Şək sözü azərbaycan dilində

Şək

Yazılış

  • Şək • 50.4348%
  • şək • 47.8261%
  • ŞƏK • 1.7391%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacı xan Şəkili
Hacı xan Səlim xan oğlu Şəkili (d.?-ö.?) — Kirmanşah valisi. == Həyatı == Səlim xanın ikinci oğlu Hacı xan Şəki şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Atası ilə bərabər İrana qaçmışdı. Məşədi Məhəmməd adlı şəxs Səlim xanın oğlu Hacı xanın tapşırığı ilə 1837-ci ildə Şəkiyə gəlmişdi. O, burada özünü xanın varisi kimi qələmə verərək ətrafına xeyli adam toplamış və çarizm əleyhinə təbliğata başlamışdı. 1838-ci il avqustun sonlarında üsyançılar Şəki vilayətinə daxil oldular. Əhalinin əhvali-ruhiyyəsinə güvənən Ağa bəy və Məşədi Məhəmmədin dəstəsi Şəkiyə yaxınlaşdı. Komendant idarəsinin məmurları da orada idilər. İlk həmlədən üstünlüyü ələ alan üsyançılar, qala istisna olmaqla, şəhəri ələ keçirdilər.
Hüseyn xan (Şəki xanı)
Hüseyn xan — sonuncu Şəki xanı. Şəkinin yerli xanlarından biri olan Səlim xanın oğlu idi. II Rus-İran müharibəsi (1826-1828) başlayanda Hüseyn xan İranda yaşayırdı. Çox güman ki o, İrana yalnız 1806-cı ilin sonunda — Şəkidən mühacirət edən atası ilə birlikdə getmişdi. II Rus — İran müharibəsinin əvvəllərində İran şahzadəsi Abbas Mirzə böyük bir ordu ilə Cənubi Qafqaza daxil olarkən Hüseyn xana qoşun verib Nuxaya göndərir. Hüseyn xan 11 avqust 1826-cı il tarixdə Nuxaya daxil olur və heç bir müqavimətlə üzləşmir. Çünki rus əsgərləri onun gəlişindən 3 gün əvvəl — 8 avqust tarixində, artıq Nuxanı tərk etmişdilər. Hüseyn xanın Nuxaya gəlməsi, həm 7 il əvvəl ruslar tərəfindən rəsmən ləğv edilmiş Şəki xanlığını bərpası və həm də 20 il əvvəl onların devirdikləri Hacı Çələbi xan sülaləsinin Şəki xanlığında yenidən hakimiyyətə qayıdışı demək idi. Abbas mirzənin özü də Nuxaya gəlib çıxmışdı və burada onun atasının — İran şahı Fətəli xan Qacarın, adından sikkə zərb edilməsinə başlanılmışdı. Lakin Abbas mirzənin Gəncə yaxınlığında ruslar tərəfindən məğlub edilməsi və onun 30 sentyabrda Arazı keçib İrana geri çəkilməsi nəticəsində hərbi dəstəkdən məhrum olan Hüseyn xan, bundan sonra cəmi 1 ay yerində duruş gətirə bildi.
Həbib ağa Şəkinski
Həbib xan Süleyman xan oğlu Şəkinski — Çar Rusiyasında polis pristavı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzasının rəisi. == Həyatı == Həbib xan Şəkinski 1880-ci ildə Şuşa şəhərində doğulmuşdur. İbtidai təhsilini molla yanında almış, sonra Şuşa real məktəbini bitirmişdi. Çar Rusiyası dövründə Zəngəzur qəzasının Dığ nahiyəsində polis pristavı işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəza rəisini əvəz etmişdir. Zəngəzurun Akara, Muradxanlı, Novruzlar kəndləri Həbib xan Şəkinskiyə məxsus olmuşdur. O, 1956-cı ildə Bakıda vəfat edib. == Ailəsi == Şəki xanı Səlim xanın və Qarabağ xanı İbrahimxəlil xanın nəvəsinin nəvəsidir. Süleyman xan Şəkinskinin oğlu Həsən ağanın oğlu Süleyman xanın oğludur.[mənbə göstərin] Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı Ağca (Həcər) xanım Mirzə Kərim bəy qızı Hacıyeva ilə ailə həyatı qurmuşdu. Süleyman adlı oğlu, Barat xanım və Səriyyə xanım adlı qızları var idi.
