şəlalələri sözü azərbaycan dilində

şəlalələri

Yazılış

  • şəlalələri • 96.8750%
  • Şəlalələri • 3.1250%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdalçay şəlalələri
Abdalçay şəlalələri — Abdalçay şəlalələri kaskadı Tovuz rayonunun Çobansığnaq kəndindən 3 km şimalda, Siqnax dağının şərq yamacında, onun zirvəsindən təqbirən 1 km məsafədə, eyniadlı çayın dərəsində yerləşir. == Yerləşdiyi ərazi == Topoqrafik xəritələrdə rəsmi adı Kilsəsuyu olan Abdalçay Tovuz rayonunun dağlıq hissəsində, Zəyəmçayın orta axınında yerləşən kiçik bir dağ çayıdır. Mənbəyni cənubda Haçaqaya (2120,5 m) və Dondar (2017,7 m) dağlarının yamaclarındakı bulaqlardan götürərək, əvvəl şimal istiqamətində, sonra isə Sığnaq dağını keçərək, şimal-qərb istiqamətində axıb, Zəyəmçaya tökülür. Çayın uzunluğu təxminən 14 km, mənsəbinin dəniz səviyyəsindən hündürlüyü isə 690,0 m-dir. Qısa məsafədə çayın 1300 m-dən çox düşməsi, onun yatağının meyllilik dərəcəsinin xeyli yüksək (90-100 ‰) olmasını şərtləndirir, yəni hər bir kilometrdə çay 90–100 m aşağı düşür. Bu da ərazinin erozion-denudasion xarakterli cox mürəkkəb relyefə malik olduğuna dəlalət edir və şəlalələrin əmələ gəlməsi üçün əlverişli şərait yaradır.Dərə dibinin meyilliyi xeyli yüksıkdir, yamacları dik və sıx meşəlikdir, onun kəsib keçdiyi vulkanik mənşəli sərt qayalar (daykalar, lava laylarının çıxışları) isə dərəboyu piyada hərəkəti xeyli çətinləşdirir və bəzi yerlərdə, hətta mümkünsüz edir. Bu səbəbdən dərə insan ayağı dəyməyən yerlər təəssüratı yaradır və onun sağ və sol suayırıcıların yastı yalları boyu yerləşən kəndlərin (Çobansığnaq, Sarıtala, Ağcaqala və s.), sakinlərinin böyük əksəriyyəti bu şəlalələrin mövcudluğundan tam xəbərsizdir. == Şəlalə haqqında == Abdalçay hövzəsinin ərazisi geomorfoloji baxımdan Kiçik Qafqazın şimal-şərq yamacının ortadağlıq qurşağı ilə alçaqdağlıq qurşağın təmasında, Şəmkir antiklinor quruluşlu qırışıqlı — qaymalı tektonik-maqmatik mənşəli günbəzvari massivlə təmsil olunmuş eyniadlı morfostrukturun şimal-qərb hissəsində yerləşir. Səthi sıx erozion-denudasion dərə şəbəkəsi ilə kəskin parçalanmış mürəkkəb - qayalıq relyefə malikdir. Şəlalələrın əmələ gəldiyi çay dərəsi mürəkkəb litoloji-petroloji tərkibli və tektonik dislokasiyaya məruz qalmış vulkanik və qismən də vulkanik-çökmə süxur kompleksləri üzrə formalaşmışdır.
Azərbaycan şəlalələri
Azərbaycan şəlalələri — Azərbaycan ərazisində mövcud şəlalələr. Azərbaycanın ən yüksək şəlaləsi Mucuq şəlaləsidir. Qəbələ rayonu ərazisində, Dəmiraparan çayının solunda, 1700 metr hündürlükdə yerləşir. Şəlalənin hündürlüyü 96 metrdir. Mucuq şəlaləsi mənbəyini Qotur dağının massivindən qar və yağış sularından götürür. Böyük Qafqazın ən əzəmətli dağlarından biri - Şahdağdakı dağ şəlalələri Cənubi Qafqazda çox məşhurdur. Azərbaycandakı digər ən məşhur şəlalələrdən biri Quba rayonu ərazisində Vəlvələçay üzərindəki məşhur Afurca şəlaləsidir. Bu şəlalə dövlət tərəfindən mühafizə olunur. Qusar rayonunun dağ dərələrində də öz mənzərəsi ilə diqqəti çəkən şəlalələr var. Onların ən məşhuru Laza və Şahnabaz şəlalələridir.
