* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Bir şeyin, ya adamın xarici görünüşü; sifət, surət. Uşaq böyüdükcə şəklini dəyişirdi. – Vidadi xəstəni gəl indi tanı; hanı o sən görən şəklü nişanı. M.V.Vidadi. □ Şəkli düşmək – hamar, parlaq səth üzərində surəti, əksi düşmək (görünmək). Suya ağacların şəkli düşmüşdür. 2. Bir şeyin və ya şəxsin əl və ya foto ilə çəkilmiş surəti; tablo, rəsm. Əsgər şəkli. Divardan böyük bir şəkil asılmışdı. – [Qulu:] Özgələrin evinə gedirsən – bir küncdə divan, bir yanda stullar və stollar, divarlarda xalılar və şəkillər asılıb. N.Nərimanov. Novruzun qəzetdə çıxmış şəkli əldən-ələ dolaşır, onun adı dillərdə əzbər olurdu. S.Rəhman. □ Şəkil çəkmək – 1) rəsm çəkmək; 2) fotosurətini çıxarmaq. Şəklini çəkdirmək – fotoqrafiya üsulu ilə öz əksini çıxartdırmaq. // Surət, obraz, təsvir, bənzər, timsal. Onun şəkli indi də gözümün qabağından getmir. 3. məc. Öz xarici gözəlliyi, bədiiliyi ilə adamı heyran edən şey haqqında. İnsan deyil, bir şəkildir. □ Şəkil kimi – gözəl, göyçək qəşəng (adam haqqında). [Gülgəz:] Mənim oğlum Bakı kimi yerdə oxuyur. Şəkil kimi oğlandır. İ.Əfəndiyev. 4. Dram əsərlərində ayrıca dekorasiya tələb edən pərdənin bir hissəsi. “Vaqif” pyesi 5 pərdə 11 şəkildir. – Kinostudiya bir şəklin ayrı-ayrı hissələrini çəkmək üçün ekspedisiyaya hazırlaşırdı. İ.Əfəndiyev. 5. məc. Mənzərə, təsəvvür olunan şey. Gələcək şəhərin şəklini göz qabağına gətirmək. Qürubun valehedici şəklinə tamaşa etmək. 6. Kinofilm. Dünən klubda maraqlı bir şəkil göstərdilər. 7. Vəziyyət, hal, forma, xarakter. İlyasın söhbəti çox ciddi şəkil aldı. M.S.Ordubadi. □ Şəklə düşmək (girmək) – bu və ya başqa bir şəkil almaq, dona girmək, şəklini dəyişmək. Bu halda bir qoca ağsaqqal kişi əlində ağac və bir neçə jandarm daxil olurlar. Onlardan biri deyir: “Qanun hökmünə görə dustaq edərəm sizi”. Laçın bəy, Cahangir bəy, Qulu bəy hərəsi bir şəklə düşür. N.Vəzirov.
Azərbaycan dilinin izahlı lüğəti / şəkil7 1. ŞƏKİL Dedilər: “Sən də bir gözəl şəkil çək; Haşiyəsi xalı tək olsun gül-çiçək...” (S.Rüstəm); İLLÜSTRASİYA (adətən kitabın, jurnalın mətninə dair şəkildir) Jurnalın beşinci nömrəsində dərc olunmuş “Məclisi-ədəb” şəkli müsəlmanlarda, mütiliyin və tam sükutun nə qədər uca bir mərtəbədə tutulduğunu göstərən ən yaxşı illüstrasiyadır (F.Köçərli); LÖVHƏ (mənzərə şəkli) Kənd biçimli bir şəhərin; Lövhəsini çəkirəm mən (S.Vurğun); PORTRET Divara bir neçə məşhur artistin portreti., vurulmuşdu (İ.Əfəndiyev); RƏSM [Pəricahan xanım:] Al, tam üç ildir ki, bu rəsmi ürəyim üstə sevə-sevə saxlamışam (S.S.Axundov); TABLO (böyük rəsm) Güldanın üzərində Bağdad həyatının cürbəcür tabloları var idi (M.S.Ordubadi). 2. şəkil bax fotoşəkil
Azərbaycan dilinin sinonimlər lüğəti / şəkil1 ŞƏKİL I is. [ ər. ] Rəsm və ya foto rəsmi. Qəzetə anasının şəkli vurulmuşdu (C.Gözəlov). ŞƏKİL II is. [ ər. ] Forma. Dağların ətəklərindəki göylük ayazıyır, şəklini dəyişirdi (S.Rəhimov). ŞƏKİL III is. [ ər. ] qram. Növ. Felin xüsusi və ümumi şəkilləri var. ŞƏKİL IV is. [ ər. ] Dram əsərində pərdənin kiçik hissəsi. İ.Əfəndiyevin “Bahar suları” pyesi 5 pərdə, 9 şəkildən ibarətdir. ŞƏKİL V is. [ ər. ] Tərz. O, qeyri-adi şəkildə açılmış gözlərilə məni süzdü və taleyi ilə razılaşan səslə dedi (M.İbrahimov).