Həbib xan Şəkinski
Həbib xan Süleyman xan oğlu Şəkinski — Çar Rusiyasında polis pristavı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzasının rəisi. == Həyatı == Həbib xan Şəkinski 1880-ci ildə Şuşa şəhərində doğulmuşdur. İbtidai təhsilini molla yanında almış, sonra Şuşa real məktəbini bitirmişdi. Çar Rusiyası dövründə Zəngəzur qəzasının Dığ nahiyəsində polis pristavı işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəza rəisini əvəz etmişdir. Zəngəzurun Akara, Muradxanlı, Novruzlar kəndləri Həbib xan Şəkinskiyə məxsus olmuşdur. O, 1956-cı ildə Bakıda vəfat edib. == Ailəsi == Şəki xanı Səlim xanın və Qarabağ xanı İbrahimxəlil xanın nəvəsinin nəvəsidir. Süleyman xan Şəkinskinin oğlu Həsən ağanın oğlu Süleyman xanın oğludur.[mənbə göstərin] Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı Ağca (Həcər) xanım Mirzə Kərim bəy qızı Hacıyeva ilə ailə həyatı qurmuşdu. Süleyman adlı oğlu, Barat xanım və Səriyyə xanım adlı qızları var idi.
II Kvirike (Şəki-Kaxeti hökmdarı)
II Kvirike (Şəki/Eretidə); IV Kvirike (Kaxetidə (gürc. კვირიკე IV )) – Şəki-Kaxeti hökmdarı. Mənbələrdə adı ilk dəfə 1082-ci ildə çəkilir və 1104-cü ildə vəfat etməsi göstərilir. XVIII əsr gürcü tarixçi-coğrafiyaşünası Vaxuşti Baqrationi isə səhvən II Kvirikenin 1084-сü ildən 1102-ci ilə qədər hakimiyyətdə olduğunu və 1102-ci ildə vəfat etdiyini göstərir. ХII əsr erməni tarixçisi Samuel Anesi 1082-ci il üçün Şəki çarı Kverikenin adını çəkir. “Çarlar-çarı Davidin həyatı” adlanan ХII əsr anonim gürcü mənbəsinə görə “Çarlar-çarı Davidin həyatı”na görə, Gürcü çarı IV David Zeda-Zedeni qalasını II Kvirikenin əlindən aldıqdan bir il sonra (1104) II Kvirike vəfat etmişdir. Zeda-Zedeni (Zedazeni) qalası Tiflisin şimalında idi və “Kartlis tsxovreba”nın XVI əsr redaktəsində (“Çariça Annanın siyahısı”) çar Davidin həmin qalanı 1003-cü ildə ələ keçirməsi göstərilir. == İstinadlar == == Ədəbiyyat == Мусхелишвили Д. Л. Из исторической географии восточной Грузии (Шаки и Гогорена). Тбилиси: Мацниереба. 1982.
Kiş (Şəki)
Kiş — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kiş çayının sahilində, dağətəyi ərazidədir. Qədim yaşayış məntəqələrindəndir. Alban tarixçisi Movses Kalankatlının "Alban tarixi" əsərində adı Kis kimi çəkilir. Onun yazdığına görə, ilk xristian missionerlərindən biri olan Yenisey təqr. 74-cü ildə Uti vilayətinin Kis kəndinə gəlib kilsə tikmışdır. Bu, bütün Cənubi Qafqaz ərazisində ilk xristianlıq məbədi idi. Kilsə əvvəllər burada mövcud olmuş qədim sitayiş yerində tikilmişdır. Kiş fars dilində "kult, sitayiş yeri" mənasındadır.