Bal şəlalələri
Ballı şəlalələr (qaraç.-balk. Бал чучхурла) — Qaraçay-Çərkəz Respublikasında şəlalələr qrupu. Şəlalələr Alikonovka və Eçki-Baş çayları üzərində yerləşib Maloqaraçayevsk rayonuna daxildirlər. Bu adla həm də yaxınlıqda yerləşən təbii-rekeresiya mərkəzi və turizm bazası adlanır. Şəlalələrə ən yaxın yaşayış məntəqəsi Kommunstroydur. Rayon mərkəzi Uçkekendən şəlalələrə qədər məsafə 10 km, Kislovodsk şəhərinə olan məsafə isə 20 km-dir. Ballı şəlalələr qrupuna 5 şəlalə daxildir. Onlardan üçü: Jemçujnıy, Skrıtıy və Şumnıy (Şeytan dəyirmanı) Alikonovka çaynda yerləşir. Digər iki şəlalə isə, Böyük və Kiçik Ballı şəlalə Eçki-Baş çayındadır. Çay 18 metr hündürlükdən Alikonovka çayına tökülərək Böyük Ballı şəlaləsini yaradır.
Edessa şəlalələri
Edessa və ya Edessis şəlalələri ― Yunanistanın Edessa şəhərində yerləşir. Şəlalələr XIV əsrdə baş verən güclü zəlzələdən sonra yaranmış təbiət möcüzəsidir. O vaxtdan bəri ərazidə baş vermiş daha kiçik miqyaslı zəlzələlər səbəbiylə şəlalələrin morfologiyalarında bir çox dəyişiklik baş vermişdir. Bu şəlalələrin əsas mənbəyi Aqra-Nissiou bataqlığıdır. Şəlalələr 100 000 m²-dən böyük ərazi və qayanın üzərindəki 1,1 km uzunluğundakı cığır boyu tökülür. Şəlalələr Edessa şəhərini ziyarət edənləri əsas cəlb edən obyektdir. Bölgədə on iki şəlalə var ki, bunlardan dördü asanlıqla görünür. Şəlalələrin yerləşdiyi parka gedən yollara şəhərin düzənliyindən Qədim Edessaya qədər uzanan daş döşənmiş yol daxildir. Bu keçid 20-ci əsrin əvvəllərinə qədər Qədim Edessa, Edessa Akropolu və Selanikini birləşdirən qədim yolun bir hissəsi olmuşdur. == Tarixi == === Formalaşmaları === Edessa şəlalələri 14-cü əsrdə geoloji və ya atmosfer hadisəsindən sonra meydana gəlmişdir.
Falmer şəlalələri
Fulmer Falls – ABŞ Pensilvaniya ştatında şəlalə.
Fukivare şəlalələri
Fukivare şəlalələri (吹割の滝) – Yaponiyanın Qunma prefekturasının Numata şəhəri yaxınlığında yerləşən şəlalə. Bəzən "Şərqin Niaqarası" da adlandırılır. Şəlalə mənzərəli görünüşünə görə tanınır və turist axınına məruz qalır. Şəlalənin 4 kilometr yaxınlığında Oyqami onseni yerləşir. Kataşina çayı Hiraqava və Kurihara çayları ilə birlikdə Fukivare yarğanını əmələ gətirir. Çayın sağ sahilində Şoci qayası yerləşir. Fukivare şəlalələri ilə Niqura qayası arasındakı 1,5 kilometrlik məsafədə bir çox çuxur yerləşir. Yarğan ətrafındakı cığır 1991-ci ildə tamamlanmışdır. Şəlalənin eni 30 metr, hündürlüyü 7 metrdir. Şəlalə suyun eroziyasından yaranmışdır.
