şəvə sözü azərbaycan dilində

şəvə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şəvə • 80.4348%
  • Şəvə • 10.8696%
  • ŞƏVƏ • 8.6957%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şəvərut
Şalıbulaq, Şahvarut, Uşakert — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Şavarud kimi yazılır. Toponim fars dilində «qaya, möhkəm, bərk» mənasında işlənən şah sözündən və Azərbaycan dilində «möhkəmləndirilmiş kənd, qala» mənasında işlənən var sözünə -ud şəkilçisinin qoşulmasından əmələ gəlmişdir. Relyef əsasında yaranmış mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Uşakert qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 59 nəfər, 1873 - cü ildə 72 nəfər, 1886-cı ildə 116 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 96 nəfər, 1914 - cü il də 128 nəfər, 1916-cı ildə 132 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla deportasiya olunmuşdur.

şəvə sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Əqiq (qiymətli daş). 2. məc. Qara. Şəvə saç. Şəvə bığ. – [Zabit:] Yox, birdən-birə o şəvə gözlər açılıb adamın üzünə baxanda Günəş qabağında polad kimi şəfəqlənib, ox kimi insanın ürəyindən keçir. E.Sultanov. □ Şəvə kimi – zil qara, qapqara. [Məşədi İbad:] Mən saqqalıma həna qoydum, qoymadım, həmişə qapqara şəvə kimidir. Ü.Hacıbəyov. [Nuriyyə:] [Leytenantın] səsini eşidib, ay işığında şəvə kimi parlayan iri, qara gözlərini görərkən diksindi. İ.Əfəndiyev. // Qara rəngli iri, qiymətli muncuq; qara kəhrəba. [Xanımın] ətəyində bir sıra əşrəfi, boynunda qızıllı şəvəsi vardı. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / şəvə

şəvə sözünün sinonimləri (yaxın mənalı sözlər)

şəvə sözünün antonimləri (əks mənalı sözlər)

şəvə sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 ŞƏVƏ I is. Aqat, qiymətli qara daş. Fatmanı qapı qonşudan yığma qızıllarla bəzəmişdilər: araqçının qabağında qızıl pilək, boynunda mərcan, inci, qızıllı şəvə, döşdə gərdənbənd... var idi (Çəmənzəminli). ŞƏVƏ II sif. Qapqara. Onun iri, şəvə gözləri vardı.

    Azərbaycan dilinin omonimlər lüğəti / şəvə

şəvə sözünün rus dilinə tərcüməsi

  • 1 1. агат (драгоценный черный камень); 2. перен. черный (о глазах, волосах);

    Azərbaycanca-rusca lüğət / şəvə
  • 2 I сущ. 1. агат (полудрагоценный камень, применяемый для украшений и мелких изделий) 2. чёрный янтарь II прил. 1. чёрный (о волосах, глазах). Şəvə saçlar чёрные волосы 2. агатовый. Şəvə gözlər агатовые глаза (о блестящих черных глазах); şəvə kimi qara чёрный как смола

    Azərbaycanca-rusca lüğət / şəvə

şəvə sözünün inglis dilinə tərcüməsi

şəvə sözünün fransız dilinə tərcüməsi

şəvə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. гьакьекь, агат (къиметлу минерал, къван); 2. пер. чӀулав; şəvə saqqal чӀулав ччуру; şəvə kimi чӀупчӀулав; // чӀулав кагьраба; чӀулав рангунин, ири, къиметлу хтар.

    Azərbaycanca-ləzgicə lüğəti / şəvə

"şəvə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şəvə nədir? #şəvə sözünün mənası #şəvə nə deməkdir? #şəvə sözünün izahı #şəvə sözünün yazılışı #şəvə necə yazılır? #şəvə sözünün düzgün yazılışı #şəvə leksik mənası #şəvə sözünün sinonimi #şəvə sözünün yaxın mənalı sözlər #şəvə sözünün əks mənası #şəvə sözünün etimologiyası #şəvə sözünün orfoqrafiyası #şəvə rusca #şəvə inglisça #şəvə fransızca #şəvə sözünün istifadəsi #sözlük