Konya Şəkərspor
Anadolu Səlcuqspor FK (türk. Anadolu Selçukspor) — Türkiyənin 3-cü liqasında mübarizə aparan Konya futbol klubu. == Tarixi == 1955-ci ildə Konya şəhər fabriki işçiləri tərəfindən "Konya Şəkərspor" adı ilə qurulmuşdur. 2005-ci ilə qədər ancaq həvəskar liqalarda mübarizə aparmışdır. 2004–05 mövsümündə Türkiyənin 4-cü divizyonuna yüksəlməyi bacarmışdır. 2005–06 mövsümündə liqanın 3-cü qrupunu 15-ci yerdə bitirərək yenidən həvəskar liqaya düşən klub 2007–08 mövsümündə yenidən 4-cü divizyona qayıtmışdır. Həmin mövsüm Levent Numanoğlunun baş məşqçi olduğu "Konya Şəkərspor" 3-cü yeri tutaraq 3-cü divizyona yüksəlmişdir. İlk mövsümündəcə pley-offa qatılan komanda yarımfinalda "Tarsus İY" klubuna 1:3 uduzaraq finala çıxa bilməmişdir. 2010–11 mövsümündə yenidən pley-offun yarımfinalına çıxmış, amma "Sakaryaspor"a 1:3 məğlub olmuşdur. 2012–13 mövsümündə "Konyaspor" tərəfindən satın alınıb 2-ci komanda olduğundan adı "Anadolu Səlcuqluspor" olaraq dəyişdirilmişdir.
Kosalı (Şəki)
Kosalı — Azərbaycan Respublikasının Şəki rayonunun Küdürlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Daşüz kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Kosalı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Köhnə Şəki
Şəki şəhəri — Orta əsrlərdə mövcud olmuşdur. Şəkinin adı çəkilən ilk tarixi hadisə isə, 6-cı əsrə aiddir; IX əsr ərəb tarixçisi Əl-Bəlazuri VI əsrdə baş vermiş hadisələrdən bəhs edərkən, göstərir ki, İran şahı I Xosrov Ənuşirəvan öz hakimiyyəti dövründə (531-579) "Arran torpağında Şəkkən (Şəki), Kəmibəran qapılarını və dudaniyyə qapılarını saldırıb. Ziya Bünyadov isə bu hissəni Şəki şəhərini saldırıb kimi tərcümə etmişdir. 1823-cu ildə tərtib olunmuş xəritədə Şəki xanlığının paytaxtı Nuxa şəhəri ilə yanaşı, köhnə paytaxt əski Şəki şəhərinin yeri də göstərilir. Əski Şəki şəhəri 1833-cü ilə aid digər bir mənbədə "əhəmiyyətsiz kənd" kimi təqdim edilir və orada bu kəndin daha əvvəl böyük şəhər olması, xanlığın paytaxtı olması qeyd olunur. Amma nəzərə alınmalıdır ki, 1819-cu ildən başlayaraq, sabiq Şəki xanlığı ərazisində aparılmış siyahıyaalma sənədlərində cəmi 3-4 evdən ibarət olan kəndlər qeydə alındığı halda, "Şəki" adlı heç bir yer qeydə alınmamışdır. Bu səbəbdən güman etmək olar ki, göstərilən 1833-cü il mənbəsinin və 1823-cü il xəritəsinin müəllifləri Şəki kəndinin yerini göstərərkən, daha köhnə, 1819-cu ildən əvvəlki məlumatlara istinad etmişlər. Hal-hazırda əski Şəki şəhərinin yeri ilə bağlı tədqiqatçılar arasında fikir ayrılığı var, müxtəlif fikirlər irəli sürülür və mübahisələr həllini tapmamışdır. Arxeoloji qazıntılar nəticəsində də əski Şəki şəhərinin yeri ilə bağlı heç bir nəticə yoxdur. Mənbələrdə qeyd olunur ki Şəki xanı Hacı Çələbi xan xanlığın paytaxtını Nuxa şəhərinə köçürmüşdür.
Küdürlü (Şəki)
Küdürlü — Azərbaycan Respublikasının Şəki rayonunun Küdürlü kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Şəki rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonim Azərbaycan dilinin dialektlərində işlənən kudur/kudru/kudri (quru iqlimli yer, su çıxmayan ərazi) sözündən və -lu şəkilçisindən düzəlib, ərazinin coğrafi movqeyini təyin edir. == Əhalisi == Kəndin əhalisi 472 nəfər təşkil edir ki, onun da 235 nəfəri kişi, 237 nəfəri isə qadındır.
Kəhrizə-i Şəkək (Sulduz)
Kəhrizə-i Şəkək (fars. كهريزه شكاك‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (36 ailə).