Rufabqo şəlalələri
Böyük Rufabqo çayı şəlalələri — Adıge Respublikasının Maykop rayonu ərazisində yerləşən kaskad şəlalələr. Şəlalələr Kamennomostki qəsəbəsinin 2 km-də, Belaya çayının yuxarı axarlarında yerləşir. «Qız hörükləri» şəlaləsinə kimi çay dərəsi boyu ekskursiya marşrutu üçün xüsusi şərait yaradılıb. Böyük Rufabqo çayının mənsəbindən piyadalar üçün dəmir körpü mövcuddur. Onun yaxınlığında avtomobil dayanacağı var. Körpüdən keçid pulludur. Şəlaləni pul ödəmədən görmək istəyənlər Kamennomostski qəsəbəsindən Belaya çayının sol sahili boyu piyada yolla gedə bilər. Bu yolda onlar həm də başqa görməli yerləri də görə bilirlər: Türk bazarı, Qədim çərkəz bağı və Skvoznaya mağarası. Kaskad şəlalələrin birincisi olan «Üç qardaş» haqqında demək olar ki, çoxlarının məlumatı yoxdur. Şəlalə yol kənarında kənarda yerləşir və əksər turistlər ondan yan keçirlər.
Çeqem şəlalələri
Çeqem şəlalələri — Kabarda-Balkariyanın Çeqem rayonunda, Adaysu, Sakal-Tup və Kayart çayları üzərində olan şəlalələri qrupu və təbiət abidəsi. Çaylar sonda Çeqem çayına tökülür. Şəlalələrə ən yaxın yaşayış məntəqələri Aşağı Çeqem və Xuşto-Sırtdır. Rayon mərkəzi olan Çeqem şəhərinə — 44 km, ölkənin paytaxtı Nalçikə isə — 55 km-dir. Çeqem şəlalələr qrupuna üç şəlalə daxildir. Əyər Çeqem dərəsi boyu cənuba hərəkət etsək, ilk öncə Aşağı Çeqem kəndindən 2 km cənubda yerləşən Kiçik Ceqem və ya Aday-Su şəlaləsinə çatmış olarıq. Bu şəlalə Çeqem çayının eyni adlı qolunun üzərində yerləşir. Çay Çeqemə sağdan birləşir. Şəlalə yoldan 200 m aralı yerləşir. Xarici görünüşcə şəlalə təbiət tərəfindən yaradılmış nəhəng daş novçanı xatırladır.
Şumilov şəlalələri
Şumilov şəlalələri — Başqırdıstan Respublikasının Tuymazı rayonunda, Buqulma-Belebey yüksəkliyi ərazisində yerləşən şəlalə. Şəlalənin hündürlüyü 3, eni isə 10 metrdir. Yay ayları su sərfiyyatı azaldığından şəlalə demək olar ki yoxa çıxır. Şumilov şəlalələri 2010-cu ildən təbiət qoruğu elan edilmişdir. Vikianbarda Şumilov şəlalələri ilə əlaqəli mediafayllar var.
Abdal çayı şəlalələri
Abdalçay şəlalələri — Abdalçay şəlalələri kaskadı Tovuz rayonunun Çobansığnaq kəndindən 3 km şimalda, Siqnax dağının şərq yamacında, onun zirvəsindən təqbirən 1 km məsafədə, eyniadlı çayın dərəsində yerləşir. == Yerləşdiyi ərazi == Topoqrafik xəritələrdə rəsmi adı Kilsəsuyu olan Abdalçay Tovuz rayonunun dağlıq hissəsində, Zəyəmçayın orta axınında yerləşən kiçik bir dağ çayıdır. Mənbəyni cənubda Haçaqaya (2120,5 m) və Dondar (2017,7 m) dağlarının yamaclarındakı bulaqlardan götürərək, əvvəl şimal istiqamətində, sonra isə Sığnaq dağını keçərək, şimal-qərb istiqamətində axıb, Zəyəmçaya tökülür. Çayın uzunluğu təxminən 14 km, mənsəbinin dəniz səviyyəsindən hündürlüyü isə 690,0 m-dir. Qısa məsafədə çayın 1300 m-dən çox düşməsi, onun yatağının meyllilik dərəcəsinin xeyli yüksək (90-100 ‰) olmasını şərtləndirir, yəni hər bir kilometrdə çay 90–100 m aşağı düşür. Bu da ərazinin erozion-denudasion xarakterli cox mürəkkəb relyefə malik olduğuna dəlalət edir və şəlalələrin əmələ gəlməsi üçün əlverişli şərait yaradır.Dərə dibinin meyilliyi xeyli yüksıkdir, yamacları