı. Ə.Vəliyev. Diksinib qaçıram; qafiyələrin dolaşıq kələfindən. R.Rza. ◊ Kələf dolaşmaq – çıxılmaz, çətin, dolaşıq vəziyyət yaranmaq. [Süleyman:] …Kələf yaman dolaşdı. M.İbrahimov. [Camal:] Nə xəbər verəydim, kələf elə dolaşıb ki… S.Rəhman. Kələf kimi (təki) – dolaşıq, pırtlaşmış, qarışıq. Kələfi dolaşdırmaq – bir şeyi qarışdırmaq, dolaşdırmaq, daha çətin vəziyyətə salmaq. Göründüyü kimi, bütün kələfi dolaşdıran ovurtdaq hesabdar cənabı idi. S.Rəhimov. Kələfi qarışmaq – vəziyyəti xarablaşmaq, ağırlaşmaq, əhvalı daha da pozulmaq. O, dörd gün belə bir qızdırma içində yatdı, beşinci gecəsi onun kələfi qarışdı, səhərə yaxın keçindi. S.Rəhimov. Kələfin ucu açılmaq – bir işin səbəbi müəyyənləşmək, izi, kökü tapılmaq, məlum olmaq. Kələfin ucunu itirmək – pis vəziyyətə düşmək, hadisələrdən baş açmamaq, nə edəcəyini bilməmək, dolaşıb qalmaq. Kələfin ucunu tapmaq (ələ keçirmək) – bir işin izinə düşüb kökünü, səbəbini tapmaq, müəyyənləşdirmək. [Sərhəngə] elə gəldi ki, müxtəlif iplərin bir-birinə ilişdiyi nöqtə, kələfin ucu əlinə keçmişdir. M.İbrahimov. Pristav kələfin ucunu tapmaq üçün zəmi sahibi olan Camalı həbs eləyib, strajniklərin qabağına qatdı. Ə.Abasov. İpək kələfinə döndərmək – yumşaltmaq, xasiyyətini həlimləşdirmək, rəftarını yaxşılaşdırmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / kələf

kələf sözünün sinonimləri (yaxın mənalı sözlər)

kələf sözünün rus dilinə tərcüməsi

  • 1 1. прядь; 2. клубок, моток;

    Azərbaycanca-rusca lüğət / kələf
  • 2 сущ. 1. клубок: 1) шарообразный моток. Kələfi açmaq разматывать, размотать клубок, kələf sarımaq наматывать клубок, bir kələf sap клубок ниток, yun kələfi клубок шерсти, ipək sap kələfi клубок шелковых ниток 2) перен. запутанное сцепление множества чего-л. Ziddiyyətlər kələfi клубок противоречий, dolaşıq məsələlər kələfi клубок запутанных вопросов 2. анат. сплетение (скопление нервных узлов). Sinir kələfi нервное сплетение, günəş kələfi солнечное сплетение, bel kələfi поясничное сплетение, boyun kələfi шейное сплетение ◊ kələfi dolaşmaq попасть в переплет (в переделку), запутаться, попасть в затруднительное положение; kələf kimi (təki) спутанный, запутанный как клубок; kələfi qarışıb kimin ухудшилось состояние, здоровье чьё, кого; kələfi dolaşdırmaq спутать, запутать что либо; kələfin ucunu itirmək: 1. потерять нить (разговора, мысли и т.п.); 2. растеряться; 3. не уметь контролировать свои действия, поступки и т.п.; kələfin ucunu tapmaq распутать клубок, напасть на след; ipək kələfinə döndərmək делать, сделать шелковым (о человеке); ipək kələfinə dönmək становиться, стать шелковым (кротким, послушным)

    Azərbaycanca-rusca lüğət / kələf

kələf sözünün inglis dilinə tərcüməsi

kələf sözünün fransız dilinə tərcüməsi

kələf sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. кӀетӀ, киткин; ip kələfi гъаларин кӀетӀ; 2. пер. рах. келеф (акахьай затӀунин гьакъинда); ** kələf dolaşmaq келефдал штӀухар акьалтун (фин), кӀеве гьатун, гзаф четин, эхкъечӀиз тежер везият арадал атун; kələfi qarışmaq везият (гьалар) чӀур хьун, пис хьун; kələfin ucu açılmaq келефдин кьил жугъун (гъиле гьатун), штӀухар ахъа хьун (алатун), са кардин себеб (кӀан-пун) чир хьун, жугъун, малум хьун; kələfin ucunu itirmək келефдин кьил квадарун (квахьун), пис везиятда гьатун, ийир-тийир хьун (квахьун), кьил акахьна (ийир-тийир хьана) вуч ийидатӀа течиз амукьун; kələfin ucunu tapmaq (ələ keçirmək) келефдин кьил жугъурун, са кардин гуьгъуьна гьатна адан себеб (кӀан-пун) чирун.

    Azərbaycanca-ləzgicə lüğəti / kələf

"kələf" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kələf nədir? #kələf sözünün mənası #kələf nə deməkdir? #kələf sözünün izahı #kələf sözünün yazılışı #kələf necə yazılır? #kələf sözünün düzgün yazılışı #kələf leksik mənası #kələf sözünün sinonimi #kələf sözünün yaxın mənalı sözlər #kələf sözünün əks mənası #kələf sözünün etimologiyası #kələf sözünün orfoqrafiyası #kələf rusca #kələf inglisça #kələf fransızca #kələf sözünün istifadəsi #sözlük