Mirzə Fətəli Axundovun ev muzeyi (Şəki)
Mirzə Fətəli Axundovun ev muzeyi — Azərbaycan yazıçısı, maarifçisi, şairi, materialist filosofu və ictimai xadimi, Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundovun Şəkidə yerləşən ev muzeyi. Axundov bu evdə doğulub və onun uşaqlıq və yeniyetməlik dövrləri də burada keçib. Bu muzey həm də Azərbaycanda açılmış ilk xatirə muzeyidir. == Tarixi == Ev 1800-cü ildə tikilib. 1811-ci ildə isə Mirzə Fətəli Axundovun atası Mirzə Məhəmməd Tağı tərəfindən alınıb. 1812-ci ildə burada Mirzə Fətəli Axundov dünyaya gəlib. 2 il sonra Axundovun atası ailəsi ilə birlikdə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçür. Mirzə Fətəlinin 13 yaşı olanda valideynləri boşanırlar. Sonradan 1825-ci ildə Axundov ailəsi ilə birlikdə Şəkiyə geri dönür. Bu dövrdən etibarən onun tərbiyəsi ilə anasının əmisi Axund Hacı Ələsgər məşğul olmağa başlayır.
Mistik şəkildə itkin düşmüş insanların siyahısı
Mistik şəkildə itkin düşmüş insanların siyahısı (ing. List of people who disappeared mysteriously)- İtkin düşmə və yaxud ölüm səbəbləri tam olaraq müəyyənləşməyən insanların siyahısı. Mistik şəkildə itkin düşmüş insanlar dedikdə əsasən ənənəvi olmayan fenomenal hadisələr toplusu nəzərdə tutulur. Bir çox mistik şəkildə itkin düşmüş şəxslər rəsmən ölmüş olaraq sinifləndirilir. Bunun səbəbə isə baş verən hadisələrin üzərindən uzun müddət keçməsidir. Tarixə də bizə məlum ilk mistik itkin düşmə halı eramızdan əvvələ təsadüf etməkdədir. Qədim Romada qulların azadlıqları naminə mübarizə aparan Spartak e.ə. 71-ci ildə itkin düşmüş və bu tarixdən sonra bir daha görülməmişdir. Onun bu tarixdə öldüyü ehtimal edilir.
Musa Şəkiliyev
Musa Şəkiliyev (23 sentyabr 1959, Qax) — Qax Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Şəkiliyev Musa Şaban oğlu 23.09.1959-cu ildə Qax rayonunda anadan olmuşdur. O, 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirmiş, Rostov Vilayətinin Novoçerkassk şəhərindəki Novoçerkassk Mühəndis-Meliorasiya institutuna daxil olmuş və 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası alaraq institutu bitirmişdir. Musa Şəkiliyev əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlamışdır. O, 1981–1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986–1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987–1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989–2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002–2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Deportamentində direktor müavini vəzifələrində işləmişdir. Musa Şəkiliyev Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.
Mustafa ağa Şəkixanov
Mustafa ağa Kərim ağa oğlu Şuxi (?-1895) — şair. == Həyatı == Firudin bəy Köçərli onun haqqında yazır: "Mustafa ağa Şəkixanov məşhur şair Kərim ağa Fatehin sülbi oğludur. Mustafa ağa validi-büzürgvarı kimi mərifət və kamal sahibi, möhtərəm bir şəxs olub, əksər övqat məclisini ürəfavü şüəralar ilə təzyin edərmiş. Zindəganlığının ibtidasında dövlətmənd olub, axır vaxtlarda bir az kasıb düşübdür və özünə mütəəlliq olan əmlakın mədaxili ilə güzəran edərmiş. Mərhum Mustafa ağa Şuxinin çox rəvan və gözəl təbi var imiş. Öz dəstxətti ilə yazılmış bir divanı vardır ki, onda ədəbiyyatın hər növünə dair əşarü kəlam vardır".
Müqəddəs Nina qız gimnaziyası (Şəki)
Müqəddəs Nina qız gimnaziyası - “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin qız məktəbi.