dik və sıx meşəlikdir, onun kəsib keçdiyi vulkanik mənşəli sərt qayalar (daykalar, lava laylarının çıxışları) isə dərəboyu piyada hərəkəti xeyli çətinləşdirir və bəzi yerlərdə, hətta mümkünsüz edir. Bu səbəbdən dərə insan ayağı dəyməyən yerlər təəssüratı yaradır və onun sağ və sol suayırıcıların yastı yalları boyu yerləşən kəndlərin (Çobansığnaq, Sarıtala, Ağcaqala və s.), sakinlərinin böyük əksəriyyəti bu şəlalələrin mövcudluğundan tam xəbərsizdir. == Şəlalə haqqında == Abdalçay hövzəsinin ərazisi geomorfoloji baxımdan Kiçik Qafqazın şimal-şərq yamacının ortadağlıq qurşağı ilə alçaqdağlıq qurşağın təmasında, Şəmkir antiklinor quruluşlu qırışıqlı — qaymalı tektonik-maqmatik mənşəli günbəzvari massivlə təmsil olunmuş eyniadlı morfostrukturun şimal-qərb hissəsində yerləşir. Səthi sıx erozion-denudasion dərə şəbəkəsi ilə kəskin parçalanmış mürəkkəb - qayalıq relyefə malikdir. Şəlalələrın əmələ gəldiyi çay dərəsi mürəkkəb litoloji-petroloji tərkibli və tektonik dislokasiyaya məruz qalmış vulkanik və qismən də vulkanik-çökmə süxur kompleksləri üzrə formalaşmışdır.
Riketts Dərəsi Ştat Parkının şəlalələri
ABŞ-nin Pensilvaniya ştatında yerləşən Riketts Dərəsi Ştat Parkında 24 adlandırılmış şəlalə yerləşir. Bu şəlalələr üç uçurumdan və ya dar dərədən tökülür. Şəlalələrin hündürlüyü 2,7 metrdən 29 metrə qədər (Qanoqa şəlaləsi) dəyişir. Riketts Dərəsi Ştat Parkı XIX əsrin sonlarında, XX əsrin əvvəllərində bu bölgədə 32.000 hektar əraziyə malik olan, lakin dərələrdə yerləşən qədim meşələri qırmaqdan imtina edən, ABŞ Vətəndaş müharibəsində polkovnik kimi xidmət vermiş Brüs Rikettsin adını daşıyır. 1944-cü ildə açılmış park Pensilvaniya Mühafizə və Təbii Ehtiyatlar Departamentinin (PMTED) Ştat Parkları Bürosu tərəfindən nəzarət olunur. Parkdakı bütün şəlalələrin demək olar ki, hamısını 1889–1893-cü illərdə Riketts tərəfindən tikilmiş, 1940-cı illərdə və 1990-cı illərin sonlarında ştat parkı tərəfindən yenidən tikilən Folz cığırından görmək mümkündür. Bu cığırda çıxılan gəzinti "ştatdakı ən möhtəşəm gəzinti" və ya "Şərqdə ən yaxşı gəzintilərdən biri" adlandırılır. Üzərində 10 şəlalənin yerləşdiyi Kitçen çayı Alleqani yaylası ilə Silsilə və Dərə Appalaç bölgəsini bir-birindən ayıran Alleqani cəbhəsi boyunca üzüaşağı axır. Ştat parkındakı dərələr Devon və Daş kömür dövrlərində 370 milyon il əvvəl yaranmış Hantli dağ strukturunun və Ketskil strukturunun süxurlarından əmələ gəlmişdir. Şəlalələr sonuncu buzlaşma dövründə çay hövzəsinin buzlaqlar əriməsi səbəbilə su səviyyəsinin artması nəticəsində əmələ gəlmişdir.

"şəlalələri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şəlalələri nədir? #şəlalələri sözünün mənası #şəlalələri nə deməkdir? #şəlalələri sözünün izahı #şəlalələri sözünün yazılışı #şəlalələri necə yazılır? #şəlalələri sözünün düzgün yazılışı #şəlalələri leksik mənası #şəlalələri sözünün sinonimi #şəlalələri sözünün yaxın mənalı sözlər #şəlalələri sözünün əks mənası #şəlalələri sözünün etimologiyası #şəlalələri sözünün orfoqrafiyası #şəlalələri rusca #şəlalələri inglisça #şəlalələri fransızca #şəlalələri sözünün istifadəsi #sözlük