* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Vəkalətə əsasən iş görən şəxs. [Səkinə xanım:] Mənim bu saatda nə atam var, nə anam, nə qardaşım; özüm öz vəkiliməm. M.F.Axundzadə. □ Vəkil etmək – öz əvəzinə bir işi görmək üçün birinə vəkalət vermək, bu işi ona tapşırmaq. [Fərhad:] Ancaq mən heç kəsi vəkil eləməmişdim, məni evləndirsin. Ə.Haqverdiyev. Dostu Mirzə Qulamı vəkil eləmişdir ki, “Get, yer seç, ev tut, mənə xəbər ver”. Mir Cəlal. 2. Məhkəmədə tərəflərin əvəzində işi aparan şəxs, hüquqçu, advokat. [Səkinə xanım:] Yaxşı, indi de görüm, biz kimi vəkil tutaq? M.F.Axundzadə. [Qəhrəmani:] Sən ali təhsil almış bir vəkil olacaqsan. M.İbrahimov. 3. tar. Nazir. Baş vəkil. 4. tar. Deputat.
Azərbaycan dilinin izahlı lüğəti / vəkil3 ə. 1) hüquqşünaslıqda: iddiaçının hüquqlarını qoruyan məmur; müttəhimin hüquqlarını qoruyan məmur; 2) qanunverici orqana seçilmiş nümayəndə // deputat; 3) birisinin və ya bir təşkilatın tapşırığı ilə iş görən adam.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / vəkil1 Ərəbcədir, bizdə inam işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / vəkil1 1. VƏKİL (hüq.) (məhkəmədə tərəflərin əvəzində işi aparan şəxs) Sağ yanda prokuror, sol yanda vəkil; Hakim işə baxır.. (B.Vahabzadə); ADVOKAT Bu məzmunda söylənən nitq uzun sürdü, advokat bir çox dəlil və isbatlardan sonra ev komitəsi rəisinin müəyyən qanun maddəsi mucəbincə məsul olduğunu meydana çıxardı (Çəmənzəminli); QƏYYUM (məc.) Uşaq mənimdir, baba, dəxli nədir sizlərə? Kim sizi qəyyum edib, hökm edəsiz bizlərə? (M.Ə.Sabir). 2. vəkil bax nazir 1 3. vəkil bax deputat
Azərbaycan dilinin sinonimlər lüğəti / vəkil1 1. уполномоченный, поверенный, представитель; 2. адвокат, защитник;
Azərbaycanca-rusca lüğət / vəkil2 сущ. 1. адвокат: 1) юрист, защищающий обвиняемого на суде, дающий советы по правовым вопросам, защитник: 2) разг. тот, кто заступается за кого-л., заступник 2. поверенный. Müvəqqəti işlər vəkili временный поверенный в делах 3. уполномоченный. Yerli hökumət tərəfindən vəkil edilən уполномоченный местной властью, vəkil etmək уполномочить; vəkil edilmək уполномочиваться, быть уполномоченным 4. представитель (лицо, представляющее чьи-л. интересы) 5. истор. министр. Baş vəkil первый министр; millət vəkili депутат
Azərbaycanca-rusca lüğət / vəkil1 i. 1. advocate; (məhkəmədə) barrister; lawyer; 2. (müdafiəçi) defender; ~ etmək to authorize (d.+to inf.), to empower (d.+to inf.); to depute (d.+to inf.); ~ edilmək to be* authorized / empowered; 3. (nümayəndə) representative; müvəqqəti işlər ~i charge d’affaires
Azərbaycanca-ingiliscə lüğət / vəkil1 is. 1) avocat m ; 2) avocat de la défense, avocat défenseur (müdafiəçi) ; 3) représentant m (nümayəndə) ; müvəqqəti işlər ~i chargé m d’affaires
Azərbaycanca-fransızca lüğət / vəkil1 [ər.] сущ. векил (1. векил авунвай кас; vəkil etmək векил авун, вичин чкадал са кар авун патал садаз ихтияр гун, кар гьадал тапшурмишун; 2. юрист, адвокат (судда); 3. ист. назир, министр; 4. ист. депутат).
Azərbaycanca-ləzgicə lüğəti / vəkil