Müqəddəs Yelisey kompleksi (Şəki)
Kiş kilsəsi və ya Müqəddəs Yelisey kilsəsi – Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Bəzi müəlliflərə görə Qafqazın ilk kilsəsidir. Müxtəlif dövrlərdə alban, gürcü və erməni kilsəsi kimi fəaliyyət göstərməsi haqqında bəzi fikirlər var. == Tarixi == "Alban ölkəsinin tarixi"nə görə İsanın din qardaşı müqəddəs Yakov tərəfindən xristianlığı təbliğ etmək üçün Albaniyaya göndərilmiş Müqəddəs Yelisey əvvəlcə bir müddət Çola və Uti vilayətində missionerlik etmiş, sonra isə "Giş" adlı kəndə gedərək orada kilsə tikmişdir. Müasir xristian ilahiyyətçiləri bu hadisənin 60-cı ildən az sonraya təsadüf etdiyinə inanmaqdadırlar. Nəinki Qafqaz Albaniyasının, hətta bütün Cənubi Qafqazın bu ilk xristian kilsəsinin tikildiyi yer, bir çox tədqiqatçıların fikrincə, məhz indiki Şəki rayonunun Kiş kəndidir və həmin səbəbdən də indi Şəkinin Kiş kəndindəki kilsə "Müqəddəs Yelisey kilsəsi" adı ilə tanınmaqdadır. Alban apastol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdəndir. Albaniyada xristianlığın yayılması, ilk kilsəsinin yaradılması apostolların adı ilə bağlıdır ki, qədim mənbələrdə də bu kilsənin Kiş kəndində (Gis) tikilməsi haqda məlumatlar var. "Alban ölkəsinin tarixi"ndə göstərilir ki, "Ədalət Günəşi"nin zühur olan günlərində və bizim xilaskarımız, Dərkedilməz Varlığın şöhrət və mahiyyəti olan Atamızın zühur edib, bütün insanların qeydinə qalmaqla və heç bir zaman ayrılmadığı öz varlığının şöhrətinə sahib olması zamanda o, öz müqəddəs və sevimli şagirdlərinin (havarilərini) bütün dünyaya təbliğatçı kimi göndərir və biz Şərq xalqına müqəddəs havari Faddey təyin olunmuşdur. Faddey Artaz vilayətinə gəlir və burada çar Sanatürkün əliylə şəhid olur.
Məcid ağa Şəkibəyov
Məcid ağa Şəkibəyov — Azərbaycanın el qəhrəmanı. == Həyatı == Məcid ağa Şəkibəyov XIX əsrin sonlarında (1880) indiki Gədəbəy rayonunda anadan olmuşdur. Tiflisdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Ömrünün sonlarınacan Gədəbəy rayonunun Novoivanovka kəndində çar naçalniki vəzifəsində işləmişdir. Öz ana dilindən başqa rus, gürcü və erməni dillərini mükəmməl öyrənmişdir. == Fəaliyyəti və ölümü == 1918-ci ildə azğın erməni daşnaklarına qarşı amansız mübarizə aparan silahlı dəstənin öncüllərindən olmuş, Göyçə mahalının "Pənbək" adlanan ərazisində, "Burcalı" dağının ətəklərində və Tovuz Rayonunun məşhur "Xınna" dərəsində erməni paşası Andronikin qoşunlarının bir hissəsini — üç yüz nəfərlik silahlını məhv etmişdir. Şura hökumətinin Azərbaycanda bərqərar olmasından sonra, bütün varlı-hallı ağalar, bəylər kimi Məcid ağaya və mənsub olduğu Yaqublu nəslinin bütün insanlarına qarşı da ciddi təzyiqlərə başlanmışdır. Könüllü olaraq, hökumətə təslim olmaq istəməyən ağa, möhkəm silahlanmış öz kiçik dəstəsilə dağlara çəkilmiş, etibarlı yerdə gizlənərək, Şura hökumətinin silahlı qoşunuyla qeyri-bərabər olmayan savaşa başlamışdır. Bu mübarizədə də çoxlu sayda bolşevik əsgərlərini məhv etmişdir. 1929-cu ilin dekabrında başlayan bu amansız mübarizə, 1930-cu ilin mart ayının əvvəllərinəcən davam etmişdir.