Azərbaycan dilinin omonimlər lüğəti / şəkil1 1. картина, изображение, портрет, рисунок, табло; 2. образ, форма, вид; 3. явление (в пьесе);
Azərbaycanca-rusca lüğət / şəkil2 I сущ. 1. картина: 1) произведение живописи в красках на куске холста, доске, листе бумаги. Qədim şəkil стариннная картина, qiymətli şəkil ценная картина, yağlı boya ilə çəkilmiş şəkil картина, написанная масляной краской, şəkil çəkmək писать (рисовать) картину, divardan şəkil asılmışdı на стене висела картина 2) о к ом-, ч ём-л., вызывающем восхищение своей живописностью, красотой; картинка. İnsan deyil, bir şəkildir не человек, а картина; şəkil kimi как картинка 3) часть акта в драматическом произведении, требующая самостоятельной декорации. Birinci pərdənin ikinci şəkli вторая картина первого действия (акта) 2. портрет (произведение изобразительного искусства, содержащее изображение какого-л. человека или группы определённых людей). Nizaminin şəkli портрет Низами, şəklini çəkmək kimin написать портрет чей 3. снимок (изображение кого-л., чего-л., получаемое путём фотографирования), фотография. Rentqen şəkli рентгеновский снимок, şəkli böyütmək увеличить фотографию, Marsın şəkli фотография Марса; şəkil çəkdirmək сфотографироваться, şəkil kağızı фотобумага 4. рисунок (книжная иллюстрация) 5. изображение: 1) то, что изображено; предмет, изображащий кого-л., что-л. Dağ şəkli изображение горы, üzərində gerb şəkli olan pul монета с изображением герба 2) образ предмета, отраженный где-л. Güzgüdə şəkli (əksi) kimin, nəyin изображение в зеркале кого, чего 6. вид: 1) внешний облик кого-л., чего-л. Oğlan böyüdükcə şəkli dəyişirdi с ростом менялся вид мальчика 2) то, что открывается взгляду; картина, зрелище. Şəhərin gələcək şəkli будущий вид города, mənzərəli şəkil живописный вид 7. в форме şəkildə, şəklində в виде. Yazılı şəkildə в письменном виде, tehrif olunmuş şəkildə в искажённом виде, bu şəkildə в таком виде, gizli şəkildə скрыто, geniş şəkildə широко, kəskin şəkildə резко, qabarıq şəkildə выпукло, inandırıcı şəkildə убедительно 8. лингв. наклонение (категория глагола, выражающая отношение действия его к действительности с точки зрения реальности-нереальности). Felin xəbər şəkli изъявительное наклонение глагола, felin əmr şəkli повелительное наклонение глагола, felin şərt şəkli условное наклонение глагола II прил. 1. картинный (относящийся к картине – произведению искусства). Şəkil qalereyası картинная галерея 2. портретный (относящийся к портрету). Şəkil eskizi портретный эскиз 3. фотографический (предназначенный, служащий для фотографии). Şəkil kamerası фотографическая камера, şəkil ləvazimatı фотографические принадлежности; şəklini almaq, şəklinə düşmək nəyin принимать, принять какой-л. вид (образ, характер, какую-л. форму чего). Həyatın bu şəkli (belə həyat tərzi) onu əzirdi такой образ жизни угнетал (давил) его, söhbət tamam başqa şəkil aldı разговор приобрёл совершенно иной характер
Azərbaycanca-rusca lüğət / şəkil1 I. i. 1. picture, painting, canvas; portrait; (yağlı boya ilə çəkilmiş) oilpainting; foto ~ photo; ~ çəkmək to paint a picture (of); (karandaşla) to draw* (d.); 2. teatr. scene; 3. shape, form, appearance; 4. phenomenon; şəklə düşmək to change appearance; ~i düşmək to be* reflected; ~ çəkmək (aparatla) to take* a photo / a picture; ~ çəkdirmək to have* one’s photo taken II. s. picture; ~ qalereyası picture-gallery
Azərbaycanca-ingiliscə lüğət / şəkil1 is. 1) peinture f ; tableau m ; 2) portrait m ; 3) photo f ; ~ çəkmək dessiner vt (karandaşla) ; peindre (boya ilə) ; ~ni çəkmək 1) faire le portrait de qn ; 2) prendre qn en photo, photographier vt ; ~ qalereyası gallerie f de peintures
Azərbaycanca-fransızca lüğət / şəkil1 [ər.] сущ. шикил (1. са затӀунин ва я касдин къецепатан акунар; сумра, ччин, куц, сифет; şəkli düşmək шикил (хъен) аватун, шикил (хъен) акун (цяй, гуьзгуьдай ва мс. цӀалцӀам са затӀунай); 2. гъиливди ва я фотоаппаратдалди чӀугур сурет; табло; at şəkli балкӀандин шикил; şəkil çəkmək шикил чӀугун; şəklini çəkdirmək шикил чӀугваз тун (фотоаппаратдал); // образ, сурет; 3. пер. вичин къецепатан гуьзелвилелди инсан гьейранардай затӀ; şəkil kimi шикил хьтин, гзаф иер, гуьзел, гуьрчег (касдин гьакъинда); 4. драмадин эсерда пердедин чарадаказ пай; 5. кинофильм; 6. гьал, везият, форма, характер; şəklə düşmək (girmək) шикилда гьатун (гьахьун), шикил къачун, жилдина гьахьун, шикил дегишун.
Azərbaycanca-ləzgicə lüğəti / şəkil