şələ sözü azərbaycan dilində

şələ

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şələ • 81.9444%
  • Şələ • 13.8889%
  • ŞƏLƏ • 4.1667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şələ
Şələ (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Şələ (nəqliyyat) — ən qədim yükdaşıma qaydalarından biri.
Şələ (Yardımlı)
Şələ — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Şələ (nəqliyyat)
Şələ — ən qədim yükdaşıma qaydalarından biri. == Ümumi məlumat == Şələ - bağlama yük daşıması formasına oxşasa da ondan tamamilə fərqlənir. Şələ vasitəsilə odun, ot, dərz, təndir üçün corpə və s. daşıyırdılar. Şələni düzəltmək üçün muəyyən yükü üst-üstə yığıb bir necə yerindən ilgəkili və ya doğanaqlı irəşmə, çatı vasitəsilə sarıyır, sonra bellərinə qaldırırdılar. Kəndlərimizdə bu üsuldan hal- hazırda da geniş ə istifadə olunur.
Şələmzar
Şələmzar-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Kiyar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,003 nəfər və 1,671 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Şələquyruq qızıl balığı
Qızılı balıqcıq, Şələquyruq qızıl balığı?, Yapon balığı? (lat. Carassius auratus) Çəkikimilər dəstəsinin Çəkilər fəsiləsinin Daban balıqlar cinsinə aid balıq növü. Çarprazlama üsulu istehsal ilə fərqli rənglərdə və bədən quruluşunda çox növü çıxarılmışdır. Şələquyruq qızıl balığı soyuq suda da yaşaya bilərlər. Tapıldıqları akvariumlarda tək cins olaraq bəslənirlərsə isidiciyə ehtiyac yoxdur. Su istiliyinin 25 dərəcə üstündə olması sağlamlıqlarına mənfi təsir edər. Koi olaraq adlandırılan törəmələri hovuzlarda 59 sm boy, 4.5 kq ağırlığa çata bilərlər. == Artıma == Lazımlı şərtlər və damızlıklar təmin edilsə akvariumda çıxarılması mümkündür. Yumurta tökərək törəyərlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2009 ••••••••••••••••••• 0.16
2010 ••••••••••• 0.09
2012 ••••••••••• 0.09
2014 •••••••••••••••••••• 0.17
2018 •••••••••••••••••• 0.15

şələ sözünün leksik mənası və izahı

  • 1 is. Arxada aparıla biləcək qədər bağlanmış yük (şax, odun və s.). Şələ bağlamaq. – [Niyaz:] Sən də ki odunçusan, hər gün gəlib, burada bir şələ odun tapırsan, deyirsən, bəxtim gəlib. Ə.Haqverdiyev. Bir gün eşq sevdasından məst olmuş Nadir dalında bir şələ odun gətirdi. B.Talıblı. [Gülcahan:] Get, meşənin ətrafından quru odun budaqlarından bir şələ topla gətir. T.Ş.Simurq. ◊ Şələni qoy, gəl dalaşaq (döyüşək) – heç bir səbəb olmadan dalaşmağa can atan adam haqqında. [Kişi:] Gördüm ki, bu oldu şələni qoy yerə, gəl döyüşək. “Kirpi”. Şələsini sudan çıxarmaq (çıxara bilmək) – bax çulunu sudan çıxarmaq (“çul”da). [Xanpəri:] Bu gündən sübut edəcəyəm ki, mənim heç kimə minnətim yoxdur. Özüm öz şələmi sudan çıxara bilərəm. Ə.Vəliyev. Şələsini tutmaq – bax yükünü tutmaq (“yük”də).

    Azərbaycan dilinin izahlı lüğəti / şələ

şələ sözünün sinonimləri (yaxın mənalı sözlər)

şələ sözünün antonimləri (əks mənalı sözlər)

şələ sözünün rus dilinə tərcüməsi

  • 1 ноша, вязанка

    Azərbaycanca-rusca lüğət / şələ
  • 2 I сущ. 1. вязанка (связка дров, хвороста, соломы и т.п.). Odun şələsi вязанка дров, çırpı şələsi вязанка хвороста 2. ноша (груз, переносимый на себе). Ağır şələ тяжёлая ноша 3. узел (связанный концами платок, кусок ткани и т.п., в который уложены вещи, пожитки и т.п.). Şey-şüy şələsi узел вещей, bir şələ əski узел тряпок II прил. большой. Şələ papaq большая папаха, şələ qarın большой живот ◊ şələni qoy, gəl dalaşaq, döyüşək о том, кто бросает вызов кому-л. на драку, ссору (без причины); şələsini sudan çıxarmaq (çıxara bilmək); см. kürkünü sudan çıxarmaq; сводить концы с концами, кое-как справиться с ч ем-л.; şələsini tutmaq: 1. наживаться, нажиться; 2. плотно поесть

    Azərbaycanca-rusca lüğət / şələ

şələ sözünün inglis dilinə tərcüməsi

şələ sözünün fransız dilinə tərcüməsi

şələ sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. шала (кӀула кьуна тухун патал кутӀуннавай кӀарасар, векь ва мс.); şələ bağlamaq шала кутӀунун; ** şələni qoy, gəl dalaşaq (döyüşək) ша къуншияр – кикӀин (л.х.м. са себебни авачиз кикӀиз кӀанз багьнадихъ къекъвезвай касдин гьакъинда); şələsini sudan çıxarmaq, çıxara bilmək кил. çul (çulunu sudan çıxarmaq); şələsini tutmaq шала бегьемарун (тамамарун); bax yük (yükünü tutmaq.

    Azərbaycanca-ləzgicə lüğəti / şələ

"şələ" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şələ nədir? #şələ sözünün mənası #şələ nə deməkdir? #şələ sözünün izahı #şələ sözünün yazılışı #şələ necə yazılır? #şələ sözünün düzgün yazılışı #şələ leksik mənası #şələ sözünün sinonimi #şələ sözünün yaxın mənalı sözlər #şələ sözünün əks mənası #şələ sözünün etimologiyası #şələ sözünün orfoqrafiyası #şələ rusca #şələ inglisça #şələ fransızca #şələ sözünün istifadəsi #sözlük