Məhəmməd Pişnamazzadə (Şəki)
Məhəmmədhüseyn xan Şəkili
Məhəmmədhüseyn xan Şəkili — Şirvanşahlar nəslindən olan Səfəvi sərkərdəsi. == Həyatı == Məhəmmədhüseyn xan Səfəvi dövlətində hərbi və mülki vəzifələrdə xidmət etmiş sərkərdə olmuşdur. O, Şirvan bəylərbəyiliyinin Şəki əyalətinin hakimi kimi çalışmışdır. Bu zaman Səfəvi hökmdarı I Şah Abbas (1587-1629) idi. Məhəmmədhüseyn xan Şəki hakimi I Şah Abbasın Kartli və Katexiyaya yürüşləri zamanı təyin olunmuşdur. Ata tərəfdə Şirvanşahlar nəslindən gələn Məhəmmədhüseyn xan həmçinin türk tayfalarından olan Zülqədər elinin başçısı kimi də fəaliyyət göstərmişdir. İraqda və Azərbaycanda yaşayan bu tayfanın başçısı olmuş Məhəmmədhüseyn xan ana tərəfdən bu tayfaya mənsub idi. Məhəmmədhüseyn xan Gürcüstanda 1615-ci ildə Səfəvilər əleyhinə başlamış üsyan nəticəsində öldürülmüşdür. == İstinadlar == == Mənbə == Floor, Willem; Herzig, Edmund, redaktorlar Iran and the World in the Safavid Age. I.B.Tauris.
Məhəmmədhəsən xan (Şəki xanı)
Məhəmmədhəsən xan və ya Məhəmməd Həsən xan, Məhəmmədhəsən ağa (Şəki xanı olana qədər). Şəki xanı. Məhəmmədhüseyn xanın oğlu.(≈1760—5.9.1831) == Haqqında == Atası Məhəmmədhüseyn xan Şəki xanı olduğu zamanlarda, atasının əmisi Hacı Əbdülqadir 1770-ci ildən başına bir dəstə yığıb, Qanıxçayın Kür çayına qovuşduğu yerdə - "Dardoqqaz" adlanan yarımadada, məskən salmış və Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəyə başlamışdı. Qarabağ xanı İbrahim xan və Gürcüstan hakimi Irakli xan da Hacı Əbdülqadirin Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəsini dəstəkləyirdilər. Məhəmmədhüseyn xan oğlu Məhəmmədhəsən ağanı sülh və barışıq üçün əmisi Hacı Əbdülqadirin yanına göndərdikdə isə Hacı Əbdülqadir Məhəmmədhəsən ağanı tutub, Məhəmmədhüseyn xanın düşməni olan Qarabağ xanı İbrahim xana yollayır ki onu öldürsün. İbrahim xan Məhəmmədhəsən ağanı öldürmür, gizlində saxlayır, lakin Hacı Əbdülqadir xəbər göndərir ki guya onu artıq qətlə yetirilmişdir. 1780-cı ilin avqust ayında isə bir gecə Hacı Əbdülqadirin göndərdiyi 60 nəfərlik bir dəstə Nuxa şəhərininə xəlvəti yaxınlaşa bilir. Hacı Əbdülqadirin adamları səhərədək şəhərin ətrafındakı dağlarda gizlənirlər, "səhərdən, adamlar divandan dağılandan sonra qala ki boşallanir və o vaxt da qarovul və ya müstəhfiz (–yəni: mühafizəçi) bərqərar olmayır imiş. Əminlik cəhətinə, qalanın yuxarı qapısından daxil olub, qapıları içəridən bağlayırlar. Qalada ancaq hərəmxanalara məxsus xidmətkarlardan rast gələni qətlə yetirib, xanın üstünə hücum edirlər.
Məmmədəmin Şəkinski
Məmmədəmin Əhməd oğlu Şəkinski — Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Xalq Daxili İşlər Komissarlığı Bakı Şəhər Baş Milis İdarəsinin rəisi və XDİK Kollegiyasının üzvü. == Həyatı == 1900-ci ildə Aşğabad şəhərində anadan olmuşdu. 1909-cu ildə ailəsi ilə Nuxa şəhərinə qayıdıb, sonra 8 il Tiflisdə gimnaziyada oxumuşdu. 1917-ci ildə Hümmət partiyasının üzvü olub, Nuxada, Ağdaşda və Qarsda bolşevik təşviqatı ilə məşğul olub. Daha sonra Hümmət partiyasının Aşqabad komitəsinə keçib, Zakaspi sovet hökümətinin fəallarından biri olub. Türkmənistanda sovet hökümətinin süqutundan sonra Bakıya qayıdıb, 1918-ci ilin oktyabrından AXC ordusunda xidmət edib, burada bolşevik təşviqatı aparıb. Sovet işğalından müxtəlif hərbi və milis vəzifələr tutub. 1924-cü il məlumatına görə Bakı milisinin rəisi idi. 1957-ci ildən DİN Arxiv İdarəsinin başcısı olub. 1979-cu ildə vəfat edib.
Məşhurların şəkillərinin sızması (2014)
Məşhurların şəkillərinin sızması və ya "Feppeninq" — 2014-cü il avqustun 31-də baş vermişdir. Əksəriyyəti qadınlara məxsus lüt şəkilləri Apple şirkətinə məxsus iCloud bulud sisteminə hakerlərin hücumu nəticəsində əldə olunub. Məşhurların sırasında Kirsten Danst, Keyt Apton, Cennifer Lourens, Meri Elizabet Uinsted və s. qadınlar olub (güman edilir ki, onların arasında Kim Kardaşyan da var). Cəmi yüzdən artıq məşhurun çılpaq şəkillərini yayılıb. Məşhurların əldə edilmiş faylları arasında bir neçə video da var. Məşhurların özəl fayllarını yaymış haker "TehSemyonov" internet ləqəbi ilə tanılır. Müğənnilərdən Viktoriya Castiz və Ariana Qrande kimi bəzi məşhurlar bəyan ediblər ki, əldə edilmiş şəkillər onlara aid deyil. Sentyabrın 2-də "Apple" bildirib ki, bəzi məşhurların internet hesabları, istifadəçi adı, parolu və təhlükəsizlik sualları hücüma məruz qalmışdır. Şəkillər əvvəlcə anon-ib, Reddit və and 4chan internet saytlarında yerləşmişdi.
Qaqik (Şəki-Kaxeti hökmdarı)
Qagik (gürc. გაგიკი), yaxud Qaki – Şəki-Kaxeti hökmdarı. Mənbələrdə adı ilk dəfə 1037/1038-ci, sonuncu dəfə isə 1046-ci ildə baş vermiş hadisələrin təsvirində çəkilmişdir. XVIII əsr gürcü tarixçi-coğrafiyaşünası Vaxuşti Baqrationi səhvən, Böyük Kvirikenin 1039-cu ildə öldüyünü və həmin ildə də Qagikin hakimiyyətə gəldiyini göstərir. Lakin əslində Böyük Kvirike Tiflisin 1037/1038-ci il mühasirəsi zamanı artıq həyatda yox idi. Vaxuşti Baqrationiyə görə Qagik 1058-ci ilə qədər – ömrünün sonuna qədər hakimiyyətdə olmuşdur. == Həyatı və siyasi fəaliyyəti == Böyük Kvirikenin övladı olmadığı üçün onun ölümündən sonra hakimiyyətə bacısı oğlu Qagik keçdi. Böyük Kvirikenin başqa bacısının əri Aşot Marileli – Alazan çayının mənbəyi yaxınlığında yerləşən Marelisi qalasının sahibi də hakimiyyətə iddialı idi. Yuxarıda qeyd edilən Tiflisin 1037/38-ci il mühasirəsi isə “Kartli salnaməsi”nə görə Kürün sağ sahili tərəfdən gürcü çarı IV Baqratın (1027—1072), solsahildən – İsani qalası tərəfdən, Kaxeti çarı Qagikin “kaxetilərin və heretilərin” ordusu ilə şəhərə yaxınlaşması ilə başlamış və iki il davam etmişdir. Sonda IV Baqrat Tiflis hakimi Cəfər ibn Əli ilə sülh bağlamış, bundan sonra bəzi Kaxeti əyanlarını, o cümlədən hakimiyyətə iddialı olan Aşot Marilelini də öz tərəfinə çəkərək Kaxetiyə hücum etmişdir.
Qarabağlı bələdiyyəsi (Şəki)
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

"şək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şək nədir? #şək sözünün mənası #şək nə deməkdir? #şək sözünün izahı #şək sözünün yazılışı #şək necə yazılır? #şək sözünün düzgün yazılışı #şək leksik mənası #şək sözünün sinonimi #şək sözünün yaxın mənalı sözlər #şək sözünün əks mənası #şək sözünün etimologiyası #şək sözünün orfoqrafiyası #şək rusca #şək inglisça #şək fransızca #şək sözünün istifadəsi #sözlük